Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-87/2022 06.07.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inşa edilmiş yaşayış evinə (tikililərə ) çəkilən xərclərin bölünməsi tələbinə dair mülki işə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh Ordubad rayonu, Aza kəndində mülkiyyətində olan 0.13 ha torpaq sahəsi üzərində inşa etdikləri fərdi yaşayış evinə çəkilən xərclərin ona çatacaq 1/2 hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində bildimişdir ki, mən 22 dekabr 2002-ci il tarixdə X3 ilə rəsmi nikah qeyd etdirib ailə qurmuşam. Bizim həmin nikahdan 3 nəfər övladımız doğulub. Ordubad Rayon Məhkəməsinin qətnaməsi əsasında aramızda olan nikah 2019- ci il tarixdə pozulub, uşaqlar mənim yanımda saxlanılmaqla aliment qət olunmuşdur. Mən ailə quran vaxt qayınatam Cavabdeh məxsus olan Aza kəndində yerləşən evinə gəlin köçmüşəm. Beş il orada qalandan sonra qayınatam Cavabdeh özünə məxsus olan Aza kəndində yerləşən həyətyanı torpaq sahəsini bizə verdi ki, orada ev tikib yaşayın. Biz də 2006-cı il tarixdən başlayaraq birlikdə qayınatam Xanvələdin razılığı ilə ona məxsus olan Aza kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində köhnə tikili olan iki otağı təmir edib, əlavə olaraq 13 metr uzunluğunda şüşəbənd, açıq balkon, hamam-tualet, mətbəxt tikib, üstünün şiferini vurdurmaqla tam təmir etmişik, bundan başqa əlavə yardımçı tikililər olaraq tövlə və toyuq hini tikib, həmin torpaq sahəsini daş divarla hasara aldırıb 2018-ci ilə kimi orada birlikdə yaşamışıq. Orada yaşadığımız müddətdə evə lazım olan bütün avadanlıqlar alınıb.Lakin nikahımız pozulduğundan mən məcburiyyət qarşısında qalaraq uşaqlarımla birlikdə Naxçıvan şəhərində kirayə mənzil tutub yaşayıram. Hal-hazırda inşa etdiyimiz evdə heç kim yaşamır. Torpaq sahəsi qayınatamın adma olduğundan buna imkan vermir. Torpaq sahəsi qayınatamın adına olsa da orada olan iki köhnə tikili otaqdan başqa bütün tikililəri mən keçmiş həyat yoldaşım Qurbanla birlikdə tikmişik. Ona görə də həmin tikililərin qiymətləndirilərək çəkilmiş xərcin mənə çatacaq hissəsinin ayrılıb verilməsini istəyir. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə mülki işə İddiaçı və Cavabdeh iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki, 22 dekabr 2002-ci il tarixdə X3 ilə rəsmi nikah qeyd etdirib ailə qurmuşlar. Onların həmin nikahdan 3 övladları doğulub. Ordubad Rayon Məhkəməsinin qətnaməsi əsasında aralarında olan nikah 2019cu il tarixdə pozulub, uşaqlar onun yanımda saxlanılmaqla aliment qət olunmuşdur. Ailə quran vaxt qayınatası Cavabdeh məxsus olan Aza kəndində yerləşən evinə gəlin köçmüşdür. Beş il orada qalandan sonra qayınatası Cavabdeh özünə məxsus olan Aza kəndində yerləşən həyətyanı torpaq sahəsini onlara verdi ki, orada ev tikib yaşasınlar. Onlar da 2006-cı il tarixdən başlayaraq birlikdə qayınatası Xanvələdin razılığı ilə ona məxsus olan Aza kəndində yerləşən 0.13 ha torpaq sahəsi üzərində köhnə tikili olan iki otağı təmir edib, əlavə olaraq 13 metr uzunluğunda şüşəbənd, açıq balkon, hamam-tualet, mətbəxt tikib, üstünün şiferini vurdurmaqla tam təmir etmişlər. Bundan başqa əlavə yardımçı tikililər olaraq tövlə və toyuq hini tikib, həmin torpaq sahəsini daş divarla hasara aldırıb 2018-ci ilə kimi orada birlikdə yaşamışlar. Orada yaşadıqları müddətdə evə lazım olan bütün avadanlıqlar alınıb.Lakin nikahları pozulduğundan o məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə Naxçıvan şəhərində kirayə mənzil tutub yaşayır. Hal-hazırda inşa etdikləri evdə heç kim yaşamır. Torpaq sahəsi qayınatasının adına olduğundan buna imkan vermir. Torpaq sahəsi qayınatasının adına olsa da orada olan iki köhnə tikili otaqdan başqa bütün tikililəri o keçmiş həyat yoldaşı Qurbanla birlikdə tikmişlər. Ona görə də həmin tikililərin qiymətləndirilərək çəkilmiş xərcin ona çatacaq hissəsinin ayrılıb verilməsin istəyir. İddiaçı məhkəmə baxışı iclasında iş üzrə şahid qismində Şahid1, Şahid2 və Şahid3 şahid qismində dindirilməsini istəmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ifadəsində bildirmişdir ki, iddia olunan evi ona məxsus torpağın üzərində onun və 3 oğlunun qazancı hesabına tikilmişdir. Övladlarının orada vərəsə kimi payı var. Oğlanları daş karyerində işləyiblər, əmək haqqı əvəzinə onlara daş verilib. O daşlarla da evi tikmişlər. O və həyat yoldaşı hal-hazırda mübahisə edilən mülkün sahibidirlər. Övladlarına isə vərəsə kimi pay düşür. O evin tikildiyi torpağın şəhadətnaməsində evin çertyoj planı təsvir edilmişdi və orada onun və ailə üzvlərimin adı qeyd edilib. Məhkəmə baxışında iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və mülki iş şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən mübahisə edilən evdə fəhlə kimi işləmişdir. Onun Ordubad rayonu, Aza kəndində yerləşən mənzilə iş üçün Cavabdeh dəvət eləmişdir. Həmin evdə usta yanında fəhlə kimi işləmişdir .Gördüyü işin əmək haqqını ona Cavabdeh ödəmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və məhkəmə baxışında mülki iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən mübahisə edilən Ordubad rayonu, Aza kəndində yerləşən mənzilə iş üçün onu evin iki otağına suvaq vurmaq üçün Cavabdeh dəvət etmiş , o isə gəlib usta kimi o evdə 10 günə yaxın işləmişdir. Şahid2 da onunla birlikdə orada işləyib. Onlar iki otaq bir balkonu işləmişlər. Görülən işlərin pulunu onlara Cavabdeh vermişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və məhkəmə baxışında mülki iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən mübahisə edilən Ordubad rayonu, Aza kəndində yerləşən mənzildə hörgü ustası kimi işləmişdir, ona Cavabdeh övladları köməklik edirdi. O həmin evin hörgü işini görmüşdür. Gördüyü işlərin əmək haqqını ona Cavabdeh vermişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə araşdırılan sübutlara istinadən belə nəticəyə gəlir ki, X1 Cavabdeh Ordubad rayonu Aza kəndində mülkiyyətində olan 0.13 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ona çatacaq ½ hissəsinin ona ödənilməsi barədə iddiası rədd edilməlidir. Belə ki iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 iddiaçı tərəfindən Cavabdeh Ordubad rayonu Aza kəndində mülkiyyətində olan 0.13 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərdə onun iştirakını təsdiq edə bilmədilər. Məhkəmə mülki iş üzrə tərəfələri dinləyib, sənədləri araşdırıb və iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və məhkəmə tərəfindən şahid qismində dindirilmiş şahid ifadələrinə əsasən iddiaçının tələbi təsdiqini tapmadığından iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş 26 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad Rayonu Aza kəndində yaşayır və qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 29 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ordubad Rayonu Aza kəndində yaşayır və qeydiyyatdadır Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair 07 aprel 2006-cı il JN- 046F nömrəli Şəhadətnamədən görünür ki Ordubad Rayon Aza kəndində Cavabdeh mülkiyyətində 0.12 ha torpaq sahəsi vardır. ”.Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı X4 tərəfindən 50 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh Ordubad rayonu, Aza kəndində mülkiyyətində olan 0.13 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ona çatacaq 1/2 hissəsinin ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsümu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-87/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-87/2022
06.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver