Məhkəmə qərarları › İş №2(089)-27/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-27/2021

22.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-27/2021 22.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ev almaq məqsədilə verilmiş 2100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Bənəniyar kəndində yaşayır. 2020-ci ilin iyun ayının əvvəllərində Cavabdeh ilə Bənəniyar kəndində ona məxsus olan fərdi yaşayış evini 15000 manata alması, 15000 manat pulu 2020-ci ilin taxıl biçinindən sonra verəcəyi ilə bağlı razılaşmışlar. Taxıl biçinində nəzərdə tutulmuş taxıl əldə edilmədiyindən, cavabdehə 15000 manatı 2020-ci ilin noyabr ayında verəcəyini bildirmişdir. Cavabdeh ona pul lazım olduğunu bildirmiş, 2000 manat pul istəmişdir. Oğlu 2000 manat borc pul almış və Fəridəyə vermişlər. Cavabdehə əlavə 200 manat pul vermiş, 100 manatı yol pulu etməsini bildirmişdir. Təxminən 2020-ci ilin avqust ayında cavabdehin onlara məlumat vermədən evi başqa şəxsə satması onlara məlum olmuşdur. Cavabdehdən 2100 manat pulu qaytarmasını tələb etmiş, qaytaracağını bildirmiş, lakin pulu qaytarmamışdır. Cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, o, pulu qaytaracağı barədə öhdəliyini yerinə yetirməmişdir. Ev alması üçün verilmiş 2100 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh, izahatında bildirmişdir ki, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatdadır, Naxçıvan şəhərində yaşayır. 2020-ci ilin iyun ayının əvvəllərində Bənəniyar kəndində ona məxsus olan fərdi yaşayış evini 15000 manata iddiaçıya satması ilə bağlı razılaşmışlar. İddiaçı 15000 manat pulu 2020-ci ilin taxıl biçinindən sonra verəcəyini bildirmişdir. Taxıl biçinindən sonra iddiaçı lazımi taxıl əldə etmədiklərini, 15000 manatı 2020-ci ilin noyabr ayında verəcəklərini bildirmişdir. İddiaçıdan 2000 manat pul istəmiş, ona 2000 manat pul vermişdir. İddiaçı ona əlavə 200 manat pul vermiş, 100 manatı yol pulu etməsini bildirmişdir. Təxminən 2020-ci ilin avqust ayında iddiaçının evi almayacaqlarını düşünmüş, evini 14000 manata həmkəndlisi X1. İddiaçı 2100 manat pulu istəmiş, pulu qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. İddiaçıya 2100 manat pulu o zaman qaytaracaq ki, 2100 manatı ona notariat qaydasında verməsini təsdiq edəcək sənəd təqdim etsin. İş materiallarına əlavə edilmiş 306 nömrəli arayışlardan görünür ki, Cavabdeh Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 2100 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayının əvvəllərində iddiaçı cavabdehlə Bənəniyar kəndində cavabdehə məxsus fərdi yaşayış evini 15000 manata almaları ilə bağlı razılaşmışlar. İddiaçı 15000 manat pulu 2020-ci ilin taxıl biçinindən sonra verəcəyini bildirmişdir. Taxıl biçinindən sonra iddiaçı 15000 manat pulu verə bilmədiyini, 15000 manatı 2020-ci ilin noyabr ayında verəcəklərini bildirmişdir. Cavabdehə 2200 manat pul vermiş, 100 manatı yol pulu etməsini bildirmişdir. Cavabdeh iddiaçı ilə aralarında ona məxsus olan fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı razılaşsa da, 2020-ci ilin avqust ayında evi 14000 manata başqa şəxsə satmış, aralarında ev alqı-satqısı ilə bağlı razılaşmanı pozmuşdur. İddiaçı cavabdehdən 2100 manat pulu qaytarmasını tələb etmiş, cavabdeh pulu qaytaracağını bildirmiş, lakin pulu qaytarmamışdır. Azərbaycan Respublikası Müliki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbini əsaslandırdığı sübutları məhkəməyə təqdim etmiş, Cavabdeh iddiaçıdan 2100 manat məbləğində pulu aldığını, pulu iddiaçı notariat qaydasında ona pul verməsini təsdiq edən sənəd təqdim edəcəyi halda qaytaracağını bildirmişdir. Məhkəmə hesab edir ki, ev alqı satqısı ilə bağlı İddiaçı Cavabdeh verdiyi 2100 manat məbləğində pulun qaytarılması pulun cavabdehə verilməsini təsdiq edən notariat qaydasında təsdiq edilmiş sənədin təqdim edilməsindən asılı edilə bilməz, həmin pul məbləği şifahi razılaşma Cavabdeh tərəfindən pozulduğundan alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayının əvvəllərində İddiaçı və Cavabdeh arasında ev alqı-satqısı ilə bağlı şifahi müqqvilə bağlanmış, iddiaçı 15000 manat nəbləğində pulu cavabdehə verməyi, cavabdeh isə Bənəniyar kəndində özünə məxsus olan fərdi yaşayış evini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozmuşdur. İddiaçı cavabdehdən ona əvvəlcədən verilmiş 2100 manat pulu qaytarmasını tələb etmiş, cavabdeh pulu qaytaracağını bildirmiş, lakin pulu qaytarmamışdır. Tərəflər arasında 2100 manat məbləğində pulun qaytarılması barədə yaranmış mübahisə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilədən əmələ gələn öhdəlik deyil, məhz ev alqısatqısı ilə bağlı ödənilmiş pul məbləğinin qaytarılmamasından yaranmışdır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 396-cı maddəsinə görə öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2100 manat məbləğində pul tələbi müqavilə öhdəliklərindən irəli gəlməsə də Azərbaycan Respublikası MM-in 396-cı maddəsinə əsasən 2100 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Göstəriləndləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2100 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2130 (iki min yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar