Məhkəmə qərarları › İş №2(089)-159/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-159/2021

29.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-159/2021 29.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, iddiaçıcavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil, cavabdeh-iddaçı Cavabdeh, cavabdehiddiaçının vəkili X20 və iddiaçı tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə iştirakı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 09 sentyabr 2007-ci il tarixdə ölmüş X10 miras qalmış, Culfa rayonunun Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini miras olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mərhum atası Cavabdeh qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ona bütün miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddianı qəbul etmiş, qarşılıqlı iddiaya ilk iddia ilə birlikdə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə etmiş, qarşılılıqlı iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, 1970-ci ildə Culfa rayonunun Milax kəndində doğulmuş, 1996-cı ilədək Milax kəndində yaşamış, 1996-cı ildən Naxçıvan şəhərində yaşayır. X8 09 sentyabr 2007-ci il tarixdə, anası X11 28 yanvar 2017-ci il tarixdə Milax kəndində ölmüşdür. Atası Heydərin ölümündən sonra Milax kəndində yaşamamış, lakin tez-tez Milax kəndinə getmişdir. X2 Culfa rayonunun Milax kəndində 0.3552 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli, 3 otaqlı ev miras qalmışdır. Fərdi yaşayış evi hazırda istifadəyə yararsızıdır. Həmin miras əmlakı atasının ölümündən sonra özü idarə etmişdir, yəni torpaq sahəsini suvarmış, nəzarət etmiş, 1996cı ildə su xətti çıkmişdir. İddiaçı-cavabdeh İddiaçı izahatında onu da bildirmişdir ki, 2019-2021-ci illərdə atasından miras qalmış əmlaka sahiblik etmişdir. İman atasından miras qalmış evi sökmüş, özünə məxsus həyətyanı sahədə inşa etdiyi tövlədə istifadə etmişdir. Özü mirası qəbul etmiş, Cavabdeh mirası qəbul etməmiş, mirasa sahiblik etməmişdir. Həmçinin Cavabdeh və digər vərəsələr atası H.Novruzovdan qalmış miras əmlaklardan onlara çatan paydan imtina etmişlər. Mirasa sahiblik etməsi iddia ərizəsinə əlavə etdiyi bələdiyyə arayışı, icra nümayəndəliyindən verilmiş arayışla da öz təsdiqini tapır. İlk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdehin vəkili Vəkil ilk iddianın əsası olduğunu, İddiaçı tərəfindən mirasın qəbul edildiyini, miras əmlakın İddiaçı tərəfindən idarə edildiyini bildirmiş, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir, miras əmlaka qardaşı İddiaçı sahiblik etmişdir. Qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. İlkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxx 1962-ci ildə Culfa rayonunun Milax kəndində doğulmuş, 1986-ci ilədək valideynləri ilə birlikdə yaşamış, ailə qurmuş və ayrılmışdır. Hazırda Culfa rayonunun Milax kəndində özünə məxsus olan evdə yaşayır. X8 09 sentyabr 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüşdür. X3 mülkiyyətində olan Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi, torpaq sahəsi üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmçinin əlavə 1200 kv.m torpaq sahəsi (JN-104B) miras qalmışdır. Atasının ölümündən sonra Milax kəndində qardaşı və bacılarından kimsə yaşamamışdır. Qardaşı İddiaçı Naxçıvan şəhərində yaşamış, atasının ölümündən sonra miras qalmış əmlakdan İddiaçı istifadə etməmiş, mirasa sahiblik etməmişdir. Atasından qalmış miras əmlakdan özü istifadə etmiş, miras əmlaklara özü sahiblik etmişdir. Milax kəndində yaşadığından miras əmlaka hər zaman nəzarət etmiş, həyətyanı torpaq sahələrini suvarmış, ot sahələrini biçmiş və istifadə etmiş, meyvələri özü yığmış, miras qalmış köhnə fərdi yaşayış evi uçduğundan, şiferindən istifadə etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh ifadəsində onu da bildirmişdir ki, vərəsələrdən kimsə miras açılan zaman atası H.Novruzovla birlikdə yaşamamış, miras açıldıqdan sonra miras əmlakda yaşayış olmadığından vergilər ödənilməmiş, elektrik, qaz istifadə edilməmiş, haqq ödənilməmişdir. Mirasa sahiblik etməsi iddia ərizəsinə əlavə etdiyi bələdiyyə arayışı, icra nümayəndəliyindən verilmiş arayışla da öz təsdiqini tapır. Qardaşları İddiaçı və Nümayəndə 2020-ci ildən, aralarında miras əmlaklarla bağlı mübahisə yarandıqdan sonra onun miras əmlakdan istifadəsinə mane olmuşlar. Bu hal isə İddiaçı mirasa sahiblik etməsi kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçının vəkili X21 qarşılıqlı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, mirasın qəbul edilməsi vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi, yəni vərəsənin mirasa sahiblik etməsi, mirası idarə etməsi başa düşülür. İddiaçı-cavabdeh İddiaçı mirasa sahiblik etməsi, mirası idarə etməsi tərəflərin izahatları, iş materialları ilə sübut olunmur. 1996-cı ildə İddiaçı tərəfindən su xəttinin çəkilməsi, İddiaçı “mirası mən idarə etmişəm” deməsi isə mirası qəbul etmə kimi qəbul edilə bilməz. İddiaçı tərəflər arasında miras əmlakla bağlı mübahisə yarandıqdan sonra, yəni 2020-ci ildən sonda Cavabdeh miras əmlakdan istifadəsinə mane olması, kimi hərəkətləri onun miras əmlaka sahiblik etməklə mirası qabul etməsi anlamına gəlmir. Lakin cavabdeh-iddiaçı Cavabdeh 2007-ci ildən, yəni mərhum H.Novruzov öldükdən sonra Milax kəndində yaşamaqla miras əmlaka sahiblik etməsinin sübuta ehtiacı yoxdur. Yəni Cavabdeh Milax kəndində yaşamış, həmçinin miras əmlaka sahiblik etmiş, miras əmlakı idarə etmişdir ki, iddiaçı-cavabdeh verdiyi izahatında da bunu təsdiq etmiş, Cavabdeh miras əmlak olan ev uçduğundan evin şiferlərini istifadə etdiyini bildirmiş, həmçinin Milax kənd İƏD üzrə nümayəndəsinin verdiyi arayışda qeyd edilmişdir ki, Cavabdeh X3 ölümündən sonra, yəni 2007-ci ildən H.Novruzova məxsus həyətyanı və kənd təsərrüfatına yaralı torpaq sahələrindən istifadə etmiş, torpaq sahələrinə sahiblik etmişdir. Göstərilənlər isə Cavabdeh H.Novruzovdan qalmış miras əmlaklara sahiblik etməsi, miras əmlakları idarə etməsi, bir sözlə mirası qəbul etməsi deməkdir. Cavabdeh mirası qəbul etməsi faktının müəyyən edilməsi, bütün miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X13, X14, X22, X15, Novruzova (Başoğlu) Hüsnü Heydər qızı, X9 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, R.Əliyeva, H.Başoğlu, G.Babayeva ərizə ilə məhkəməyə müraciət etmiş, iştirakları olmadan mülki işə baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə R.Əliyeva, H.Başoğlu, G.Babayevanın iştirakı olmadan baxmışdır. X13, X14 və X15 məhkəmə iclasına gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə X13, X14 və X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 0024628 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Culfa rayon Milax kəndində 0.3552 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.26 kv.m qeyri yaşayış, 51.08 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 20/2 nömrəli kitabın 301 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********27-10301) Torpağın mülkiyyətə verilməsinə dair JN-104B nömrəli şəhadətmnamədən müəyyən olunur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarxli, 13 nömrəli qərarı ilə X12 mülkiyyətinə (ailə üzvü X11) 0.12 ha torpaq sahəsi verilmişdir. 04 may 2021-ci il tarixli, 104 nömrəli arayışdan görünür ki, mərhum X12 vərəsələri X11 (20.01.2017-ci il tarixdə vəfat edib), X13, X16, Nümayəndə, Cavabdeh, İddiaçı, X17, X15, X23, X4r. X13, X14, Nümayəndə, X22, X15, Novruzova (Başoğlu) Hüsnü Heydər qızı, X18 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, vərəsələr harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan faktiki onlara çatan payı qəbul etməmişlər, miras əmlakdan vərəsəlik yolu ilə onlara çatan paydan imtina etmişlər. 117372 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətndən görünür ki, X25 09 sentyabr 2007-ci tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 01 noyabr 2007-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. 497847 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətndən görünür ki, X11 28 yanvar 2017-ci tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 08 fevral 2017-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. 1770957 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1970-ci il tarixdə doğulmuş, X8, anası X19r. 163370 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxx 1962-ci il tarixdə doğulmuş, X8, anası X19r. Culfa rayon Milax kən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, 05 may 2021-ci il tarixli, 105 nömrəli arayışdan görünür ki, Cavabdeh mərhum X8 2007-ci ildə vəfat etdkdən sonra onun həyətyanı və kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən istifadə və sahiblik etmişdir. Culfa rayon İH-nin Milax kənd İƏD üzrə nümayəndəsinin əvəzi tərəfindən verilmiş 80 nömrəli, 26 iyul 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı X26 2007-ci ildə vəfat etdikdən sonra ondan qalan ata mülkünə 2019-2021-ci illərdə baxdığına şahidlik edir. İddiaçı 20.05.2021-ci il tarixl , Cavabdeh 09.06.2021-ci il tarixli ərizələrinə cavab olaraq Culfa rayon Dövlət Notariat Kontorunun 98 və 105 nömrəli məktublarında qeyd edilmişdir ki, “Culfa rayon Milax kəndində yerləşən miras əmlak qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilmədiyndən vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi mümkün deyil.” Məhkəmə iddiaçı-cavabdehin, iddiaçı-cavabdehin vəkilinin, iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin, cavabdehiddiaçının, cavabdeh-iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk iddia ilə bağlı gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X25 09 sentyabr 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüş, H.Novruzovdan Culfa rayon Milax kəndində 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş (JN-104 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 0.12 ha torpaq sahəsi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Heydər Novruzov öldükdən sonra sözügedən miras əmlaklar qanunla müəyyən edilmiş müddətdə Seyyub Novruzov tərəfindən qəbul edilməmişdir. İddiaçı miras əmlaklardan istifadə etməsi, miras əmlaklara sahiblik etməsi isə məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Belə ki, İddiaçı məhkəmə araşdırması zamanı veridiyi ifadəsində bildirmişdir ki, 1996-cı ildən Naxçıvan şəhərində yaşayır. Atası H.Novruzovun ölümündən sonra, yəni 2007-ci ildən sonra miras əmlakda yaşamamışdır. O, miras açıldıqdan sonra miras əmlaka sahiblik etdiyini, miras əmlakdan istifadə etdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı X26 2007-ci ildə vəfat etdikdən sonra ondan qalan ata mülkünə 2019-2021-ci illərdə baxdığına şahidlik etməsi barədə Culfa rayon İH-nin Milax kənd İƏD üzrə nümayəndəsinin əvəzi tərəfindən verilmiş 80 nömrəli, 26 iyul 2021-ci il tarixli arayışı isə məhkəmə sübut kimi qəbul etmir. Ona görə ki, İcra nümayəndəsi əvəzi özünün şahidlik etdiyi halı nümayəndəliyin gerbli möhürü ilə təsdiq edə bilməz. Şahidin Azərbaycan Respublikası MPM ilə dindirliməsi qaydası müəyyən edilmişdir. Həmçinin İddiaçı və Cavabdeh izahatlarından o da müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ildən sonra, yəni tərəflər arasında miras əmlakın bölgüsü ilə bağlı mübahisə yarandıqdan sonra İddiaçı Cavabdeh miras əmlakdan istifadəsinə mane olmuş, miras əmlaka özü nəzarət etmişdir ki, onun bu hərəkətləri də mirasın qəbul edilməsi üçün vərəsə tərəfində edilən hərəkətlər kimi qəbul edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticəni isə aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X25 09 sentyabr 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüş, H.Novruzovdan Culfa rayon Milax kəndində 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş (JN-104 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 0.12 ha torpaq sahəsi miras qalmışdır. Heydər Novruzov öldükdən sonra sözügedən miras əmlaklar qanunla müəyyən edilmiş müddətdə Cavabdeh tərəfindən qəbul edilməmişdir. Cavabdeh miras əmlaklardan istifadə etməsi, miras əmlaklara sahiblik etməsi isə məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh miras açıldıqdan sonra miras əmlakda yaşamasa da, miras əmlakın yerləşdiyi Milax kəndində yaşamışdır. Cavabdeh Milax kəndində yaşaması onun miras əmlakdan istifadı etməsi barədə düşünməyə əsas veir ki, bunun sübuta ehtiyacı yoxdur. Həmçinin İddiaçı da izahatında atasının ölümündən sonra miras əmlakdan Cavabdeh istifadə etdiyini, meyvələrin Cavabdeh tərəfindən yığıldığın təsdiq etmişdir. Culfa rayon Milax kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, 05 may 2021-ci il tarixli, 105 nömrəli arayışla da Cavabdeh mərhum X3 ölümündən sonra, 2007-ci ildən onun həyətyanı və kənd təsərrüfatına yararlı olan torpaq sahələrindən istifadə etməsi və sahiblik etməsi öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh verilən suala cavab olaraq bildirmişdir ki, vərəslərdək kimsə miras açılan zaman atası H.Novruzovla birlikdə yaşamamış, miras açıldıqdan sonra miras əmlakda yaşayı olmadığından vergilər ödənilməmiş, kommunal xidmətlərdən istifadə edilmədiyindən haqq ödənilməmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində ona bütün miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı tələbinə gəldikdə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17 və 26-cı maddələrinə uyğun olaraq vərəsəlik şəhadətnamələrin verilməsi notariat hərəkətidir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 95-ci bəndində qeyd edilmişdir ki, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarına, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqedyinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi notariusların vəzifəsi olduğundan məhkəmə mirası qəbul etmiş vərəsəyə vərəsləlik şəhadətnaməsinin verilməsi barədə nəticəyə gələ bilməz. İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh Culfa rayon notariat ofisində miras əmlakdan imtina barədə yazdığı ərizə ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qanunun normasının mənasından da göründüyü kimi, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Cavabdeh isə vərəsəliyə çağrıldığını bilməli olduğu gündən, yəni 07 sentyabr 2007-ci il tarxdən 13 il sonra imtina etmişdir ki, bu imtina da heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 09 sentyabr 2007-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum X25 2007-ci ildə vəfat etdikdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. X1 qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhum X5 İman Heydər oğlu tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, İddiaçı X8 2007-ci ildə vəfat etdikdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, həmçinin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etməmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı belə nəticəyə gəlir ki, Cavabdeh 2007-ci ildən mirasa sahiblik etməklə, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Odur ki, Cavabdeh qarşılıqlı iddiası təmin edilməli, X10 qalmış əmlakları miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, miras əmlak Culfa rayonunun Milax kəndində 0.3552 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.26 kv.m qeyri yaşayış, 51.08 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi (reyestr nömrəsi **********27-10301), Culfa rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarxli, 13 nömrəli qərarı ilə X12 mülkiyyətinə (ailə üzvü X11) verilmiş (Torpağın mülkiyyətə verilməsinə dair JN-104B nömrəli şəhadətmnamə) 0.12 ha torpaq sahəsindən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh X10 qalmış miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar