Məhkəmə qərarları › İş №2(088)-103/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-103/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-103/2025 22.05.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı 22 may 2025-ci il tarixdə iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Xanlıqlar kənd sakini X1 iddiaçıdan aldığı 15 baş ana, 9 baş bala olmaqla 24 baş (keçi) xırda buynuzlu heyvan alıb qaytarılması, bu mümkün olmadıqda 24 baş xırda buynuzlu heyvanın dəyəri olan 2800 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin yeni redaksiyasının tələblərinə riayət edilməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) və həmin məcəllənin 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməli və həmçinin cavabdehə təqdim etmək üçün sübutların siyahısının surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Əlavə olaraq iddia ərizəsində cavabdehin yaşayış qeydiyyat yeri Sədərək rayon Dəmirçi kəndi göstərilsə də həmin kənddə qeydiyyatda olması ilə bağlı rəsmi heç bir sənəd əlavə edilmədiyindən cavabdehin şəxsiyyəti barədə heç bir məlumat əldə etmək mümkün olmamış və “Elektron Məhkəmə İnformasiya Sistemində” cavabdehin şəxsiyyət vəsiqəsinin eyniləşdirməyə imkan verən eyniləşdirmə məlumatları olmadığı üçün məhkəmə tərəfindən cavabdehin şəxsiyyəti məlum edilə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsinin işin faktiki hallarında və xahiş edirəm hissəsində cavabdehin Şərur rayon Xanlıqlar kənd sakini olduğunu qeyd etmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, iddia ərizəsi geri qaytarılarkən ödənilmiş dövlət rüsumunun geri qaytarılması məsələsi də müzakirə edilməlidir. Bu baxımdan, iddia ərizəsi geri qaytarıldığında iddiaçı tərəfindən X4 Branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ********* əməliyyat nömrəsi, 12008 qəbz nömrəsi ilə ödənilmiş 48 manat dövlət rüsumu iddiaçı Şahbuz rayon Biçənək kəndində qeydiyyatda olan İddiaçı geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149,152.1.1, 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsi geri qaytarıldığında iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********* əməliyyat nömrəsi, 12008 qəbz nömrəsi ilə ödənilmiş 48 manat dövlət rüsumu iddiaçı Şahbuz rayon Biçənək kəndində qeydiyyatda olan İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar