Məhkəmə qərarları › İş №2(088)-170/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-170/2025

10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-170/2025 10.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sədərək Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona adına olan kartdan çəkdiyi 2800 manat əsas borc, 240 manat faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilən 50.40 manat olmaqla ümumilikdə 3090 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında mülki iş üzrə İddiaçı izahatında Sədərək rayon Sədərək kənd sakini Cavabdeh bir həmkəndli kimi tanıdığını, onunla birlikdə Sədərək rayon X1 fəhlə işlədiklərini, 2024-cü ilin noyabr ayında Kanan Mehdiyevin pul lazım olduğunu bildirərək ondan bankdan kredit kartı götürüb ona verməyini, ayın sonunda maaşları alanda krediti geri yükləyəcəyini bildirdiyini, oda bir həmkəndli və iş yoldaşı olaraq ona inandığını, cavabdehlə birlikdə X4 rayon filialına yaxınlaşaraq kredit kartı aldığını, bankomatdan 400 manat pul çıxardığını, həmin puldan 35 manat götürdüyünü, qalan 365 manatını cavabdehə verdiyini, hər ay ayın sonunda maaşları alıb 400 manat pulu karta qoyacğını bildirdiyini, ertəsi gün cavabdehlə görüşəndə cavabdehin ona maaşı alıb pulu kata yatırtmaq üçün kartı verməyini xahiş etdiyini, yenə də ona inanıb kartı ona verdiyini, bir aydan sonra cavabdehin kratdan əlavə olaraq 2400 manat pul çəkdiyini bildiyini, karta ümumilikdə 2800 manat borcunun yarandığını, bu barədə cavabdehə məlumat verərək kartdan çəkdiyi 2800 manat pulu geri ödəməsini bildirdiyini, cavabdehin isə pulunun olmadığını, kartdan çəkdiyi 2800 manat pulu geri yükləyə bilməyəcəyini bildirdiyini, ona görə də həyat yoldaşı Nümayəndə ilə birlikdə Sədərək rayon Polis Şöbəsinə gedərək həmkəndlisi Cavabdeh onun adına olan kredit kartından çəkdiyi ümumilikdə 2800 manat pulun geri qaytarılmasına köməklik göstərilməsini xahiş etdiklərini, Sədərək rayon Polis Şöbəsində müraciətləri ilə əlaqədar araşdırma aparıldığını, cavabdehin kartdan 2800 manat pul çəkdiyini etiraf edərək Sədərək rayon Polis Şöbəsinə vediyi izahatında pulu 2025-ci ilin yanvar ayının 7-də geri yükləyəcəyini bildirdiyini, yanvar ayının 7-də Kənanın yenə də pulu olmadığını bildirərək 2800 manat pulu qaytarmaqdan yayındığı üçün təkrar Sədərək rayon Polis Şöbəsinə müraciət etdiyini, Sədərək Rayon Polis Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43-9/2-31/2025 saylı məktubda Cavabdeh tərəfindən kartdan çəkilmiş ümumilikdə 2800 manat pulun geri qaytarılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunduğunu, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh hələ də kartdan çəkdiyi pulu geri qaytarmadığını, bu günə əlavə olaraq kartdan çəkilmiş kredit borcuna yubanma faizi olaraq əlavə 240 manat pul ödədiyini bildirərək Cavabdeh kartdan çəkdiyi 2800 manat əsas borc, 240 manat faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilən 50.40 manat olmaqla ümumilikdə 3090 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə Cavabdeh izahatında iddianı tam qəbul etdiyini, həqiqətən də 2024-cü ilin noyabr ayında həmkəndlisi həmçinin is yoldaşı İddiaçı yaxınlaşaraq ondan borc pul istədiyini, ona adına kredit kartı götürməsini və həmin kartdan 400 manat pul çəkib maaş alan zaman həmin pulu karta geri yükləcəyini dediyini, Elmanın onunla razılaşaraq birgə X4 Rayon Filialına getdiklərini, Elmanın özü üçün kəsbek kredit kartı aldığını, bankdan ayrıldıqdan sonra həmin kartdan 400 manat çıxardığını, Elman həmin puldan 35 manat özünə götürərək geri qalan 365 manatını ona verdiyini, ertəsi gün Elmana zəng edərək onunla görüşdüyünü, ondan maaş alan zaman götürdüyü pulu yükləmək üçün kartı verməsini istədiyini, Elmanın həmin kartı verdiyini, ehtiyacı olduğu üçün həmçinin götürdüyü krediti özü yükləyəcəyi üçün həmin kartdan 2400 manat daha əlavə kredit çəkərək nağdlaşdırdığını, nağdlaşdırdığı pulu Elmana demədiyini, işsiz olduğunu, həyat yoldaşının ağır xəstə olduğunu və maddi imkanı olmadığından həmin pulu bu günə kimi Elmana geri qaytara bilmədiyini, ancaq həmin pulu yaxın zamanlarda qaytaracağını bildirdi. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Sədərək rayon Qaraağac kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyəti Sədərək kəndi İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iş üzrə iddiaçı Babayev X3 rayon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, İddiaçı məxsus olan 523915******5999 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat və xx.xx.2024-cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 2800 manat pul çəkilmişdir. Məhkəmə tərəflərin izahatlarına və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı, Cavabdeh qarşı pul tələbi barədə iddiası sübuta yetirildiyindən iddia təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, pulun çəkilməsi barədə çıxarış və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə İddiaçı iş üzrə cavabdeh olan Cavabdeh arasında olan şifahi razılığa əsasən, iddiaçı özünə məxsus olan kredit kartını cavabdehə vermiş cavabdeh isə həmin kredit kartından fərqli-fərqli tarixlərdə pul çəkmiş nəticə olaraq iddiaçının Kapital Bank ASC-ə 2800 manat məbləğində borcu yaranmış, cavabdeh isə həmin borcdan heç bir ödəniş ödəməmişdir. Mülki işin araşdırılan hallarından da məlum olur ki, iddiaçı hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə cavabdehə şifahi və qarşılıqlı razılıq əsasında içərisində pul olan kredit kartı vermiş, cavabdeh müxtəlif vaxtlarda həmin kartda fərqli məbləğlər olmaqla cəmi 2800 manat məbləğində pul çəkmiş lakin geri ödəməmiş və nəticədə cavabdehin iddiaçıya 2800 manat məbləğində pul borcu və həmin borcun vaxtında ödənilməməsinə görə yaranmış 240 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləçək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-nin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2800 manat əsas borc və 240 manat faiz borcu olmaqla ümumilikdə 3040 manat pul alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən ödənilmiş 50.40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 2800 manat əsas borc və 240 manat faiz borcu olmaqla ümumilikdə 3040 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50.40 (əlli manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar