Məhkəmə qərarları › İş №2(089)-205/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-205/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-205/2020 07.12.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasinda açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Sığorta Şirkəti ASC-i iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Vaz 21011 markalı, 24 BD638 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 700 manat sığorta ödənişi məbləği və 30.40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-in nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə idarə etdiyi Mersedess Benz 190 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobillə Masazır yolunda hərəkət edərkən əks istiqamətdən gələrək hərəkət edən Vaz 21011 markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra Cavabdeh avtomobili sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 3(012)-133/2015 nömrəli İnzibati xəta haqqında qərarında öz əksini tapmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi hesabata uyğun olaraq Vaz 21011 markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilə 700 manat ziyan dəymişdir. Pat ********** saylı sığorta müqaviləsinin 015054 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 700 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan- 015054 nömrəli sığorta aktından müəyyən olunur ki, X1 istifadəsində olan Mersedess Benz 190 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil “İddiaçı Sığorta Şirkəti” ASC-i tərəfindən 55000 manat sığorta məbləği həddində sığortalanmış və sığorta müddəti xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxxxx 2015-ci il tarixinədək müəyyən edilmişdir. Sığorta müddətində-xx xxxxxx 2015-ci il tarixdə Mersedess Benz 190 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobillə Vaz 21011 markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə Vaz 21011 markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil mexaniki zədə almışdır. Abşeron rayon PŞ əməkdaşı tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Abşeron rayon Məhkəməsinin 3(089)-133/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. xx xxxx 2015-ci il tarixli Vaz 21011 markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə tərtib edilmiş aktın surətindən müəyyən olunur ki, Vaz 21011 markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 700 manat həcmində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Hazırda iddiaçı 700 manat məbləğində sığorta ödənişinin əvəzinin ona ödənilməsini subroqasiya qaydasında cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı zərərin məbləğini qiymətləndirərkən verilmiş xx xxxx 2015-ci il tarixli 015054 nömrəli akta əsaslanmış, zərərin məbləği barədə tərəflər arasında mübahisə olmamış, sığorta ödənişi 700 manat müəyyən edilmiş, həmin məbləğ X2 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, belə nəticəyə gəlirəm ki, iddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-in Cavabdeh 700 manat məbləğində pul tutularaq “İddiaçı Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov NAXÇİVAN MUXTAR RESPUBLİKASİ CULFA RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-ci məhəllə Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(089)-31/2020 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti 05 vərəqədə Hakim: Mehrab Məmmədov xx xxxxxx 2020-ci il № 2(089)-31/2020

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar