Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-38/2022 07.01.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu iddiaçı X2 cavabdeh Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı Özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim : İddiaçı X5 iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, cavabdeh Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı Özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim ki, İddiaçı X1 MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə müraciət etmədən Ordubad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki iddiaçı Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə müraciət etdikdən və rəsmi cavab aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə görə ərizə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildisə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddiaçı X2 cavabdeh Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı Özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, iddiaçı X5 tərəfindən 23 dekabr 2021-ci il tarixdə X6 Rayon filialından 6397 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 cavabdeh Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı Özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair idddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. X2 cavabdeh Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə qarşı Özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi, iddia ərizəsinə əlavə edilmiş sənədlər X4 qaytarılsın. X2 Naxçıvan MR Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinə müraciət etmək hüququ ona izah edilsin. X5 tərəfindən 23 dekabr 2021-ci il tarixdə X6 Rayon filialından 6397 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu X4 geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-38/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-38/2022
07.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver