Məhkəmə qərarları › İş №2(089)-129/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-129/2021

02.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-129/2021 02.06.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X10 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, anası X6 04 iyun 2015-ci il tarixdə ölməsinin 22 iyun 2015-ci il tarixdə 02 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Məmməd” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Məmməd” qeydinin “Məhəmməd” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, 10 iyun 1962-ci il tarixdə Ləkətağ kəndində doğulmuşdur. X13, anası X4r. Mərhum anası X7 04 iyun 2015-ci il tarixdə Ləkətağ kəndində ölmüşdür. Bu barədə Ləkətağ kənd İƏD üzrə nümayəndəliyində 22 iyun 2015-ci il tarixdə qeydiyyat aparılmış, ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm haqqında şəhadətnamədə ana babasının adı Məhəmməd kimi deyil, səhvən Məmməd kimi qeyd edilmişdir. Ana babasının adının Məmməd deyil, Məhəmməd olması bacısı Salatın Yaqubovanın, dayısı qızı Dilarə Quliyevanın, Gülarə Quliyevanın doğum haqqında şəhadətnamələri ilə, dayısı X11 ölüm akt qeydindən çıxarışla, anası Xeyrənsə Novruzovanın (Yaqubova) qəbirüstü daşında qeyd edilənlərlə, JN-042A nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə ilə öz təsdiqini tapır. Ərizəçi izahatında onu da bildirmişdir ki, anası mərhum X2 Culfa rayon Ləkətağ kəndində torpaq sahələri, fərdi yaşayış evi miras qalmışdır. Mirasın sənədləşdirilməsi üçün vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə Culfa radon Dövlət notariat ofisinə müraciət etmiş, anası X.Novruzovanın ölüm haqqında şəhadətnaməsində ana babasının adı səhvən Məmməd kimi qeyd edildiyindən, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Anası X.Novruzovanın ölüm haqqında şəhadətnaməsi, ölüm akt qeydində ana babasının adı səhv qeyd edilməsi əmlak üzərində müvafiq hüquqların həyata keçirilməsinə maneə yaradır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X1 04 iyun 2015-ci il tarixdə ölməsinin 22 iyun 2015-ci il tarixdə 02 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Məmməd” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Məmməd” qeydinin “Məhəmməd” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X15 izahatında bildirmişdir ki, Ərizəçi 14 aprel 2021-ci il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, Culfa rayonunun Ləkətağ kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 22 iyun 2015-ci il tarixli 02 nömrəli ölüm akt qeydində X6 ata adının “Məmməd” adından digər sənədlərə uyğun olaraq “Məhəmməd” adına dəyişdirilməsini xahiş etmişdir. Ərizəçi Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara uyğun olaraq qeydiyyat şöbəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan- 673475 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə doğulmuş, atası X27, anası X4r. 673473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 iyun 1956-cı il tarixdə doğulmuş, atası X27, anası X4r. 939321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 02 may 1962-ci il tarixdə doğulmuş, atası X17, anası X18r. 939323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 17 may 1956-cı il tarixdə doğulmuş, atası X17, anası X18r. 21 may 2021-ci il tarixli,05/Q-330/69 nömrəli Maraqlı şəxs tərəfindən verilmiş arayışlardan görünür ki, X11 Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində doğum aktı qeydiyyatı tapılmamışdır. 21 may 2021-ci il tarixli,05/Q-380/69 nömrəli Maraqlı şəxs tərəfindən verilmiş arayışlardan görünür ki, X3 Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində doğum və nikah aktı qeydiyyatı tapılmamışdır. 21 aprel 2021-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan müəyyən olunur ki, X23 26 fevral 1998-ci il tarixdə ölmüş, bu barədə akt qeydiyyatı kitabında 03 nömrə ilə qeyd edilmişdir. 555157 nömrəli öülm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 04 iyun 2015-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 22 iyun 2015-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmişdir ki, bir ədəd fotoşəkildən görünür ki, X5 qəbirüstü abadlaşdırılmış, qəbirüstü daşda “X9 1922-2015 övladlarından xatirə” yazılmışdır. Maraqlı şəxs 14 aprel 2021-ci il tarixli, 05/Q-67/62 nömrəli məktubunda qeyd edilmişdir ki, “Ləkətağ kənd icra nümayəndəliyində tərtib edilmiş 22 iyun 2015-ci il tarixli, 02 nömrəli ölüm akt qeydində və ölüm haqqında şəhadətnamədə X6 ata adının Məmməd adından digər sənədlərə uyğun olaraq Məhəmməd adına dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən qeydiyyat şöbəsinin səlahiyyətinə daxil deyildir”. Azərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı X6 ölümünün qeydə alınması barədə ölüm akt qeydləri kitabında ata adının düzgün qeyd olunmaması, “Məhəmməd” adının “Məmməd” kimi qeyd edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətindən, ölüm akt qeydindən çıxarışdan görünür ki, mərhum Xeyrənsə Novruzovanın atasının adı “Məmməd” deyil “Məhəmməddir”. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, X6 04 iyun 2015-ci il tarixdə ölməsinin 22 iyun 2015-ci il tarixdə 02 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Məmməd” qeydinin düzgün olmaması müəyyən edilməli, “Məmməd” qeydi “Məhəmməd” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 04 iyun 2015-ci il tarixdə ölməsinin 22 iyun 2015-ci il tarixdə 02 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Məmməd” qeydinin düzgün olmaması müəyyən edilsin. X6 04 iyun 2015-ci il tarixdə ölməsinin 22 iyun 2015-ci il tarixdə 02 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Məmməd” qeydi “Məhəmməd” kimi qeyd edilsin. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar