Məhkəmə qərarları › İş №2(089)-123/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-123/2021

21.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-123/2021 21.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, xx xxxxxx 1949-cu il tarixdə doğulmasının 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Novruz” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Novruz” qeydinin “Novruzəli” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxxxx 1949-cu il tarixdə Culfa şəhərində doğulmuşdur. X10, anası X2r. Bir bacısı və bir qardaşı var. Bacısı Zeynəb 22 fevral 2021-ci il tarixdə ölmüşdür. Bacısı Zeynəbin vərəsələri yoxdur. Zeynəbdən miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün Culfa rayon Dövlət Notariat ofisinə müraciət etmiş, Zeynəbin doğum haqqında şəhadətnaməsində ana babasının adı Novruzəli, özünün doğum haqqında şəhadətnaməsində ana babasının adı Novruz kimi qeyd edildiyindən, ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ana babasının adı Novruz deyil, Novruzəlidir. Bacısı Zeynəbin, qardaşı Ramazanın doğum haqqında şəhadətnamələrində, anası Səriyənin ölüm haqqında şəhadətnaməsində, anası Səriyəyə məxsus olan pensiya vəsiqəsində ana babasının adı Novruzəli kimi qeyd edilmişdir. Doğum akt qeydiyyatı kitabında ana babasının adı səhvən Novruz kimi qeyd edilmişdir. xx xxxxxx 1949-cu il tarixdə doğulmasının 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Novruz” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Novruz” qeydinin “Novruzəli” kimi qeyd edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və düzəliş edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X17 izahatında bildirmişdir ki, Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən tərtib edilmiş akt qeydlərindəki məlumatlar əsas götürülür. Lakin Ərizəçi xx xxxxxx 1949-cu il tarixdə doğulmasının 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında ərzəçinin ana babasının adı “Novruz” kimi qeyd edildiyindən, ona doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və ana babasının adı Novruzəli kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. İş materialarında olan- 19 aprel 2021-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X4 xx xxxxxx 1949-cu il tarixdə doğulmuş, doğum 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınmışdır. X1 atası X20, anası X12r. 297930 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1949-cu il tarixdə doğulmuş, doğum 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin ata qrafasında X20, ana qrafasında X15 qeyd edilmişdir. 416597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 02 avqust 1959-cu il tarixdə doğulmuş, doğum 14 avqust 1959-cu il tarixdə 75 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin ata qrafasında X20, ana qrafasında X8 qeyd edilmişdir. 267534 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 aprel 1957-ci il tarixdə doğulmuş, doğum 08 may 1957-ci il tarixdə 77 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin ata qrafasında X21, ana qrafasında X8 qeyd edilmişdir. 010720 nömrəli vəsiqənin surətindən görünür ki, həmin vəsiqə X3 məxsusdur. Maraqlı şəxsndən verilmiş 17 may 2021-ci il tarixli, 05/Q-370/61 nömrəli arayışdan görünür ki, X9 doğum akt qeydiyyatı tapılmamışdır. Maraqlı şəxs 19 aprel 2021-ci il tarixli, 05/2-70/66 nömrəli məktubundan görünür ki, 22 dekabr 1949-cu il tarixdə tərtib edilmiş 107 nömrəli doğum akt qeydində Ərizəçi ana babasının adı Novruz kimi qeyd edildiyindən ona ana babasının adı Novruzəli kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi doğumunun qeydə alınması barədə doğum akt qeydləri kitabında ana babasının adının düzgün qeyd olunmaması, Novruzəli adının Novruz kimi qeyd edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş X5, X6 doğum haqqında şəhadətnamələrinin, pensiya vəsiqəsinin surətindən görünür ki, Qurbanova (Abbasova) Sədafərim İsmayıl qızının ana babasının adı Novruz deyil, Novruzəlidir Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, Qurbanova (Abbasova) Sədafərim İsmayıl qızının xx xxxxxx 1949-cu il tarixdə doğulmasının 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Novruz” qeydinin düzgün olmaması müəyyən edilməli, “Novruz” qeydi “Novruzəli” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 xx xxxxxx 1949-cu il tarixdə doğulmasının 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Novruz” qeydinin düzgün olmaması müəyyən edilsin. X1 xx xxxxxx 1949-cu il tarixdə doğulmasının 22 dekabr 1949-cu il tarixdə 107 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Novruz” qeydi “Novruzəli” kimi qeyd edilsin. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar