Məhkəmə qərarları › İş №2(089)-172/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-172/2021

06.08.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-172/2021 06.08.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, 26.09.1949-cu il tarixdə Bənəniyar kənd İcra Nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabının 58 N-li doğum akt qeydində "Cəmil,, ad qeydinin düzgün olmamasının müəyyən edilməsi və həmin akt qeydində adının "Camal,, kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxxxxxx 1949-cu il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuşdur. Bu barədə Bənəniyar kənd İcra Nümayəndəliyində 26.09.1949-cu il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 58 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamədə adı səhvən "Cəmil,, olaraq qeyd edilmişdir. Əlavə olaraq nikahı eləcə də ikinci nikahı bağlanarkən nikah haqqında şəhadətnamədə adı "Camal,, kimi qeyd olunmuşdur və birgə nikahdan övladları doğulmuşdur ki, onların da doğum haqqında şəhadətnaməsinin ata qrafasında adı "Camal,, kimi yazılmışdır. Bundan əlavə qeyd etmişdir ki, ona məxsus sənədlərdə-əmək kitabçasında, şəxsiyyət vəsiqəsində , hərbi biletində, komsomol biletində adı "Camal,, kimi qeyd olunmuşdur. İş üzrə təqdim olunmuş sənədlərdən aydın görünür ki, ona məxsus müvafiq sənədlərdə adı düzgün olaraq "Camal,, kimi yazılsa da doğum akt qeydiyyatı kitabında ad qeydi səhvən "Cəmil,, kimi yazılmışdır. Qeyd olunan akt qeydindəki uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq Maraqlı şəxs 01.07.2021-ci il tarixli məktubunda müvafiq düzəlişin edilməsindən imtina edildiyi, akt qeydindəki uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi göstərilmişdir. Ərizəçi 26.09.1949-cu il tarixdə Bənəniyar kənd İcra Nümayəndəliyinin vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabının 58 N-li doğum akt qeydində "Cəmil,, ad qeydinin düzgün olmamasının müəyyən edilməsi və həmin akt qeydində adımın "Camal,, kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi Nəcəfov Ramazan izahatında bildirmişdir ki, Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən tərtib edilmiş akt qeydlərindəki məlumatlar əsas götürülür. Lakin Ərizəçi Bənəniyar kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 26 sentyabr 1949-cu il tarixdə doğulmasının 58 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında adı “Cəmil” kimi qeyd edildiyindən, ona doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və adının Camal kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materialarında olan- 01 iyul 2021-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X6 xx xxxxxxxx 1949-cı il tarixdə doğulmuş, bu barədə doğum akt qeydiyyatı kitabında 26 sentyabr 1949-cı il tarixdə 58 nömrə ailə qeyd edilmişdir. 458584 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və Əliyeva Şəlalə Şıxəli qızı arasında nikah 21fevral 1978-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 21 fevral 1978-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. 215146 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X11 qızı arasında nikah 18 mart 2021-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 18 mart 2021-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. 1713649 nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir. 04610394 nömrəli komsomol biletinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir Culfa Rayon Qeydiyyat şöbəsinin 01.07.2021-ci il tarixli, ab-105/15 nömrəli məktubundan görünür ki, 26 sentyabr 1949-cu il tarixdə Culfa rayon Bənəniyar kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 58 nömrəli doğum akt qeydində şəxsin adı Cəmil kimi qeyd edildiyindən, ona adı Camal kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, ərizəçinin vəkilinin, maraqlı şəxsin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi doğumunun qeydə alınması barədə doğum akt qeydləri kitabında adının düzgün qeyd olunmaması, Camal adının Cəmil kimi qeyd edilməsi müəyyən edilmişdir Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş nikah haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətindən görünür ki, Əliyev Cəmil Yunis oğlunun adı Cəmil deyil Camaldır. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, Ərizəçi oğlunun 26 sentyabr 1949-cı il tarixdə doğulmasının 26 sentyabr 1949-cu il tarixdə Culfa rayon Bənəniyar kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 58 nömrəli doğum akt qeydində “Cəmil ” qeydinin düzgün olmaması müəyyən edilməli, “Cəmil ” qeydi “Camal ” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1949-cu il tarixdə doğulmasının 26 sentyabr 1949-cu il tarixdə 58 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Cəmil” qeydinin düzgün olmaması müəyyən edilsin. Ərizəçi xx xxxxxxxx 1949-cu il tarixdə doğulmasının 26 sentyabr 1949-cu il tarixdə 58 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Cəmil” qeydi “Camal” kimi qeyd edilsin. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar