Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-187/2021 11.11.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1547,15 (5167.18-3620.03=1547,15) manat sığorta ödənişi məbləğinin və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 1577.55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də AS 451/20 nömrəli sığorta şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 18.10.2020-ci il tarixdə idarə etdiyi HYUNDAİ TUCSON markalı ** ZO *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, S.Mehdiyev küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPŞ-də tərtib olunmuş TP4001347 inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuş, həmçinin qərarda Cavabdeh hadisə yerindən yayındığı da qeyd edilmişdir. Yuxarıda göstərilmiş yolnəqliyyat hadisəsi nəticəsində CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobilə 3620.03 manat məbləğində maddi zərər dəymişdir. AS 451/20 saylı sığorta şəhadətnaməsinə, 16.03.2021-ci il İAS 210325 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 3620.03 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AD seriyalı, 850236 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, HYUNDAİ TUCSON markalı ** ZO *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan ƏN seriyalı, 323967 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, HYUNDAİ TUCSON markalı ** ZO *** dövlət nömrə nişanlı avtomobili mülkiyyətçi X6 idarə etməyi Cavabdeh etibar etmişdir. İş materiallarında olan AD seriyalı, 370052 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan ƏN seriyalı, 257602 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobili mülkiyyətçi "xxxx" MMC idarə etməyi X4 etibar etmişdir. Etibarnamə 22.10.2020-ci il tarixədək qüvvədədir. İş materiallarında olan 19 fevral 2021-ci il A-033/21 sığorta ödənişi aktından və icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC Sığorta Şirkəti tərəfindən icbari sığorta ilə sığortalanmış, sığortalı qismində "xxxx" MMC, avtomobil idarə edən şəxs qismində isə X7 qeyd edilmiş, sığorta müqaviləsinin qüvvədə olma müddəti 23.08.2020-ci il tarixdən 23.08.2021- ci il tarixə kimi müəyyən edilmişdir. Dəymiş zərərin məbləği 4787, 47 manat təşkil edir. İş materiallarında olan TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan və həmin protokol əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli 18.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinrərək, 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə zərərçəkən şəxs "xxxx" MMC-yə 1547,15 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284- 5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh 18.10.2021-ci il tarixdə idarə etdiyi HYUNDAİ TUCSON markalı ** ZO *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, S.Mehdiyev küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən o İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən CHANGAN CS75 PLUS MİNİK markalı ** PH *** dövlət nömrə nişanlı dəymiş ziyana görə 1547,15 manat zərər məbləği ödənilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, hadisə yerindən yayındığına görə subroqasiya hüququ yaranmışdır Beləliklə, Cavabdeh 1547,15 manat sığorta ödənişi məbləği tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1547,15 (5167.18-3620.03=1547,15) manat sığorta ödənişi məbləğinin və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 1577.55 (min beş yüz yetmiş yeddi manat əlli beş qəpik) manat pul alınaraq "xxxx"ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-187/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-187/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver