Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-8/2025 09.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Mülki iş üzrə iddiaçı X6, onun vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sədərək rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, 7000 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 90 manat dövlət rüsumu ilə birlikdə cəmi 7090 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Cavabdeh ilə oğlu Şahid2 razılaşaraq öz adına olan 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili ilə **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini dəyişdirib DYP-də alqı-satqı əsasında **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili onun adına qeydiyyata aldıqdan sonra **-BK- *** dövlət nömrə nişanı verilmiş, **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilinin sahibi Şahid1 olsada oğlunun onunla heç bir danışığı olmadığını bütün hərəkətlər Cavabdehlə aparıldığını, **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini adına keçirdikdən sonra oğlu Şahid2 adına ümumi etibarnamə verdiyini, oğlu Şahid2 xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına keçən zaman **-BK-*** dövlət nömrə nişanlı maşını (**-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili) saxlamışlar və saxlanılan zaman məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı əsasında sahibinə qaytarılan **-CR-*** nömrəli nəqliyyat vasitəsinə müsadirə qərarı verilib, lakin Cavabdeh bunu bilsədə nəqliyyat vasitəsini digər nəqliyyat vasitəsi ilə əvəz etməklə 7000 manat əsassız varlanıb, adı gedən avtomobil Türkiyə Respublikasında saxlanılan zaman həmin vaxt oğlu Şahid2 Cavabdehlə əlaqə saxlamış avtomobilin müsadirə olunduğunu avtomobili dəyişərkən Coşğundan maşınla Türkiyə Respublikasına gedəcəyini bildirdiyini Coşğunun isə ona işi ilə əlaqədar olaraq Türkiyə Respublikasına gedə bilmədiyini, lakin onun gedə biləcəyini bildirdiyini deyib Coşğun isə cavabında avtomobilin təmiz olduğunu, avtomobilin barəsində Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı olmasından xəbərsiz olduğunu bildirib, sonra oğlu Şahid2 məhkəmə qərarını almaq üçün dəfələrləTürkiyə Respublikasına gedib və hər gedişində müəyyən qədər vəsait xərcləyib, həmin vəsaitlərin xərclənməsinə Cavabdeh səbəb olub, o bu məsələ ilə bir neçə orqana müraciət etsədə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunduğunu, ona görə də, Cavabdeh 7000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 90 manat rüsumun cəmi 7090 manat məbləğində pulun ona qaytarılmasını əsaslı hesab etmişdir. Məhkəmə iclasında mülki iş üzrə iddiaçı X8 izahatında bildirmişdir ki, İddiasını tam müdafiə etdiyini, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olan Cavabdeh ilə oğlu Şahid2 razılaşaraq öz adına olan 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili ilə **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini dəyişdirib DYP-də alqı-satqı əsasında **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili onun adına qeydiyyata aldıqdan sonra **-BK-*** dövlət nömrə nişanı verildiyini, **-BC- *** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilinin sahibi Şahid1 olsada oğlu Pərvizin onunla heç bir danışığı olmadığını bütün danışıqların Cavabdehlə aparıldığını, **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini adına keçirdikdən sonra oğlu Şahid2 adına ümumi etibarnamə verdiyini, oğlu Şahid2 xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına keçən zaman **-BK-*** dövlət nömrə nişanlı maşının (**-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili) saxlanıldığını və saxlanılan zaman məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı əsasında sahibinə qaytarılan **-CR-*** nömrəli nəqliyyat vasitəsinə müsadirə qərarı verildiyini, lakin Cavabdeh bunu bilsədə nəqliyyat vasitəsini digər nəqliyyat vasitəsi ilə əvəz etməklə 7000 manat əsassız varlandığını, adı gedən avtomobil Türkiyə Respublikasında saxlanılan zaman həmin vaxt oğlu Şahid2 Cavabdehlə əlaqə saxlamış avtomobilin müsadirə olunduğunu avtomobili dəyişərkən Coşğundan maşınla Türkiyə Respublikasına gedəcəyini bildirdiyini Coşğunun isə ona işi ilə əlaqədar olaraq Türkiyə Respublikasına gedə bilmədiyini, lakin onun gedə biləcəyini bildirdiyini deyib Coşğun isə cavabında avtomobilin təmiz olduğunu, avtomobilin barəsində Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı olmasından xəbərsiz olduğunu bildirdiyini, sonra oğlu Şahid2 məhkəmə qərarını almaq üçün dəfələrləTürkiyə Respublikasına gedib və hər gedişində müəyyən qədər vəsait xərclədiyini, həmin vəsaitlərin xərclənməsinə Cavabdeh səbəb olduğunu, bu mübahisə ilə bağlı bir neçə orqana müraciət etsədə heç bir nəticəsi olmadığını və məhkəməyə müraciət edilməsi tövsiyyə olunduğunu ona görə də, Cavabdeh 7000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 90 manat rüsumun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə Cavabdeh izahatında iddianı qəbul etmədiyini, işə gedib-gəlmək məqsədi ilə 2021-ci il tarixdə həmkəndlisi Şahid1 ümumi etibarnamə ilə buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini aldığını, həmin avtomobili 4 il idarə etdikdən sonra yanacağı çox işlətdiyi üçün satmaq qərarına gəldiyini və həmin avtomobili satışa qoyduğunu, bir müddət sonra Şərur rayon sakini Şahid2 onunla əlaqə saxlayaraq avtomobilə baxmaq istədiyini bildirdiyini ona gəlib baxmasını təklif etdiyini, Şahid2 Sədərək kəndinə gələrək avtomobilə baxıb bəyəndiyini və özünün adına olan idarə etdiyi 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili ilə **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini başa-baş dəyişməyi təklif etdiyini, öz aralarında razılığa gələrək avtomobilləri dəyişmək qərarına gəldiklərini amma alqı-satqı edə bilməyəcəyi üçün avtomobili aldığı şəxs həmkəndlisi Şahid1 çağırıb kəndə gətirdiyini və Şahid1 ilə Şahid2 notariusa gedərək **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobil üçün Şahid2 adına ümumi etibarnamə verdiyini və sonra onlar DYP gedərək 31105-803 minik maşını adlarına sənədləşdirdiklərini, **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili Şahid1 alarkən ondan avtomobilin Türkiyə Respublikasında hansısa probleminin olubolmamasını soruşmadığını, çünki polis orqanlarında işlədiyi üçün hansısa xarici ölkəyə getməyinə icazə verilmədiyini, **-BC-*** nömrəli avtomobili həmkəndlisi Şahid1 alanda həmin maşının Türkiyyə Respublikasında cəriməsi və yaxud axtarışda olması barədə ona heç nə deməməmişdir. Dörd ildə həmin maşının axtarışda və yaxud cəriməsi olması barədə ona heç kim bir kəlmədə olsun söz demədiyini, Şahid2 Eylas oğlu maşının Türkiyyədə saxlandığını dedikdən sonra həmin maşının cəriməsi olduğunu bildiyini, həmin avtomobil ilə heç vaxt Türkiyə Respublikasına getmədiyini və həmin avtomobillə kiminsə Türkiyə Respublikasına getməyi üçün etibarnamə vermədiyini ona görə də o, heç kimi aldatmamasını və qanuni olaraq könüllü olaraq Pərvizin xahişi və istəyi ilə maşınlarını dəyişdiklərini bu baxımdan qanuni qərar çıxarılmasını xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 öz ifadəsində bildirdi ki, yaxın tanışları olan insanlar ona Sədərək rayonunda satışa qoyulmuş buraxılış ili 2008 olan 31105-803 minik avtomobil satıldığını bildirdiklərini, o tanışların köməkliyi ilə Cavabdehlə əlaqə saxladığını və avtomobilə baxaraq istədiyini bildirdiyini Coşğun isə gəlib baxa biləcəyini bildirdiyini və o, Sədərək rayonuna gedərək **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilinə baxdıqdan sonra özünün adına olan idarə etdiyi 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili başa-baş dəyişməyi təklif etdiyini və **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili Coşğundan almaqda məqsədimin həmin avtomobillə çörək pulu üçün Türkiyə Respublikasına getmək olduğunu bildirdiyini, Coşğun isə ona avtomobilin təmiz olduğunu özünün işi ilə əlaqədar Türkiyə Respublikasına gedə bilmədiyini amma onun gedə biləcəyini bildirdiyini, hər ikisi razılığa gəldikdən sonra Niyazi adlı şəxslə notariusa getdiklərini və ona **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili üçün ümumi etibarnamə verildiyini, 1 ay sonra DYP-də həmin etibarnamə əsasında **-BC-*** buraxılış ili 2008 olan 31105- 803 minik avtomobilini atası İddiaçı adına alqı-satqı edərək sənədləşdirdiklərini və atasının ona ümumi etibarnamə verdiyini, xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına keçən zaman **-BK-*** dövlət nömrə nişanlı maşını (köhnə **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili) saxladıqlarını və saxlanılan zaman məlum oldu ki, xx.xx.2016-cı il tarixində Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı əsasında sahibinə qaytarılan **-CR-*** nömrəli nəqliyyat vasitəsinə müsadirə qərarı verildiyini, dərhal oradan Coşğunla əlaqə saxladığını ona avtomobilin təmiz olduğunu bildirsədə avtomobilin barəsində Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı olduğunu və avtomobili əlindən alaraq müsadirə etdiklərini bildirdikdə Coşğun avtomobilin təmiz olduğunu bildirərək Türkiyə Respublikası cinayət işləri üzrə X5 Məhkəməsinin qərarı barədə məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 öz ifadəsində göstərdi ki, 2018-ci ildə hissə-hissə ödəmək şərti ilə Şahid4 buraxılış ili 2008 olan 31105-803 minik avtomobili aldığını, o, avtomobili alarkən avtomobilin arxasının kəsik olduğunu və maddi imkanın çox aşağı olduğu üçün düzəltdirə bilmədiyini, o, dövr aylıq 400 manat əmək haqqı aldığını, ailəli olduğu üçün aldığı maaşla avtomobilin üzərində heç bir remont işi apara bilmədiyini, zaman-zaman pulu olduqca avtomobilin arxasını düzəltdirdiyini və avtomobildən Şahid4 olan borcunu qaytardığını, həmin avtomobili idarə etdiyi zaman avtomobilə bak yığdırmağa və Türkiyə Respublikasına getməyə maddi imkanı çatmadığı və yanacağı çox işlətdiyi üçün avtomobili 2021-ci ildə həmkəndlisi Cavabdeh satdığını, Coşğuna avtomobili satarkən etibarnamə verdiyini, avtomobili Coşquna satarkən Coşqun ondan Türkiyə Respublikasına gedib-gələ biləcəyini soruşmadığını, 2024-cü ilin əvvəli Coşqun Qarayevin ona zəng vuraraq bildirdi ki, həmin avtomobili satıram, lakin ümumi etibarnamə sənin adına olduğu üçün satdığım adama ümumi etibarnamə verə bilmirəm ona görə gəlib avtomobili satdığım adama ümumi etibarnamə verməlisən dediyini, Coşquna etiraz etmədiyini Şahid2lə Cavabdeh olduğu yerə gəldiyini, həmin yerdə ona məlum oldu ki, Coşğunla Pərviz öz aralarında razılığa gələrək Cavabdeh idarə etdiyi **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobili ilə Şahid2 idarə etdiyi 2107 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili dəyişirlər ona görə də, həmin **-BC-*** buraxılış ili 2008 olan 31105- 803 minik avtomobil üçün Şahid2 adına ümumi etibarnamə verilməli idi, sonra notariusa getdiklərini **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobil üçün Şahid2 adına ümumi etibarnamə verdiyini, **-BC-*** buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini üç il idarə etdiyi müddətində həmin avtomobilin hər hansı həbsi və cəriməsi barədə onda heç bir məlumatın olmadığını, Şahid2 onun yanında avtomobillə Türkiyə Respublikasına gedəcəyini yada avtomobilin orada hansı problemi olub-olmadığı barədə heç bir söhbət etmədiyini bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 öz ifadəsində bildirdi ki, həqiqətən həmkəndlisi Şahid4 məxsus buraxılış ili 2008 olan 31105-803 minik avtomobilini 2016-cı ilin mart ayında günü 10-15 manata şofir kimi Türkiyə Respublikasına aparıb gətirmək üçün götürüb işlətdiyini, Türk gömrüyünü keçərkən avtomobilin bakı böyük olduğu üçün saxlayaraq avtomobilə cərimə yazacaqlarını bildirdiklərini, avtomobil türk gömrüyündə hardasa 1 ay qaldıqdan sonra avtomobilin sahibi Şahid4la gedərək avtomobilə yazılmış təqribi 700-800 türk lirəsini ödəyərək həmin avtomobili çıxararaq gətirdiklərini, maşını gətirəndən sonra o, həmin avtomobili gündəlik az pul verdiyi üçün 2016-cı ilin may ayı sahibi Familə qaytardığını və işləmək istəmədiyini bildirdiyini, ondan soruşmadığı üçün o, avtomobilin Türkiyə Respublikasına saxlanılmasını Cavabdeh heç vaxt demədiyini, lakin həmin avtomobillə 2017-ci və 2018-ci illərdə avtomobilin sahibi Şahid4 dəfələrələ Türkiyə Respublikasına gedib gəlməsinin şahidi olduğunu, bir müddət sonra 2020-ci ildə Bakı şəhərinə köçdüyünü, Bakı şəhərinə köçəndən sonra pandemiya düşdüyünü və həmin avtomobilin talehi ilə maraqlanmadığını, bu yaxınlarda ona Sədərək rayon məhkəməsindən SMS gəldi ki, 2(088)-127/2024 saylı mülki iş ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə şahid qismində məhkəməyə dəvət olunuram ona görə də bu gün məhkəmə prosesinə gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 öz ifadəsində bildirdi ki, həqiqətən də 2016-cı ildə ** CR *** dövlət nömrə nişanlı 31105-803 minik avtomobili olduğunu, həmin illər adı çəkilən maşını qohumu Şahid3 işlətdiyini və Türkiyə Respublikasına gedib-gəldiyini, 2016-cı ildə Orxan maşınla artıq yanacaq apardığı üçün maşını Türküyə gömrüyündə saxladıqlarını, bir neçə gündən sonra Türkiyə gömrüyünə gedərək yanacağın dəyərinin iki mislindən çox yəni 400 manata qədər cərimə ödəyərək maşını azərbaycana gətirdiklərini, 2016-cı ildən sonra iki il yəni 2018-ci ilə kimi həmin maşınla Türkiyə Respublikasına gedib-gəldiklərini, 2018-ci ildə həmin maşını həmkəndlisi Şahid1 satdığını, maşını Niyaziyə satdığı vaxt heç bir problemi olmadığını, Niyazi həmin maşını üç il sürdükdən sonra həmkəndlimiz Cavabdeh satdığını, hər iki kəndlisinin dövlət işçisi olduğundan 2018-ci ildən maşınla Türkiyə Respublikasına getmədiklərini, ** CR *** dövlət nömrə nişanlı maşını Niyaziyə satarkən Türkiyədə cərimə olunması barədə heç bir söz demədiyini, o, cümlədən Cavabdeh da maşının Türkiyədə saxlanması və cərimə olunması barədə heç bir məlumatının olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh Qarayev X3 royon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyəti Çomaxtur kəndi İƏD üzrə Nümayəndəliyinin 05 avqust 2024-cü il tarixli, 645 nömrəli arayışından görünür ki, iş üzrə İddiaçı Şərur rayon Çomaxtur kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Aralıq Cinayət İşləri üzrə Birinci İnstansiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, 05 mart 2016-cı il tarixdə azərbaycan vətəndaşı Şahid3 ** CR *** nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz yanacaq daşıdığına görə Türkiyə qanunvericiliyinə görə adı çəkilən avtomobilin müsadirə olunması barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş 08 fevral 2021-ci il tarixli AR-İ № 992240 nömrəli etibarnamədən məlum olur ki, həmin tarixdə Şahid1 ** BC *** buraxılış ili 2008-ci il olan QAZ 31105-803 minik avtomobilin üzərində səlahiyyət verməyi Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə olunmuş 03 fevral 2024-cü il tarixli 739759 nömrəli etibarnamədən isə müəyyən edilir ki, Şahid1 ** BC *** buraxılış ili 2008-ci il olan QAZ 31105-803 minik avtomobilin üzərində səlahiyyət verməyi Şahid2 Eylas oğluna etibar etmişdir. Mülki işə əlavə edilmiş 13 iyun 2024-cü il tarixli ƏN-İX № 678778 nömrəli etibarnamədən də müəyyən olunur ki, ** BK *** buraxılış ili 2008-ci il olan QAZ 31105- 803 minik avtomobilin mülkiyyətçisi İddiaçıdur və o, nəqliyyat vasitəsinə sərəncam verməyi oğlu Şahid2 etibar etmişdir. Məhkəmə tərəflərin izahatlarına, şahid ifadələrinə və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, işdə iştirak edən tərəflərin izahatları, şahidlərin ifadələri və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə İddiaçı oğlu Şahid2 ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında şifahi formada razılığa əsasən, Şahid2 adına olan 2107 markalı ** BX *** dövlət nömrə nişanlı avtomobili ilə etibarnamə ilə cavabdehin istifadəsində olan ** BC *** buraxılış ili 2008-ci il olan QAZ 31105-803 minik avtomobili dəyişdirilərək, tərəflərin razılığı ilə hər iki avtomobil öz adlarına rəsmiləşdirilmişdir. Mülki işin araşdırılan hallarından da məlum olur ki, tərəflər öz aralarında hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə əşyaların alınması qaydalarını şifahi və qarşılıqlı razılıq əsasında həll etmiş, yəni, öz aralarında şifahi razılığa gəlmiş və əlavə olaraq cavabdehin və iddiaçının oğlu Şahid2 heç bir mübahisə yaratmadan avtomobillərə münasibətdə qanuni sənədləşdirmə işləri aparmışlar. Məhkəmə işi hər tərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddiaçının iddia etdiyi cavabdehin onu aldadaraq əsassız varlanması işin halları ilə sübut olunmur. Ona görə ki, işə əlavə olunmuş Türkiyə Respublikası Aralıq Cinayət İşləri üzrə Birinci İnstansiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarından da müəyyən olunur ki, ** CR *** dövlət nömrə nişanlı avtomobil 05 mart 2016-cı ildə Türkiyə Respublikasında saxlanılmış və 04 sentyabr 2020-ci il tarixdə isə qərar qəbul edilmişdir. Cavabdeh isə həmin avtomobili 08 fevral 2021-ci il tarixdə etibarnamə əsasında əldə edərək istifadə etməyə başlamışdır. Məhkəmədə ifadə vermiş şahidlərin ifadələrindən də aydın olur ki, həqiqətən cavabdeh QAZ-31 markalı avtomaşını Niyazidən aldıqdan sonra 4 il istifadə etsədə həmin avtomobilin 2016-cı ildə Türkiyə Respublikasında saxlanması və cəriməsi olması barədə məlumatı olmamışdır. Əlavə olaraq məhkəmə tədqiqi zamanı da cavabdehin həmin məhkəmə qərarından xəbəri olması da sübuta yetirilməmişdir. İddiaçı da bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Öncəliklə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədən kənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Buna nümunə kimi şəxsə səhvən əmlak (pul və s.) göndərmək, mala (işə, xidmətə) görə təkrar ödəniş həyata keçirmək, başqasının əmlakından istifadə etmək göstərilə bilər. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-8/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-8/2025
09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver