Məhkəmə qərarları › İş №2(088)-69/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-69/2023

21.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-69/2023 21.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarına əsasən Cavabdeh ona olan 4000 manat borcun, hüquqi yardım xidməti üçün ödədiyi 450 manat pulu və 65 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə 4515 manat pul məbləğinin cavabdehdən cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 15 may 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclasında tərəflər iştirak etmədiyindən təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə hazırlıq iclası keçirilərək baxılması üçün xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, 2(088)-69/2023 saylı işin baxılmamış saxlanılmasını və sənədlərin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5 maddəsinə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının İddiaçı X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 65 (altmış beş) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 65 (altmış beş) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar