Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-215/2023 24.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 oğu və İddiaçı2 Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 oğıu və İddiaçı2 iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, 18 dekabr 2020-ci il tarixdə doğulmuş X6 ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan 17:00-dək, İddiaçı2 doğum günü saat 10:00-dan 13:00-dək ünsiyyətdə olmasına Cavabdeh tərəfində yaradılan maneənin aradan qındırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, oğlu O.Ağalarov və cavabdeh 14 sentyabr 2010-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 18 dekabr 2020-ci il tarixdə Nilay Ağalarova doğulmuşdur. Oğlu və cavabdeh arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə pozulmuş, uşaq cavabdehin yanında qalmışdır. Cavabdeh onlara uşaqla ünsiyyətdə olmaları üçün şərait yaratmamış, bununla bağlı Naxçıvan şəhər İH-nin yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişlər. Naxçıvan şəhər İH-nin yanında Qəyyumluq və Himayə Komissiyasının 02 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarı ilə 18 dekabr 2020-ci il tarixdə doğulmuş X6 ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan 17:00-dək, İddiaçı2 doğum günü saat 10:00-dan 13:00-dək ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilmiş, cavabdehdən ünsiyyətə mane olmaması tələb edilmişdir. Buna baxmayaraq Cavabdeh onların nəvələri Nilay Ağalarova ilə ünsiyyətinə mane olmuşdur. İddiaçı1 ifadəsində onu da bildirmişdir ki, oğlu Orxan Bakı şəhərində yaşayır, uşaqla ünsiyyətdə ola bilmir. Cavabdeh Orxanın uşaqla telefon vasitəsilə də ünsiyyətinə şərait yaratmır. Nilay onun nəvəsidir. Onun nəvəsi ilə ünsiyyətdə olmaq hüquq var. Digər nəvələrinə göstərdiyi diqqəti, qayğını Nilaya da göstərmək istəyir, lakin cavabdeh buna imkan vermir. Hər hansı bir xəstəliyi yoxdur. Nəvəsi ilə ünsiyyətinə mane olan hal mövcud deyil. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, İddiaçı2 və İddiaçı1 X6 ilə görüşməsini istəmədiyini, iddiaçıların uşaqla ünsiyyətinə razı olmadığını, Naxçıvan şəhər İH-nin yanında Qəyyumluq və Himayə Komissiyasına 02 nömrəli, 20 fevral 2023-cü il tarxli qərarından sonra iddiaçıların uşaqla ünsiyyətinə şərait yaratmadığını, bundan sonra da şərait yaratmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş- Naxçıvan şəhər 2 saylı nikah evindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, 18 dekabr 2020-ci il tarixdə X6 doğulmuş atası Ağalarov Orxan bakir oğlu, anası X2r. Məhkəmə iddiaçıların, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları araşdırıb, belə nəticəyə dəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Orxan Ağalarov və Cavabdeh 14 sentyabr 2010-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 18 dekabr 2020-ci il tarixdə Nilay Ağalarova doğulmuşdur. Orxan Ağalarov və Cavabdeh arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(078)-324/2022 nömrəli qətnaməsi ilə pozulmuş, uşaq Səminə Ağalarovanın yanında qalmışdır. Cavabdeh uşağın iddiaçılar-ata babası və nənəsi ilə ünsiyyətinə mane olmuş, onların uşaqla ünsiyyətinə şərait yaratmamışdır. İddiaçılar uşaqla ünsiyyətdə olmaları üçün görüş qaydasının müəyyən edilməsi məqsədilə Naxçıvan şəhər İH-nin yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişlər. Komissiyasının 02 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçıların 18 dekabr 2020-ci il tarixdə doğulmuş X6 ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan 17:00-dək, İddiaçı2 doğum günü saat 10:00dan 13:00-dək ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilmiş, Cavabdeh ünsiyyətə mane olmaması tələb edilmişdir. Buna baxmayaraq Cavabdeh onlara nəvələri Nilay Ağalarova ilə ünsiyyətinə mane olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçıların uşaqla ünsiyyətinin uşağın maraqlarına, fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirə biləcək hallar, baba və nənənin uşaqla ünsiyyətinin uşağa mənfi təsir göstərə biləcəyi hallar müəyyən edilməmişdir. Həmçinin iddiaçılarda hər hansı bir xəstəliyin olmaması müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarında göstərilən mövqeyi baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Аzərbаycаn Rеspublikası Аilə Məcəlləsinin 49.2-ci mаddəsinə görə hər bir uşаq аilədə yаşаmаq və tərbiyə аlmаq, öz vаlidеyinlərini tаnımаq və оnlаrın qаyğısındаn istifаdə еtmək, uşаğın mаrаqlаrınа zidd оlаn hаllаr istisnа оlmаqlа, оnlаrlа birgə yаşаmаq hüququnа mаlikdir. Аzərbаycаn Rеspublikası Аilə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Аzərbаycаn Rеspublikası Аilə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Аzərbаycаn Rеspublikası Аilə Məcəlləsinin 62.3-ci maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Valideynlər və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının dördüncü bəndində göstərilmişdir ki, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İş materiallarına əlavə edilmiş 19 aprel 2023-cü il tarixli, 6935 nömrəli qəbzdən görünür ki, iddiaçı B.Ağaladov iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. 08 dekabr 2022-ci il tarixli, A-1181 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf ... dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə Qanunun normasının məzmunundan belə nəticəyə gəlir ki, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin verilməsinə görə ödəməli olduğu 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin ödənilməsindən azad olunmuş, 50 manatı dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı iddia verilərkən ödəməli olduğu 100 manat məbləğində dövlət rüsumunun ödənilməsindən azad olunmuş 50 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 18 dekabr 2020-ci il tarixdə doğulmuş X6 ilə hər ayın birinci və üçüncü həftəsinin bazar günü saat 10:00-dan 17:00-dək, X3 doğum günü saat 10:00-dan 13:00-dək ünsiyyətdə olması üçün Cavabdeh tərəfində yaradılan maneə aradan qaldırılsın Cavabdeh 50 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-215/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-215/2023
24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver