Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-197/2024 23.08.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X10 iclas katibliyi, iddiaçı X6, iddiaçı X5 nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı X5 Cavabdeh qarşı mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı və nümayəndəsi-vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, X2 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum anam X16 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhum anası ünvan 2 ünvanında 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42kv.m yaşayış, 25.14kv.m qeyri-yaşayış, 79.08kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakı 2008-ci ildə alqı-satqı yolu ilə əldə etmiş, 2010-cu ildə isə adına qeydiyyata aldırmışdır. Anasının 3 vərəsəsi olub, vərəsələrdən atası miras qoyanın, yəni anasının sağlığında qeyd olunan miras əmlak əldə edilməmişdən əvvəl vəfat etmişdir. Digər vərəsə bacısı Gültəkin (Hüseynova) İsmayılova isə anasının saglığında, 2009-cu ildə ailə quraraq Ordubad rayonunun Düylün kəndinə köçmüş və daimi olaraq həmin kənddə ailəsi ilə birlikdə yaşamışdır və hal-hazırda da уаşауır. İddiaçı isə mərhum anasının sağlığından onunla birlikdə qeyd olunan miras əmlakda yaşamış və anasının vəfatından sonra hal-hazırda da ailəsi ilə birlikdə yaşamaqda davam edir. İstər mərhum anası Əminə İsmayılovanın sağlığında istərsə də, onların vəfatından sonra da İddiaçı həmin miras əmlakda (evdə) yaşamaqla, idarə va sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hal-hazırda da miras qoyanın vəfatından sonra bütün komunal ödənişləri, vergi rusumlarını İddiaçı ödəyir, həmin miras əmlaka тək sahiblik edir va əmlaka dair bütün sənədlər va аçаrlаr da ondadır. Mərhum anası miras qalan əmlaka dair vərəsə olaraq notariat orqanında məhkəmədən kənar qanun üzrə vərəsəlik hüququ haqqında şəhədətnamə almaq istəsə də, notariat orqanı şəhədətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən də İ d d i a ç ı mirasın faktiki qəbulu ilə bağlı ərizə ila Naxcıvan Şəhər Məhkəməsinə müraciət etmiş, Naxcıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-535/2024 nömrəli Qərardadı ilə hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmış və iddia icraatı qaydasında iddia qaldırmaq hüququm ona izah edilmişdir. İddiaçı mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payımın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkili olaraq iddiaçının verdiyi izahatını təsdiqləyir və iddiasının qanuni olduğun bildirib iddia tələbinin təmin olunması, mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edəsiniz edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsini qəbul etmir. Anasının vəfatından sonra iddiacı onun o evdə yaşamağına icazə verməyib. Evdə daimi yaşadığı üçün öz şəraitini yaxşılaşdırmaq məqsədilə evdə təmir işləri gördürüb. Təmir işlərini gördürərkən ondan köməklik istəməyib. Hazırda Düylün kəndində yaşayır.Hazırda nə onun adına, nədə ki həyat yoldaşının adına hər hansı bir əmlak olmadığını, onun da o evdə yaşadığını və ona da həmin əmlakdan vərəsə kimi pay verilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfindən çıxış edən Şahid1 ifadəsində iddiaçı ilə yaxın qonşu olduğunu və eyni məhəllədə qaldıqlarını, iddiaçı və cavebdehin mərhum anası vəfat etdikdən sonra cavabdehi bu evdə cəmi 1-2 dəfə gördüyünü, iddiacı X6 isə daimi həmin evdə yaşadığını, hal-hazırda da miras qoyanın vəfatından sonra bütün komunal ödənişləri, vergi rusumlarını İddiaçı ödədiyini, əmlakda təmir işləri apardığını, iddiaçının qonşusu olduğunu, eyni məhəllədə yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfindən çıxış edən Şahid1 ifadəsində Əliabad qəsəsbəsində baxça müəlliməsi işlədiyini, iddiaçı X5 onu yaxın rəfiqəsi olduğunu, onların evinə mütəmadi olaraq qonaq getsə də Cavabdeh o evdə görmədiyini, cavabdeh o evə sadəcə qonaq kimi gəlib getdiyini, hal-hazırda da miras qoyanın vəfatından sonra bütün komunal ödənişləri, vergi rusumlarını iddiaçı X5 ödədiyini, əmlakda təmir işləri apardığını, hətta təmir işlərinin aparılmasında onun həyat yoldaşı usta kimi fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfindən çıxış edən Şahid3 ifadəsində iddiaçının daim olaraq onların məhəlləsində yaşadıqlarını cavabdehi tanımadığını və onu görmədiyini, hal hazırda iddiaçı X5 miras qoyan X3 vəfatından sonra iddiaçının bütün komunal ödənişləri, vergi rüsumlarını ödədiyini və miras əmlakda təmir işləri apardığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Daşkənd vilayəti Bukin rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 23 mart 1987-ci il tarixli, Vİİİ-ЮС № 333168 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1987-ci il tarixdə Daşkənd şəhərində doğulmuş, atası X15, anası İsmayılova Əminədir. İşin materiallarında olan Daşkənd vilayəti Buka rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 18 iyul 1989-cu il tarixli, İX-ЮС № 385060 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 1989-cu il tarixdə Daşkənd şəhərində doğulmuş, atası X15, anası X13r. İşin materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 17 dekabr 1990-cı il tarixdə bloetomasn xəstəliyindən ölmüşdür. İşin materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05 noyabr 2015-ci il tarixdə Beyinə qansızması səbəbindən ölmüşdür. 2822 nömrəli, 27.09. 2023-cü il tarixli arayışdan görünür ki, X4 şəhəri, Naxçıvan küçəsi, döngə 3, ev 3A ünvanında yaşayıb, aşağıdakı tərkibdə ailə üzvüləri var:
1. X15-Həyat yoldaşı-vəfat edib.
2. X6-qızı-1987
3. X12-qızı-1988
4. İşin materiallarında olan 2796 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri, Naxçıvan küçəsi, döngə 3, ev 3A ünvanında qeydiyyatdadır. İşin materiallarında olan 159 saylı xx.xx.2023-cü il tarixdə Naxçıvan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı tərəfindən 2019-2023-cü ilə qədər vergi borcunu ödəmişdir. İşin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışın surətindən görünür ki, X11 mülkiyyətində olan ünvan 3da 0.0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri yaşayış, 79.08 kv.m köməkci sahədən ibarət 3A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 18/5 nömrə reyestr kitabında 955 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Naxçıvan şəhəri 3 saylı Notariat ofisinə müraciət edərək ona qanun üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, mirası qəbul etmə müddəti ötürdüyündən rədd cavabı verilmişdir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: İddiaçının anası X11 adına miras əmlak olaraq ünvan 4 ünvanında yerləşən əmlak qeydə alınmışdır. İddiaçının anası X11 ölümündən sonra iddiaçının qızı İddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə baxışında iştirak etmiş Cavabdeh iş üzrə qərar çıxarılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X11 05 noyabr 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da iddiaçının qızı İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Həmin vaxt Cavabdeh Vəl nə faktiki, nə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X11 05.11. 2015-ci ildə Naxçıvan şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da İddiaçı faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin X2 miras qalmış ünvan 5 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Haqverdiyev