Məhkəmə qərarları › İş №2(089)-191/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-191/2025

19.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-191/2025 19.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Culfa rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı 19 sentyabr 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, məhkəmə belə nəticəyə gəlir ki, 14 may 20205-ci il tarixdə, ********** nömrəli qəbzlə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 14 may 20205-ci il tarixdə, ********** nömrəli qəbzlə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar