Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-137/2025 28.11.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Əlı̇ yev Eylaz Oruc oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs kimi tanınmış X3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 7000 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 90 manat dövlət rüsumu ilə birlikdə cəmi 7090 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə 28 noyabr 2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək cavabdehlər ilə aralarında razılaşdıqlarını, hazırda aralarında heç bir mübahisənin olmadığını bildirərək məhkəmənin icraatında olan 2(088)-137/2025 saylı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məkhəməyə ərizə təqdim edərək İddiaçı hazırki iş üzrə nümayəndəsi Nümayəndə ilə aralarında razılaşdıqlarını, iddiaçıya razılaşdıqları pulu verdiyini, iddiaçı ilə aralarında mübahisənin qalmadığını bildirərək məhkəmənin icraatında olan 2(088)-137/2025 saylı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin yazılı ərizələrinə və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə X6 branch ünvanından ********* əməliyyat nömrəsi 13728 qəbz nömrəsi ilə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu geri qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Əlı̇ yev Eylaz Oruc oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs kimi tanınmış X3 qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə iddiadan imtinası qəbul edilsin və həmin iş üzrə icraata xitam verilsin. İddiaçı xx.xx.2025-ci il tarixdə X6 branch ünvanından ********* əməliyyat nömrəsi 13728 qəbz nömrəsi ilə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sadərək rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-137/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-137/2025
28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver