Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-7/2023 09.01.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh və Naxçıvan Muxtar Respublikası Daçınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tövlənin qanunsuz sahiblikdən azad edilməsi və həmin tövlədən istifadəyə qadağan edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə1 İddiaçı Ordubad rayonunun Parağa kəndində onun mülkiyyətində olan, Ordubad rayon Aqrar islahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) ilə bağça təsərrüfatı təyinatı üzrə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş tövləyə qanunsuz sahiblik edən Cavabdeh çıxarılmasını və həmin tövlədən istifadə Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsində bildirmişdir ki, İddiaçı ilə ailə qurduqdan sonra Ordubad Rayon Parağa kəndinə köçüb orada yaşayırlar. Qonşuları Cavabdeh qonşularıdır. Cavabdeh 4-5 baş iribuynuzlu heyvanı olduğundan Ordubad rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 saylı qərarı ilə ona və bir nəfərdən ibarət ailə üzvlərinə JN-054A saylı (03 hektar) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə öz əksini tapmış, tövlədən istifadə etməsi üçün onlardan xahiş etmişdir .Onlar qonşuluq xatirinə ona icazə vermişlər. O tarixdən sonra Rəhim tövləni zəpt edərək onun olduğunu bildirmişdir. Aydiyyatı qurumlara bu barədə bildirmişlər. Lakin cavabdeh onlara aid tövləni qaytarmaq istəmir. Bu səbəbdən də nümayəndəsi olduğu İddiaçı mülkiyyətində olan, Ordubad rayon Aqrar islahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) ilə bağça təsərrüfatı təyinatı üzrə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş tövləyə qanunsuz sahiblik edən Cavabdeh çıxarılmasını və həmin tövlədən istifadə Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Sədrlik edən mülki işə iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdehnın iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 ifadəsində bildirmişdir İddiaçı Ordubad rayonunun Parağa kəndində yerləşən və Ordubad rayon Aqrar islahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) ilə bağça təsərrüfatı təyinatı üzrə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş tövləyə Cavabdeh qanunsuz sahibli edir. Lakin cavabdeh onlara aid tövləni qaytarmaq istəmir. Mübahisə mpredmeti olan tövlə onların mülkiyyətindədir. Ordubad rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 saylı qərarı ilə ona və bir nəfərdən ibarət ailə üzvlərinə JN-054A saylı (03 hektar) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də tövlənin yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ifadəsində mübahisə edilən tövlənin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, 1988- ci il tarixədən bu günədək unun istifadə etdiyini tövlənin qapısının küçəyə açıldığını və həmin tövlənin yerləşdiyi torpaq sahəsinin Ordubad rayon Aqrar islahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) ilə texniki səhvə görə iddiaçının mülkiyyətinə verildiyini və həmin tövlənin iddiaçıya aid olmadığını bildirmişdir. 14 dekabr 2022-ci il tarixdə məhkəmə mülki iş üzrə tərəflərin və mülki iş üzrə cəlb edilmiş Naxçıvan Muxtar Respublikası Daçınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə yerində müayinə keçirmiş və müəyyən olunmuşdur ki, mübahisə predmeti olan tövləni Cavabdeh faktiki olaraq istifadə edir. Mülki iş üzrə mütəxəssis qismində cəlb edilmiş Naxçıvan Muxtar Respublikası Daçınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən müxtəlif ölçmələr həyata kerilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestində həyata keçirilir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə görə sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 09 sentyabr 2022-ci il tarixli, 40 nömrəli arayışdan görünür ki, Rzayev X2 rayon Parağa kəndində qeydiyyatdadır. 06 sentyabr 2022-ci il tarixli, 35 nömrəli arayışdan görünür ki, Xıdırov X3 rayon Parağa kəndində qeydiyyatdadır. 06 sentyabr 2022-ci il tarixli, 36 nömrəli arayışdan görünür ki, Nümayəndə1 Ordubad rayon Parağa kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyətinə bağça təsərrüfatı təyinatı üzrə 0.03 ha torpaq sahəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Daçınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin 09 yanvar 2023-cü il tarixli Mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada mübahisə predmeti olan tövlə binası Cavabdeh istifadəsindədir və (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş əmlakın sərhədləri daxilində yerləşir. Məhkəmə tərəflərin ifadələrinin qiymətləndirilməsi əsasında və sübutların araşdırılması nəticəsində belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki İddiaçı mülkiyyətinə 08 iyun 2000-ci il tarixli, 196 saylı qərarı ilə ona və bir nəfərdən ibarət ailə üzvlərinə JN-054A saylı (03 hektar) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Ordubad rayon Parağa kəndində bağça təsərrüfatı təyinatı 0.03 ha torpaq sahəsi verilmiş verilmiş və hazırda həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir.Həmin torpaq sahəsi üzərində yerləşən və mübahisə edilən qeyri yaşayış sahəsi olan tövlə isə həmin torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşir.Bu fakt Naxçıvan Muxtar Respublikası Daçınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin 09 yanvar 2023-cü il tarixli Mütəxəssis rəyində təsdiq edilmişdir. Cavabdehin etiraz olaraq istinad etdiyi torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış sahəsi olan tövlənin üzün müddət onun istifadəsində olması barədə etirazı isə əssaslı deyildir.Belə ki qeyri yaşayış sahəsi olan tövlə iddiaçının mülkiyyətindədir və cavabdeh iddiaçının mülkiyyətində olan tövləyə qanunsuz olaraq sahiblik etməklə mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. Belə ki Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 157.2-cı maddəsinin tələbinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyən olunur ki, mübahisə predmeti olan tövlə iddiaçın mülkiyyətinədir və cavabdeh, iddiaçının mülkiyyət hüquqlarını pozmaqla mübahisə predmeti olan tövləyə qanunsuz sahiblik edir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırılan sübutlara istinadən belə nəticəyə gəlir ki, İddiaçı Ordubad rayonunun Parağa kəndində onun mülkiyyətində olan, Ordubad rayon Aqrar islahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) ilə bağça təsərrüfatı təyinatı üzrə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş tövləyə qanunsuz sahiblik edən Cavabdeh çıxarılmalı və həmin tövlədən istifadə olunması Cavabdeh qadağan edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətinə Ordubad rayonu Parağa kəndində yerləşən Ordubad rayon Aqrar islahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı (JN-054A (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) ilə bağça təsərrüfatı təyinatı üzrə verilmiş və 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş tövləyə qanunsuz sahiblik edən Cavabdeh çıxarılsın və həmin tövlədən istifadə olunmasına Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-7/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-7/2023
09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver