Məhkəmə qərarları › İş №2(088)-201/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-201/2025

04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-201/2025 04.03.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi X1 iclas katibliyi ilə, İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 12926 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 129 manat pulun alınaraq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq xx.xx.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə məlumat göndərərək hüquqlarını müdafiə etdiyi İddiaçı, Cavabdeh 12926 manat pulun və 129 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qəbul edilməsini xahiş etdiyini, iddia ərizəsinin xahiş etdim hissəsində texniki səhvlik olaraq pulun alınıb Cavabdeh ödənilməsi qeyd edildiyini bildirərək iddia ərizəsinin xahiş etdim hissəsində Cavabdeh 12926 manat pulun və 129 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi olaraq oxunmasının nəzərə alınmasını xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının əvvəlcədən tanıdığı həmkəndlisi Cavabdeh ilə dostluq münasibətlərinin yaxşı olduğunu, Cavabdeh iş qurmaq məqsədi ilə İddiaçı ilə görüşərək onun adına bank krediti götürmək istədiyini bildirdiyini, iddiaçı ilə cavabdeh aralarında şifahi razılığa gəldiklərini, cavabdehin hər ay kredit borcunu və faiz borcunu ödəyəcəyini ödəsinə götürüyünü, sonra iddiaçının xx.xx.2023-cü il tarixdə Kapital Bank ASC-dən 20810 manat məbləğində pul götürdüyünü, köçürmə vasitəsi ilə Cavabdeh hesabına 20000 manat pul köçürdüyünü, cavabdehin bir neçə ay düzənli olaraq aylıq məbləğini ödədiyini, iddiaçının hər ay mütəmadi olaraq cavabdehə aylıq ödənişini xatırlatdığını, cavabdehin aylıq ödənişini iddiaçının kartına atdığını, iddiaçının isə aylıq ödənişi ödədikdən sonra ödəniş qəbzini cavabdehə atdığını, bir neçə ay ödədikdən sonra cavabdehin müxtəlif bahanələr gətirərək borc pulun ödənişini gecikdirdiyini, iddiaçının maddi imkanının aşağı olduğu üçün aylıq ödənişi ödəyə bilmədiyini, məcbur qalıb əlavə kredit götürərək ilkin kredit məbləğini bağladığını və yeni qrafik açıldığını, Cavabdeh borclu olduğunu dəfələrlə etiraf etdiyini, borc pulu öhdəsinə götürsədə öhdəliyini yerinə yetirmədiyini, borcun ödənilməsi ilə bağlı cavabdeh ilə dəfələrlə telefon danışıqları apardığını, məcbur qalıb bununla bağlı danışıqlarını səs yazısı şəklində DVD-ə köçürdüyünü, həmin DVD-ni iddia ərizəsinə əlavə etdiyini, 30 avqust 2025-ci il tarixədək 4040 manat pulun iddiaçı tərəfindən ödənildiyini, haliyyədə 8886 manat bank borcu olmaqla cavabdehin cəmi 12926 manat borcunun yarandığını, bununla bağlı whatsap yazışmalarının olduğunu, həmin yazışmaları da iddia ərizəsinə əlavə etdiyini, hazırda Kapital Bank ASC-yə iddiaçı tərəfindən ödəmələrin aparıldığını, qeyd etdiklərini whatsap yazışmaları və səs yazısında öz əksini tapdığını, cavabdehin həmin borcu qismən etiraf etdiyini, lakin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir addımın atılmadığnı, 12926 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 129 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə onlar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak etməyən lakin 04 mart 2026-ci il tarixdə məhkəməyə yazılı məlumat göndərən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh 18 fevral 2026-ci il tarixdə Sədərək rayon məhkəməsinə yazılı ərizə göndərərək iddianı qismən qəbul etdiyini borcunun 11500 manat olduğunu etiraf edərək qərar qəbul edilməsini bildirdiyi üçün, cavabdehin ərizəsi ilə razılaşdıqlarını onların iştirakı olmadan işə baxılmasını, iddianın qismən təmin edilməsinə heç bir etiraz etmədiklərini 11500 manat məbləğində iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Lakin, xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2026-cı il, saat 10:00 tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də tərəfindən təqdim olunmuş ərizəsinə əsasən, onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq iddianın 11.500 manat hissəsində qismən təmin olunması barədə qətnamə qəbul edilməyini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxıla bilər İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı Sədərək rayon Sədərək kəndində, cavabdeh Rəhimli X2 royon Qaraağac kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qrafiklərindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində, 24 ay müddətinə illik 11.5 faiz dərəcəsi ilə 20810 manat məbləğində, xx.xx.2024-cü il tarixində, 24 ay müddətinə illik 11.5 faiz dərəcəsi ilə 11935.70 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş whatsap mobil tətbiqi vasitəsi ilə yazışmalarından aydın olur ki, Cavabdeh iddiaçıdan aldığı borcu etiraf etmiş, bir neçə ay kredit borcunun aylıq ödənişini ödəmiş, lakin borcu tam olaraq ödəməmişdir. İş üzrə iddia ərizəsinə və məhkəmə baxışı zamanı başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçının iddiasına görə Cavabdeh ilə dostluq münasibətlərində olduğundan və cavabdehlə münasibətlərinin çox yaxın olduğu üçün cavabdehə pul lazım olduğundan, öz adına xx.xx.2023-cü il, tarixdə 20810 manat Kapital Bank ASC-dən kredit götürərək hər ay borcu və faizləri cavabdehin ödəməsi şərti ilə pulu cavabdehə vermişdir. Cavabdeh isə mütəmadi olaraq həmin kredit borcu və faizini bir neçə ay vaxtı vaxtında ödəmiş, lakin sonra cavabdeh həmin aldığı borc və faizini banka və iddiaçıya ödəməmişdir. Bu baxımdan iddiacının bankdan kredit götürüb cavabdehə verdiyi borc puldan bu günə 11500 manat borcu yaranmışdır. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırarkən müəyyən etdi ki, işin hallarından məlum olur ki, İddiaçı Kapital Bank ASC-dən xx.xx.2023-cü il tarixində, 24 ay müddətinə illik 11.5 faiz dərəcəsi ilə 20810 manat məbləğində manat məbləğində pul götürmüş iş üzrə Cavabdeh kredit borcu və ona hesablanmış faiz borcunu ödəmək şərti ilə vermişdir. İş üzrə iddia ərizəsinə əlavə edilmiş iki ədəd içərisində səs yazısı olan DVD və whatsap yazışmalarının foto şəkili göstərilənləri bir daha təsdiq edilir ki, cavabdeh 2023-cü ildə iddiaçının adına götürülmüş kredit borclarını mütamadi olaraq heç bir təsir və təziq olmadan ödəmiş və bununla bağlı etirazını bildirməmişdir. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin yazılı məlumatından, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən də aydın olur ki, Cavabdeh iddiaçıdan aldığı borc pulu etiraf etmişdir. İşə əlavə edilmiş tərəflər arasında whatsap yazışmalarından da məlum olur ki, cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş və ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə iddiacıya 11500 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı isə həmin məbləğdə borc olduğunu qəbul etmişdir. Bu haldan da belə məlum olur ki, cavabdeh iddiaçının adına Kapital Bank ASC-ə olan kredit borcunu ödəməsi bilavasitə iddiaçıya olan borcunu etiraf etməsidir. Mülki işin araşdırılan hallarından da məlum olur ki, tərəflər öz aralarında hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə pulun alınıb-verilməsi qaydalarını şifahi və qarşılıqlı razılıq əsasında həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası qismən təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 104.49 (bir yüz dörd manat, qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkilinin 04 mart 2026-cı il tarixli yazılı məlumatından, iddia ərizəsinə əlavə edilən DVD-dən və cavabdehin məhkəməyə ünvanladığı 18 fevral 2026-cı il tarixli ərizəsindən aydın olur ki, iddiaçının Kapital Bank ASC-dən götürdüyü kredit pulunu şifahi razılaşma ilə cavabdehə kredit borcunun və faizlərini ödəmək şərti ilə vermiş, cavabdeh iddiaçının adına olan kredit borcunu və faizləri bir müddət ödədikdən sonra kredit borcunu və faizləri ödəməməsi müəyyən edilmişdir, Ona görə də cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 385.0.3, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 11500 (on bir min beş yüz) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 104.49 (bir yüz dörd manat, qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar