Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-143/2021 18.08.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi , Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, X5 “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, qaynanası X5 20 mart 2017-ci il tarixdə ölməsinə dair Maraqlı şəxs ölüm akt qeydləri kitabında 05.04.2017-ci il tarixdə 32 nömrə ilə qeyd edilmiş ölüm akt qeydində mərhum X2 kimi qeyd edilmiş "Rüstəmova,, soyad qeydinin düzgün olmamasının müəyyən edilməsi və ölüm akt qeydində mərhum Fatma Qasım qızının soyadının "İbrahimova,, kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum qaynanası X10 20 mart 2017-ci il tarixdə ölmüşdür. Bu barədə Maraqlı şəxs tərəfindən ölüm akt qeydləri kitabında qevdiyyat aparılmışdır. Qaynanası Fatmanın ölüm akt qeydləri ktabında soyadı səhvən "Rüstəmova,, yazılmışdır. Belə ki, qaynanası adna bir neçə torpaq sənədi verilmişdir ki, həmin sənədlərdə onun soyadı "İbrahimova,, kimi yazılmışdır. Bundan başqa ərizəçinin mərhum X6nun doğum haqqında şəhadətnaməsinin ana qrafasında anası Fatmanın soyadı "İbrahimova,, kimi yazılmışdır. Həmçinin qaynanası Fatmanın bir neçə övladı olmuşdur ki, onların da, doğum haqqında şəhadətnamələrinin ana qrafasında Fatmanın soyadı "İbrahimova,, kimi yazılmışdır. Qeyd olunan bu faktlar ona dəlalət edir ki, qaynanası əri X11i ilə nikaha daxil olduqdan sonra ərinin soyadı olan "İbrahimov„a soyadını götürmüşdür. Ərizəçi X5 oğlu X13 ilə 1987-ci ildə nikah qeydiyyatından keçməklə evlənmişdir. Evləndikdən sonra qaynanası ilə birlikdə yaşamışlar, birgə təsərrrüfatı idarə etmişlər. Birlikdə yaşadıları dövrdə dövlət tərəfindən onlar həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair həmin sənədlərdə qaynanası Fatmanın soyadı "İbrahimova,, kimi yazılmışdır. X6 20 oktyabr 2018-ci ildə ölmüşdür. Qaynanası Fatmanın ölüm akt qeydində soyadının səhvən "Rüstəmova,, kimi yazılması qeyd olunan torpaq sahələrinin adına keçirilməsinə maneə yaradır.Ərizəçi qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq Maraqlı şəxs məktubunda mövcud uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi məsləhət olaraq qeyd olunmuşdur. X5 20 mart 2017-ci il tarixdə ölməsinə dair Maraqlı şəxs ölüm akt qeydləri kitabında 05.04.2017-ci il tarixdə 32 nömrə ilə qeyd edilmiş ölüm akt qeydində mərhum X2 kimi qeyd edilmiş "Rüstəmova,, soyad qeydinin düzgün olmamasının müəyyən edilməsi və ölüm akt qeydində mərhum Fatma Qasım qızının soyadının "İbrahimova,, kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X12 izahatında bildirmişdir ki, Ərizəçi ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, Culfa rayonunun Bənəniyar kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 05.04.2017-ci il tarixdə 32 nömrəli ölüm akt qeydində X1 “Rüstəmova” soyadından digər sənədlərə uyğun olaraq “İbrahimova” adına dəyişdirilməsini xahiş etmişdir. Ərizəçi Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara uyğun olaraq qeydiyyat şöbəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan- 11 mart 2021-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan müəyyən olunur ki, X14 20 mart 1917-ci il tarixdə ölmüş, bu barədə akt qeydiyyatı kitabında 32 nömrə ilə qeyd edilmişdir. 575915 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 mart 1964-cü il tarixdə doğulmuş, atası YX11u, anası X8r. 344358 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X15 arasında nikah Culfa rayonu Əbrəqunus kənd İƏDÜ Nümayəndəliyində 18 dekabr 1987-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeyd edilmişdir. 701898 nömrəli öülm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 20 oktyabr 2018-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 10 dekabr 2018ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs 02 iyun 2021-ci il tarixli, 05/Q-90/15 nömrəli məktubunda qeyd edilmişdir ki, “Maraqlı şəxsndə tərtib edilmiş 05 aprel 2017-ci il tarixli, 32 nömrəli ölüm akt qeydində və ölüm haqqında şəhadətnamədə vətəndaşın soyadının Rüstəmova, adının Fatma, ata adının Qasım adından digər sənədlərə uyğun olaraq soyadının İbrahimova dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən qeydiyyat şöbəsinin səlahiyyətinə daxil deyildir”. Azərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi ölümünün qeydə alınması barədə ölüm akt qeydləri kitabında soyadının düzgün qeyd olunmaması, “İbrahimova” soyadının “Rüstəmova” kimi qeyd edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətindən, ölüm akt qeydindən çıxarışdan görünür ki, mərhum Ərizəçi soyadı “Rüstəmova” deyil “İbrahimovadır”. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, Ərizəçi 20 mart 1917-ci il il tarixdə ölməsinin 05 aprel 2017-ci il tarixdə 32 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “İbrahimova” qeydinin düzgün olmaması müəyyən edilməli, “Rüstəmova” qeydi “İbrahimova” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 20 mart 2017-ci il tarixdə ölməsinin 05 aprel 2017-ci il tarixdə 32 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Rüstəmova” qeydinin düzgün olmaması müəyyən edilsin. X5 20 mart 2017-ci il tarixdə ölməsinin 05 aprel 2017-ci il tarixdə 32 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Rüstəmova” qeydi “İbrahimova” kimi qeyd edilsin. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-143/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-143/2021
18.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver