Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-142/2020 14.08.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqveriyev Tural Ziyad oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Culfa Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə xx.xx.2020-ci il tarixdə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, xx xxxxxx 1950-ci il tarixdə doğulmasının xx xxxx 1950-ci il tarixdə 25 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Piriyeva” “Piriyev”, “Piriyeva” qeydinin düzgün olmamasının müəyyən edilməsi, soyadının “Pirimova”, atasının soyadının “Pirimov”, anasının soyadının “Pirimova” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, o, Culfa şəhəri, X30 bina 40 mənzil 13 ünvanında yaşayır.Ərizəçi atası X2 xx xxxxxx 1958-ci ildə, anası X18 xx xxxxxx 1989-cu ildə vəfat ediblər.Ərizəçi doğumu xx xxxx 1950-ci ildə qeydiyyata alınmışdır.Ərizəçi X19 ilə xx xxxxxx 1976-cı ildə ailə qurmuş, həyat yoldaşının soyadını, Hüseynova soyadını qəbul etmişdir.Onun ailə quranadək soyadı Pirimova olmuş, ona məxsus olan sənədlərlə və digər sənədlərlə öz təstiqini tapır.Ərizəçinin bacısı X11 özünə məxsus olan mənzili ona bağışlamaq istəyir, lakin rəsmiləşdirmə zamanı ərizəçinin doğumunun qeydə alınan zaman soyadı Piriyeva ,atasının soyadının Piriyev, anasının soyadının Piriyeva deyil, Pirimova yazılması müəyyən edilmişdir.Bu səbəbdən də doğum akt qeydində olan səhvlərin düzəldilməsi üçün Culfa rayon Qeydiyyat şöbəsinə bu barədə müraciət etdiyində Qeydiyyat şöbəsi akt qeydində olan səhfliklərin düzəldilməsindən imtina edərək məhkəməyə müraciət etməsini bildirmişdir. Ərizəçi xx xxxxxx 1950-ci il tarixdəxx xxxx 1950-ci il tarixdə 25 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Piriyeva” “Priyev”, “Piriyeva” qeydinin düzgün olmamasının müəyyən edilməsi, soyadının “Pirimova”, atasının soyadının “Pirimov” anasının soyadının “Pirimova” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Culfa Rayon Qeydiyyat Şöbəsinin rəisi X15 izahatında bildirmişdir ki, Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən tərtib edilmiş akt qeydlərindəki məlumatlar əsas götürülür. Lakin Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə doğulmasının xx xxxx 1950-ci il tarixdə 25 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Piriyeva”, atasının soyadı “Priyev”, anasının soyadı “Piriyeva” kimi qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialarında olanxx xxxx 2020-ci il tarixli 385 saylı 14 nömrəli formadan görünür ki, 1900-cü illərə aid X1 Ordubad Rayon Qeydiyyat şöbəsində və Ordubad Rayon Qeydiyyat şöbəsi arxivində doğum akt qeydi tapılmamış, yoxlama VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə 1900-1958-ci illər üzrə aparılmışdır. xx xxxx 2020-ci il tarixli 384 saylı 14 nömrəli formadan görünür ki, 1905-ci illərə aid X10 Ordubad Rayon Qeydiyyat şöbəsində və Ordubad Rayon Qeydiyyat şöbəsi arxivində doğum akt qeydi tapılmamış, yoxlama VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə 1905-1991-ci illər üzrə aparılmışdır. xx xxxx 2020-ci il tarixli 385 saylı 14 nömrəli formadan görünür ki, 1900-cü illərə aid X1 Ordubad Rayon Qeydiyyat şöbəsində və Ordubad Rayon Qeydiyyat şöbəsi arxivində nikah akt qeydi tapılmamış, yoxlama VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə 1918- xx.xx.2020-ci illər üzrə aparılmışdır. xx xxxx 2020-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X2 xx xxxxxx 1958-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 02.02. 1958-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X20 xx xxxxxx 1989-cu il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 28.08. 1991-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. 298165 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X7 xx xxxxxx 1950-ci il tarixdə Culfa şəhərində doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasından X3, ana qrafasında X21 qeyd edilmişdir. 403150 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X11 xx xxxxxx 1946-cı il tarixdə Culfa şəhərində doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasından X2, ana qrafasında X18 qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixdə verilmiş 149131 saylı nikah akt qeydindən çıxarışdan görünür ki, X12 və X22 arasında nikah xx xxxxxx 1971-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş, nikahın bağlanmasından sonra kişi Pirimov, qadın Əliyeva soyadını qəbul etmişlər. 328299 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X8 arasında nikah xx xxxxxx 1976-cı il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 48 nömrə ilə qeyd edilmiş, nikahın bağlanmasından sonra kişi Hüseynov, qadın Hüseynova soyadını qəbul etmişlər. 458978 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X11 arasında nikah xx xxxx 1979-cu il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmiş, nikahın bağlanmasından sonra kişi Abdullayev, qadın Abdullayeva soyadını qəbul etmişlər. 11682 saylı Azərbaycan Respublikası Əmək və X17 Mərkəzi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X8 xx.xx.2003-cü il tarixdə yaşa görə ömürlük pensiya təyin edilmişdir. 015373 saylı Diplomun surətindən görünür ki, X8 1972-ci ildə X28 feldşer şöbəsinə daxil olmuş, 1975-ci ildə həmin şöbənin ferdşer ixtisası üzrə tam kursunu bitirmiş, ona feldşer ixtisası verilmişdir. 1752 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Culfa şəhəri, X30 bina 40 mənzil 13 ünvanında yaşayır və qeydiyyatdadır. 0046942 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Culfa şəhəri, M.Hüseynzadə küçəsi, bina 30 mənzil 48 fərdi yaşayış evinə X5 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Ordubad Rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli, 79 nömrəli məktubundan görünür ki, Culfa rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx xxxxxx 1950-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydində X7, ana haqqında məlumat X21, ata haqqında məlumat X3 qeyd edildiyindən akt qeydində düzəliş kifayət qədər əsas olmadığından bu barədə şəhadətnamənin verilməsindən imtina edilmiş, akt qeydində düzəliş olunması üçün müvafiq Məhkəməyə müraciət edilməsi göstərilmişdir. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin izahatlarını və şahidlərin ifadəsini dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi doğumunun qeydə alınması barədə doğum akt qeydləri kitabında soyadının “Pirimova”, ata soyadının “Pirimov”, ana soyadının “Pirimova” qeydinin düzgün qeyd olunmaması, “Piriyeva” “Piriyev”, “Piriyeva” qeydi kimi qeyd edilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki,Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə doğulmasının xx.xx.1950-ci il tarixdə qeydə alınması barədə doğum akt qeydləri kitabında soyadının “Piriyeva”, ata soyadının “Priyev”, ana soyadının “Piriyeva” qeydinindüzgün olmaması müəyyən edilməli, Ərizəçi soyadının “Piriyeva”, ata soyadının “Piriyev”, ana soyadının “Piriyeva” qeydi onun soyadının “Pirimova”, ata soyadının “Pirimov”, ana soyadının “Pirimova” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iş üzrə dindirilmiş ərizəçinin, maraqlı şəxsin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə doğulmasının xx xxxx 1950-ci il tarixdə 25 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Piriyeva” “Piriyev”, “Piriyeva” qeydinin düzgün olmaması müəyyən edilsin. Ərizəçi xx xxxxxx 1950-ci il tarixdəxx xxxx 1950-ci il tarixdə 25 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Piriyeva” “Piriyev”, “Piriyeva” qeydinin düzgün olmamasının müəyyən edilməsi, soyadının “Pirimova”, atasının soyadının “Pirimov” anasının soyadının “Pirimova” kimi qeyd edilsin. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev Bu sənədin mətni boşdur!
Məhkəmə qərarları › İş №2(089)-142/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-142/2020
14.08.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver