Məhkəmə qərarları › İş №2(089)-199/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-199/2020

10.12.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-199/2020 10.12.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi, Vəkil və Maraqlı şəxs rəisi X9 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, X4 xx xxxxxx 1990-cı il tarixdə ölməsinin xx xxxxxx 1990-cı il tarixdə 15 nömrə ilə qeydiyyata alınması barədə ölüm akt qeydləri kitabında mərhum Xəlil İsmayılovun ata adı kimi qeyd edilmiş “Məmməd” ad qeydinin düzgün olmamasının müəyyən edilməsi və ölüm akt qeydində mərhum Xəlil İsmayılovun ata adının “Məhəmmədəli” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum X5 ilə xx xxxxxx 1953-cü il tarixdə ailə qurmuşlar. X5 xx xxxxxx 1990-cı il tarixdə ölmüşdür. Bu barədə Yaycı kənd sovetinin VVAQ bürosu tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. X2 ilə aralarında nikahın bağlanmasına dair şəhadətnamədə X.İsmayılovun ata adı Məhəmmədəli kimi qeyd edilmişdir. X1 adına verilmiş ölüm haqqında şəhadətnamədə ata adı Məmməd kimi qeyd edilmişdir. Mərhum X.İsmayılovun atasının adının Məhəmmədəli olması nikah haqqında şəhadətnamə, oğlu X10 doğum akt qeydindən çıxarışla öz təsdiqini tapır. Ərizəçi izahatında onu da bildirmişdir ki, Culfa rayon Yaycı kəndində yerləşən, mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi və həmin əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün mərhum əri X4 ölüm haqqında şəhadətnaməsinin aidiyyəti orqanlara təqdim edilməsi zərurəti yaranır. X4 nikah haqqında şəhadətnaməsi və ölüm haqqında şəhadətnamsində ata adında uyğunsuzluğun olması əmlak üzərində müvafiq hüquqların həyata keçirlilməsinə maneə yaradır. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Mərhum əri X4 xx xxxxxx 1990-cı il tarixdə ölməsinin xx xxxxxx 1990cı il tarixdə 15 nömrə ilə qeydiyyata alınması barədə ölüm akt qeydləri kitabında mərhum Xəlil İsmayılovun ata adı kimi qeyd edilmiş “Məmməd” ad qeydinin düzgün olmamasının müəyyən edilməsi və ölüm akt qeydində mərhum Xəlil İsmayılovun ata adının “Məhəmmədəli” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili Vəkil ərizənin əsaslı olduğunu bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X14 izahatında bildirmişdir ki, Ərizəçi xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, Culfa rayonunun Yaycı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx xxxxxx 1990-cı il tarixli 15 nömrəli ölüm akt qeydində və ölüm haqqında şəhadətnmədə X.İsmayılovun ata adının “Məmməd” adından nikah haqqında şəhadətnaməyə uyğun olaraq “Məhəmmədəli” adına dəyişdirilməsini xahiş etmişdir. X8 Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara uyğun olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olanxx xxxxxx 2020-ci il tarixli, 635 nömrəli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X3 rayon Qeydiyyat şöbəsində və Maraqlı şəxs arxivində doğum aktı qeydiyyatı tapılmamışdır. 136867 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Ərizəçi arasında nikah xx xxxxxx 1953-cü il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında xx xxxxxx 1953-cü il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. 424385 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1990-cı il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında xx xxxxxx 1990-cı il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, 881 nömrəli arayışdan görünür ki, Ərizəçi Culfa rayon Yaycı kəndində mülkiyyətində olan İN-263A nömrəli 0,16 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi vardır və həmin evdə yaşayır. xx xxxxxx 2020-ci il tarixli, 119270 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, X16 xx xxxxxx 1967-ci il tarixdə doğulmuş, atası X5, anası Ərizəçidır. Maraqlı şəxs xx xxxxxxx 2020-ci il tarixli, 125 nömrəli məktubunda qeyd edilmişdir ki, “xx xxxxxx 1990-cı il tarixdə Culfa rayonunun Yaycı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 15 nömrəli ölüm akt qeydində və ölüm haqqında şəhadətnamədə X11 ata adından nikah haqqında şəhadətnaməyə uyğun olaraq Məhəmmədəli adına dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş VVA qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən qeydiyyat şöbəsinin səlahiyyətinə daxil deyildir”. Azərbаycаn Rеspublikаsı Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, ərizəçinin vəkilinin, maraqlı şəxsin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı X4 ölümünün qeydə alınması barədə ölüm akt qeydləri kitabında ata adının düzgün qeyd olunmaması, “Məhəmmədəli” adının “Məmməd” kimi qeyd edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş nikah haqqında şəhadətnamənin, X10 doğum aktı qeydiyyatından çıxarışdan görünür ki, mərhum Xəlil İsmayılovun atasının adı “Məmməd” deyil “Məhəmmədəlidir”. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, X4 xx xxxxxx 1990-cı il tarixdə ölməsinin xx xxxxxx 1990-cı il tarixdə 15 nömrə ilə qeydə alınması barədə ölüm akt qeydləri kitabında “Məmməd” qeydinin düzgün olmaması müəyyən edilməli, “Məmməd” qeydi “Məhəmmədəli” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin, ərizəçinin vəkilinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx xxxxxx 1990-cı il tarixdə ölməsinin xx xxxxxx 1990-cı il tarixdə 15 nömrə ilə qeydə alınması barədə ölüm akt qeydləri kitabında “Məmməd” qeydinin düzgün olmaması müəyyən edilsin. X4 xx xxxxxx 1990-cı il tarixdə ölməsinin xx xxxxxx 1990-cı il tarixdə 15 nömrə ilə qeydə alınması barədə ölüm akt qeydləri kitabında “Məmməd” qeydi “Məhəmmədəli” kimi qeyd edilsin Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar