Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-248/2021 23.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin izibati binasinda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh AtaSığorta ASC-nin xeyrinə 4950 manat məbləğində sığorta ödənişinin və 69.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi T.Fərzullayev iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında 23.08.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 29.07.2019-ci il tarixdə “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, B.Bünyadov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və "xxxx" MMC-yə məxsus reklam lövhəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4950 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-dən ünvanlarına 30.07.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6cı və 327.1-ci maddləri ilə təqsirli bilinmiş və qərarda Cavabdeh hadisə yerindən yayındığı və avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 07.08.2019-cu il tarixli, 073-23179 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmədən Cavabdeh 4950 manat sığorta ödənişi məbləğinin və 69,50 manat dövlət rüsumunun, cəmi 5019,50 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı AtaSığorta ASC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, AtaSığorta ASCnin nümayəndəsi T.Fərzullayev məhkəməyə müraciət etmiş, məhkəmə iclaslarında işin çox olması səbəbindən iştirak edə bilmədiklərini bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə AtaSığorta ASC-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, Bakı şəhərində yaşayır, ailəsinin ehtiyacları qarşılamaq üçün müxtəlif işlər görür. Nəqliyyat vasitələrinin təmiri ilə də məşğul olur. “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil dostu Hüseyn Cəfərova məxsusdur. 29 iyul 2019-cu il tarixdə dostu Hüseyn avtomobili təmir etmək məqsədilə ona təhvil vermiş, avtomobilin “naklatkalarını” dəyişmiş, əyləc sistemini yoxlamaq məqsədilə idarə etmiş, Bakı şəhəri, B.Bünyadov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və "xxxx" MMC-yə məxsus reklam lövhəsinə zərər vurmuşdur. Hadisə baş verəndən sonra həyəcanlı olduğundan hadisə yerindən uzaqlaşmış, lakin sonradan hadisə yerinə qayıtmışdır. Hadisənin baş verməsində özünü təqsirli bilir. Hadisə nəticəsində reklam lövhəsindən başqa idarə etdiyi avtomobilə, Amid adlı şəxsin avtomobilinə zərər dəymiş, avtomobillərə dəymiş zərərin aradan qaldırılması üçün 6000 manatdan çox pul xərləmişdir. Həmçinin inzibati xəta törətdiyindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 100 manat məbləğində sərimə edilmiş, cəriməni ödəmişdir. Kia Motors AZ MMC-yə dəymiş zərər görə ayda 50 manat olmaqla, 1000 manat məbləğində pul ödəyə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan- PAA********** nömrəli, 23 avqust 2018-ci il tarixli sığorta müqaviləsindən görünür ki, AtaSığorta” ASC və X7 arasında sığorta müqaviləsi bağlanmış, “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuş, sığorta müqaviləsi 24 avqust 2018-ci il tarixdən 24 avqust 2019-cu il tarixədək qüvvədə olmuşdur. Sabunçu rayon DYPŞ-nin 30 iyul 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 29 iyul 2019-cu il tarixdə, saat 08:00-da “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkər İXM-nin 327.1-ci, 327.6-cı, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, o, 100 manat məbləğində inzibati cərimə edilmişdir. 19-07855/08/AA-6571/19 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 29.07.2019-cu il tarixdə Bakı şəhəri, B.Bünyadov küçəsində “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı PAA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən 4950,00 manat əmlak zərəri dəyməsi müəyyən edilmişdir. 14.08.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə Bakı şəhəri, B.Bünyadov küçəsində 29 iyul 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə əsasən 4950 manat əmlak ziyanının dəyməsi hesablanmışdır. 012387 nömrəli, 20 avqust 2019-cu il tarixli ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, 4950 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. AD 255282 nömrəli şəhadətnamənin surətindən görünür ki, 99DO594 qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsinin sahibi X2r. 386174 nömrəli, 10 may 2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən müəyyən olunur ki, 99DO594 qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsinin sahibi X1 Hüseyn Məhərrəm oğluna nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə vermiş, etibarnamə 13 may 2024-cü il tarixədək qüvvədədir. 14.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, AtaSığorta ASC tərəfindən hazırkı iddia üzrə 69,50 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırı. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında 23.08.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış, “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 24 avqust 2018-ci il tarixdən 24 avqust 2019cu il tarixədək qüvvədə olmuşdur. Cavabdeh 23.07.2019-cu il tarixdə “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, B.Bünyadov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və "xxxx" MMC-yə məxsus reklam lövhəsinə zərər vurmuşdur. Zərərin məbləği 4950 manat müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4950 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş hadisə zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırması zamanı cavabdehin izahatından da müəyyən edilmişdir ki, o, 23.07.2019-cu il tarixdə “Mercedes Benz E220 CDİ” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobilin sahibinin icazəsi olmadan, yəni icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə olmadan idarə etmiş, Bakı şəhəri, B.Bünyadov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və "xxxx" MMC-yə məxsus reklam lövhəsinə zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4950 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara işin faktiki hallarına tətbiq edilməli olan qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, 4950 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun tələbi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, 69.50 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi məbləği olan 4950 manat, 69.50 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5019.50 (beş min on doqquz manat, əlli qəpik) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-248/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-248/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver