Məhkəmə qərarları › İş №2(088)-80/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-80/2024

21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-80/2024 21.08.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc qismində qalan 3000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 50 manatın, cəmi 3050 manat pulun alınıb iddiacıya verilmasi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ildən dostluq münasibətlərinin olduğunu, Cavabdeh 2023-cü il may ayının 21-i ondan 13500 azn dəyərində 14 ədəd noutbuku (diz üstü kompüter) ondan borclanaraq almış, xx.xx.2023-cü ildən bugünədək cəmi 10500 azn pul geri ödəmiş və 3000 azn borc qalıq olaraq qaldığını, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində görüşərək ona 3000 manat məbləğində borc pulun etirafı barədə ərizə imzalamağı və həmin borcu etiraf edərkən video görüntü ilə lentə almağı təklif etdiyini, Cavabdehda onun fikiri ilə razılaşmış və xx.xx.2024-cü ildə öz imzası ilə təsdiq etməklə ərizə yazmışdır. Cavabdeh xx.xx.2024-cü tarixdə 3000 azn pul borcunu tez bir zamanda geri qaytaracağına söz verməsinə baxmayaraq bugünki günə qədər heç bir ödəniş etməmiş, həmin vaxtdan 1 aydan çox keçməsinə baxmayaraq Cavabdeh 3000 manat məbləğində pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etdiyini, Cavabdeh 3000 azn pulu xx.xx.2024-cü ildə borcun etirafı barədə öz aralarında tərtib etdikləri ərizəni video görüntü ilə imza edərək təsdiqlədiyindən Cavabdeh 3000 manat pul borcunun tutulması barədə qətnamə qəbul edilməsini və 50 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb onun xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ünvan 1 ünvanında yaşadığı və eyni zamanda Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinə gəlməyə fiziki və maddi imkanı olmadığı üçün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddiaçının xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddiaçının xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan baxıla bilər. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh Yusifli X1 royon Qaraağac kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş CD-dən və xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh iddiaçıdan 2023-cü il may ayının 21-də 13500 azn dəyərində 14 ədəd noutbuku (diz üstü kompüter) alaraq iddiaçıya borclanmış və həmin borcun bir hissəsini yəni 10500 manat pulu müxtəlif vaxtlarda ödəmiş lakin qalıq qalan 3000 manat pulu ödəməmiş və həmin qalıq qalan pulu qısa müddət ərzində ödəyəcəyi barədə söz vermiş bununla bağlı borcun etirafı barədə ərizə imzalamışdır. Belə ki, mülki iş materialında olan CD-dən və borcun etiraf edilməsi barədə ərizədən müəyyən olunur ki, iş üzrə Sədərək royon Qaraağac kəndində qeydiyyatda olan cavabdeh olan Cavabdeh 21 may 2023-cü il tarixdə İddiaçı 13500 azn dəyərində 14 ədəd noutbuku (diz üstü kompüter) almış, həmin tarixdən iddiaçı qarşısında 13500 manat məbləğində pul borcu yaranmış, 10 aprel 2024-cü il tarixədək yaranmış borcdan 10500 manat ödəmiş, həmin tarixdə cavabdeh video çəkiliş vasitəsilə qalıq borcunu etiraf etmiş və borcunu tez bir zamanda qaytaracağına söz verərərək ödəlik götürmüş, bununla bağlı xx.xx.2024-cü il tarixdə borcun etiraf edilməsi ilə bağlı ərizə imzalamışdır. Lakin, cavabdeh həmin borcu indiyədək ödəməmişdir. Sədərək Rayon Məhkəməsinin böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və bununla bağlı telefonoqram tərtib edilmiş, həmin telefonoqrama əsasən cavabdeh adı gedən noutbukları (diz üstü kompüter) şəxsən özünün götürdüyünü, video çəkilişin etirafı və borcun etirafı barədə ərizəni öz razılığı ilə yazıldığını, iddiaçıya olan borcun böyük bir qismini ödədiyini, cəmi 3000 manat borcunun qaldığını və həmin borcunu yaxın zamanlarda İddiaçı qaytaracağını, hazırda maddi imkanı aşağı olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini bildirmişdir. Mülki işin araşdırılan hallarından da məlum olur ki, tərəflər öz aralarında hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə pulun verilib–əşyaların alınması qaydalarını şifahi və qarşılıqlı razılıq əsasında həll etmiş, yəni, öz aralarında şifahi müqavilə bağlamış və əlavə olaraq cavabdehin yazılı ərizəsi əsasında 3000 manat pulun qalıq qaldığı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləçək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-nin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də Sədərək royon Qaraağac kəndində qeydiyyatda olan Cavabdeh 3000 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Sədərək royon Qaraağac kəndində qeydiyyatda olan Cavabdeh 3000 (üç min)manat pul alınaraq, Bakı şəhəri Səbail rayonu, Elçin Əzizov küçəsi dalan 2 ev 48 də qeydiyyatda olan ( faktiki yaşadığı- Bakı şəhəri Azadlıq prospekti 127/131 blok A mənzil 55) İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar