Məhkəmə qərarları › İş №2(088)-42/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-42/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-42/2021 25.05.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı, Cavabdeh maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim : İddiaçı 24 may 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ünvanlayaraq Cavabdeh vurulmuş maddi zərərə (əldən çıxmış fayda) görə 10000 manat mənəvi zərərə görə 5000 manat olmaqla cəmi 15000 manat pulun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyə uyğun tərtib edilmədiyindən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 150.0.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və həmin məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edirəm ki, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri təqdim edilmədiyindən, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin nə əsli nə də notarius təsdiqli surəti əlavə edilmədiyindən, cavabdehin yaşayış yeri haqqında İcra Nümayəndəliyindən və ya Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsindən heç bir arayış ərizəyə əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsində qeyd edilir ki, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən X1 filialı ünvanından ADM**********508 əməliyyat nömrəsi 22914 qəbz nömrəsi ilə 06 fevral 2021-ci il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır Bununla yanaşı ərizəçiyə izah edilir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 150.0.5,152.2, 152.3,152.4, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim : İddiaçı, Cavabdeh maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən iddia ərizəsinə əlavə edilmiş sənədlərlə birlikdə özünə geri qaytarılsın. İddiaçı tərəfindən X1 filialı ünvanından ADM**********508 əməliyyat nömrəsi 22914 qəbz nömrəsi ilə 06 fevral 2021-ci il tarixdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sədərək rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar