Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-203/2025 25.02.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə. İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 3050 manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, uzun müddətdir Sədərək rayon Dəmirçi kəndində yaşamaqla ailəliklə təsərrüfatla məşğul olduğunu, Cavabdeh da həmkəndli kimi tanımaqla aralarında qonşuluq münasibətinin olduğunu, ehtiyac və digər işlərinin aparılması məqsədilə 2024-cü ilin yayında bəslədikləri heyvanları satmaq qərarına gəldiklərini, bu səbəbdən də 78 baş xırda buynuzlu heyvanı cavabdehə satmaq barədə razılaşdıqlarını, satılan heyvanlar üçün ümumi məbləğ 13.000 manat təşkil etdiyini, bu məbləğin isə 10.000 manat hissəsi cavabdeh tərəfindən ödənildikdən sonra qalıq məbləğin də tez bir zamanda ödənilməsi barədə razılaşdıqlarını, bundan sonra isə qalıq 3000 manat pulun ödənilməsi ilə bağlı aralarında xx.xx.2025-ci il tarixdə borc müqaviləsi bağlandığını, bu müqavilənin Şərur rayon 2 saylı Notariat Ofisində notariusun iştirakı ilə imzalandığını, həmin müqaviləyə görə də cavabdehin aldığı 3000 manat borc pulu 6 ay müddətdində hər ay 500 manat ödəməklə xx.xx.2025-ci il tarixədək ödənilməsi barədə öhdəlik götürdüyünü, lakin öhdəlik götürməsinə baxmayaraq cavabdehin ona olan borcunu ödəməkdən yayındığını, bu məqsədlə cavabdehə etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmadığından hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, cavabdehin öz vədinə əməl etməməsi və götürmüş olduğu öhdəliyi yerinə yetirməməsi səbəbindən ona xeyli miqdarda ziyan vurulduğunu bildirərək Cavabdeh 3000 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 3050 manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmiş və heç bir üzürlü səbəb göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu baxımdan Cavabdeh iştirakı olmadan məhkəmə baxışı keçirilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixinədək qaytarmaq şərti ilə 3000 manat məbləğində borc verilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh borc müqaviləsinin şərtlərini pozaraq borcu müəyyən edilmiş vaxtda geri qaytarmamışdır. Borcalana dəfələrlə bu barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilən xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən borcverən borcalana 3000 manat məbləğində pul verir. Borcalan borcu xx.xx.2025-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2025-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə onun iddiaçı qarşısında 3000 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Sədərək royon Dəmirçi kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatına və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı, Cavabdeh qarşı pul tələbi barədə iddiası sübuta yetirildiyindən tam təmin edilməlidir. Belə ki, işdə iştirak edən iddiaçının izahatı, pulun verilməsi barədə borc müqaviləsi və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə İddiaçı ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında yazılı formada razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində borc pul verilmiş cavabdeh də həmin borc pulu xx.xx.2025-ci il tarixinədək qaytarmaq şərti ilə qəbul etmişdir. Cavabdeh sonradan iddiaçıya heç bir ödəniş etməmişdir. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Ona görə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3000 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə 3000 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümümilikdə 3050 (üç min əlli) manat məbləğində borcun, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh alınıb Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-203/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-203/2025
25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver