Məhkəmə qərarları › İş №2(088)-81/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-81/2021

08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-81/2021 08.09.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanmasına məhkəmə hazırlıq iclasında baxararaq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Sədərək rayonu Dəmirçi kəndində yerləşən daşınmaz əmlaka 110000 manat xərc çəkmişdirlər. Haliyyədə həmin ev Cavabdeh satıldığından çəkilmiş xərcin ümumilikdə 110000 manat pulun alınaraq ona verilməlidir. Məhkəmə hazırlıq iclasında işi məhkəmədə baxılmağa hazırlayarkən müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri, Əmircan qəsəbəsi A. Rzayev küçəsi ev 5, mən 59 ünvanında qeydiyyatdadır və həmin ünvanda yerləşən mənzildə daimi olaraq yaşayır. İddia ərizəsi aşağıda göstərilənlərə əsasən, baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh məxsus seriya AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi A. Rzayev küçəsi ev 5, mənzil 59–da rəsmi qeydiyyatdadır. Əlavə olaraq iş üzrə Cavabdeh 06 sentyabr 2021-ci il tarixdə məhkəməyə yazılı vəsatət göndərərək işin aidiyyətı üzrə qeydiyyatda olduğu və daimi yaşadığı yer üzrə Suraxanı rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Adı çəkilən məcəllənin 32.2-ci maddəsində isə göstərilmişdir ki, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir. Həmin məcəllənin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəməhesab edir ki, cavabdehin rəsmi qeydiyyatı Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi olduğu üçün mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar