Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-160/2025 10.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, М ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sədərək rayon Dəmirçi kənd sakini X1 ondan aldığı 15 baş ana, 9 baş bala olmaqla cəmi 24 baş (keçi) xırda buynuzlu heyvanının alınıb ona qaytarılmasını, bu mümkün olmadıqda isə 24 baş xırda buynuzlu heyvanın dəyəri olan 2800 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə hazırlıq iclası təxirə salınaraq, xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə hazırlıq iclası təxirə salınaraq, xx.xx.2025-ci il tarixə təyin edilmiş və tərəflər təkrar məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə hazırlıq iclası təxirə salınaraq xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən İddiaçı və cavabdeh X2 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş bununla bağlı heç bir üzürlü səbəb göstərməmişdir. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli 3 saylı ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Plenumunun Qərarının 9.1-ci bəndinə əsasən, məhkəmələrə izah edilir ki, MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Həmin qərarın 9.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il il tarixli 12 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Plenumunun Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının "xxxx" ASC Şahbuz Branch vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** əməliyyat nömrəli, 8708 saylı qəbzə əsasən ödədiyi 48 (qırx səkkiz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı, cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC Şahbuz Branch vasitəsi ilə xx.xx.2025-ci il tarixli ********** əməliyyat nömrəli, 8708 saylı qəbzə əsasən ödədiyi 48 (qırx səkkiz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinet vasitəsilə Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-160/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-160/2025
10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver