Məhkəmə qərarları › İş №2(089)-32/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-32/2023

09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-32/2023 09.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 1350 manat və 5000 ABŞ dolları borc pulun və 118.50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 1350 manat borc pul vermişdir. Belə ki, Cavabdeh Culfa şəhər sakini Şahid qızıl-zinət əşyası girov qoyaraq borc pul götürmüşdür. Cavabdeh qızıl əşyalarını girovdan götürmək üçün ona müraciət etmiş, İbrahimə olan 1350 manat borcun ödənilməsini xahiş etmişdir. 1350 manat məbləğində pulu İbrahimin hesabına ödəmişdir. Cavabdeh qeyd edilən borcun onun tərəfindən ödənilməsini etiraf edir, lakin bu günədək həmin borcu ödəməkdən yayınmışdır. Bundan başqa X3 hesabına köçürməsi üçün Cavabdeh məxsus karta 5000 ABŞ dolları pul köçürmüş, cavabdeh həmin məbləği E.Məmmədəliyevə göndərməkdən yayınmış, 5000 ABŞ dollarını öz adında-hesabında saxlayaraq mənimsəmişdir. Cavabdeh qeyd olunan pulu dəfələrlə istəmiş, hər dəfə pulu qaytaracağına söz vermiş, lakin faktiki olaraq pulu qaytarmamışdır. Cavabdeh atası, qardaşı borcun əvəzi olaraq özlərinə məxsus Culfa şəhərində "Məişət,, deyilən binada yerləşən qeyri yaşayış sahəsinə aid sənədləri onlara vermiş, lakin həmin sənədi qəbul etməmiş, pulun qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı oğludur. İddiaçı Cavabdeh 1350 manat borc pul vermişdir. Belə ki, Cavabdeh Moskva şəhərinə gedən zaman Culfa şəhər sakini Şahid borc pul götürmüş, cavabdeh borcu qaytarması üçün Azərə müraciət etmiş, İbrahim ona olan borcunu tələb etdiyini bildirmiş, İbrahimə olan 1350 manat borcu ödəməsi üçün ona borc pul verməsini xahiş etmişdir. Azər öz kart hesabından 1350 manat məbləğdə pulu İbrahimə göndərmişdir. Cavabdeh qeyd edilən borcun Azər tərəfindən ödənilməsini etiraf edir, lakin bu günədək həmin borcu ödəməkdən yayınmışdır. Həmçinin Azərin aylıq pul köçürmə limiti dolduğundan dostu X1 hesbına 5000 ABŞ dolları köçürmək üçün Cavabdeh məxsus kart hesabına bank vasitəsilə 5000 ABŞ dolları pul qoymuş, cavabdeh həmin məbləği E.Məmmədəliyevin hesabına köçürmüş, lakin qısa müddətdə 5000 ABŞ dollarını geri çəkmiş, E.Məmmədəliyev pulu götürə bilməmişdir. Cavabdeh qeyd olunan pul məbləğləri dəfələrlə tələb edilmiş, hər dəfə bulu qaytarcağına söz vermiş, lakin qaytarmamışdır. Cavabdehin Azərə borcunun olması məhkəməyə təqdim edilmiş, cavabdehin qardaşı Elnur Ağayevə aid səs yazıları ilə də təsdiq edilir. Cavabdeh atası, qardaşı pulun qarşılığında Culfa şəhərində "Məişət” adlanan binada yerləşən qeyri yaşayış sahəsinə aid sənədləri ona vermiş, sənədlər hazırda ondadır. Lakin Azər həmin sənədi qəbul etməmiş, pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh oğlu Azərə 1350 manat və 5000 ABŞ dolları pulu bu günədək qaytarmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə izahatında onu da bildirmişdir ki, iddia ərizəsində borcun qaytarılması qeyd edilsə də tərəflər arasında borc müqaviləsi bağlanmamışdır. İddiaçı cavabdehə aralarında olan razılaşmaya əsasən 1350 manatı borc vermiş, lakin 5000 ABŞ dollarını borc verməmiş, iddiaçı cavabdehin kartından istifadə etməklə dostuna 5000 ABŞ dolları göndərməyi cavabdehə tapşırmış, lakin cavabdeh Azərinn tapşırığını icra etsə də, həmin pul məbləğini iddiçının dostu götürənədək geri çəkmişdir. 5000 ABŞ dolları cavabdehin hart hesabı vasitəsilə göndərilsə də cavabdehə məxsus pul olmamışdır. Cavabdeh Azərin yanında cəmi iki ay işləmiş, iki ay ərzində Azərin cavabdehə verməli olduğu əməkhaqqının məbləği barədə məhkəməyə sübut təqdim edə bilmir. İddiaçının nümayəndəsi Nümayəndə 09 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahatına onu da əlavə etmişdir ki, Azər 1350 manatı cavabdehdən tələb etmir, 1350 manatı cavabdehə verməli olduğu əməkhaqqı hesab edir, lakin 5000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildrimişdir ki, iddiaçı xalasının əridir. Özü əvvəllər Moskva şəhərində işləmişdir. Sonuncu dəfə 30 may 2022-ci il tarixdə işləmək üçün Moskva şəhərinə getmişdir. Moskva şəhərinə gedən zaman pulu olmadığından dostunun qayınatası Şahid 1350 manat borc pul almış, üç ay ərzində qaytaracağını bildirmişdir. 03 iyun 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək Moskva şəhərində ordubadlıların yanında mağazada şərikli işləmişlər. Mağazada olan ərzaq məhsullarını şirkətlərdən götürmüş, satmış və pulunu ödəmişlər. 15 avqust 2022-ci il tarixdə mağazanı başqa şəxsə təhvil vermişlər. Mağazada olan ərzaq məhsullarının dəyərini, 18000 ABŞ dollarını aralarında bölmüşlər. Hər birinə 6000 ABŞ dolları pul düşmüş, 6000 ABŞ dolları onun kart hesabında olmuşdur. Kart hesabında 6000 ABŞ dollarının olması barədə məhkəməyə sübut təqdim edə bilmir. Azərin yanında işləməyə başlayana kimi, İbrahimə olan borcunu göndərməmişdir. Azərdən onu yanında işləməsi üçün işə götürməsini xahiş etməmişdir. Tarixini dəqiq xatırlamır, 2022-ci ilin avqust ayının ortasında Azər ona zəng etmiş, onunla işləməsini təklif etmiş, Azərlə aylıq 800 ABŞ dolları əməkhaqqı qarşılığında razılaşmışlar. Azər onunla əmək müqaviləsi bağlamamışdır. Yemək və yatmaq Azərin hesabına olmuşdur. 2022-ci ilin oktyabr ayının 19-dək Azərin yanında işləmişdir. İşə başladıqdan 2-3 gün sonra Azərdən ona verəcək əməkhaqqıdan 1350 manat pulu Culfa şəhərində borclu olduğu İbrahimə göndərməsini xahiş etmiş, Azər 1350 manat məbləğində pulu İbrahimə göndərmişdir. Azər ona 1350 manat borc pul verməmişdir. Azərin yanında işə başalayana kimi öz kartında olan puldan deyil, işə başlayan ilk gündə Azərdən onun İbrahimə olan borcunu göndərməsini xahiş etməsinə səbəb, Azərin yanında əvvəllər işlədiyi müddətdə əməkhaqqını verməməsi olmuşdur. Həmçinin Azərin yanında işlədiyi müddətdə Azər əməkhaqqından onun ailəsinə müxtəlif vaxtlarda 800 manat, 100 ABŞ dolları, 50 manat pul, həmçinin özü mağazadan 10 manat dəyərində şirniyyat göndərmişdir. İki ay ərzində Azər ona 1600 ABŞ dolları, yəni 2720 manat əməkhaqqı verməli idi ki, 2380 manat məbləğində pulu borcuna, ailəsinə göndərmiş, qalan pulu, 340 manatı isə ona vermiş, Azərin ona borcu qalmamışdır. Cavabdeh izahatında onu da bildirmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Azər ona “bu gün Bakıya pul göndərməliyəm, kartında pulun varsa göndərək, üç gün ərzində pulu qaytaracağam” demişdir. Həmin vaxt kartında 5800 ABŞ dolları pul olmuş, 5000 ABŞ dollarını Elnurun kart hesabına göndərmişdir. İki gün sonra Azərin işlətdiyi mağazanı bağlayacağını eşitmiş, Elnurun göndərdiyi pulu götürmədiyini yoxlamış və 5000 ABŞ dolları pulu geri çəkmişdir. Pulu geri çəkdiyi üçün Azərlə aralarında mübahisə olmuş və ayrılmışlar. 5000 ABŞ dolları Azərə məxsus deyil. Hesab edir ki, onunla prinsip ararır, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Azərə borcu yoxdur. İddia tamamilə əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin təklifi ilə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iddiaçı əridir. Cavabdeh bacısının oğludur. İddiaçı ilə birlikdə Moskva şəhərində yaşayır, məhkəmədə iştirak etmək üçün Culfa şəhərinə gəlmişdir. Azərlə Samir arasında münasibətlər bir o qədər də yaxşı olmamışdır. Azər mağazada işləyir. 2022-ci ilin avqust ayının 15-də Samir Azərə zəng vurmuş, işdən çıxdığını bildirmiş, onu işə götürməsini xahiş etmişdir. Azər onu yanında işə götürmək istəməmiş, özü Azərin Samiri yanında işə götürməsinə etiraz etməmiş, Azər Samirə mağazanın ünvanını atmışdır ki, bu barədə Vatsap yazışmasını məhkəməyə təqdim etmişdir. Azər Samirə evə gəlməsini demiş, Samir gəlmiş, yemək yemiş, Azər onu qalması üçün iş yerinə aparmışdır. Samir borc alıb gəldiyini, banka borcunun olduğunu, borcu istədiklərini bildirmişdir. Samir işə başladıqdan qısa müddət sonra, 18 avqust 2022-ci il tarixdə Culfa şəhərində yaşayan İbrahim adlı şəxsə olan 1350 manat borcunu göndərməsini Azərdən xahiş etmiş, Azər öz kart hesabından 1350 manatı borc olaraq İbrahimə göndərmişdir. Şahid N.Kərimova izahatında onu da bildirmişdir ki, Rusiya Federasiyasında demək olar ki, nağd ödəmə yoxdur. Ödəmələr kart vasitəsilə həyata keçirilir. Pul köçürmələri üçün aylıq limit var ki, limitdən artık kart vasitəsilə köçürmə etmək mümkün deyil. 2022-ci ilin oktyabr ayında Azər dostu X3 hesabına 5000 ABŞ dolları pul köçürmək məcburiyyətində qalsa da öz kart hesabından pul köçürməsi mümkün deyildi. Azər onun yanında Samirdən onun kart hesabına bank vasitəsilə 5000 ABŞ dolladı pul qoymağı, həmin pulu Elnura göndərməyi demiş, Samir onunla razılaşmışdır. 13 oktyabr 2022-ci il tarixdə Azər bank vasitəsilə Samirin kart hesabına 5000 ABŞ dolları pul qoymuş, Samir pulu Elnurun kart kesabına köçürmüş və iki gün sonra Elnurun pulu götürməməsindən istifadə etmiş və pulu geri çəkmişdir. Azər işlətdiyi mağazanı bağlamamış, bağlamaq fikri olmamış, hazırda da həmin mağazada işləyir. Azər, özü, qayınanası dəfələrlə Samirdən 1350 manatı və 5000 ABŞ dollarını geri qaytarmağı demiş, lakin Samir pulu Azərə qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin təklifi ilə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Azər bacanığı, Samir oğludur. Oğlu Samirlə uzun müddətdir ki, danışmırlar. Məlumatı var ki, Samir Azərin yanında işləmiş, aralarında 5000 ABŞ dolları pul borcu ilə bağlı mübahisə var, Azər Samirdən borcunu tələb edir. Bu barədə oğlu Samirdən soruşmamışdır. Şahid A.Ağayev ifadəsində onu da bildirmişdir ki, mülkiyyətində olan qeyri yaşayış sahəsinin satılması ilə bağlı iddiaçının anası ilə aralarında razılaşma olmuş, əmlakın sənədlərini iddiaçının anasına vermiş, lakin sonra fikrindən daşınmış, əmlakı satmamış, sənədlər iddiaçının anasında qalmışdır. Samirin Azərə olan borcu qarşılığında qeyri yaşayış sahəsinə aid olan sənədləri iddiaçının anasına verməmişdir. Aralarında alqı-satqı müqaviləsinin olmamasına, iddiaçının anasından əmlakın dəyərini almamasına baxmayaraq, əmlakın sənədlərini iddiaçının anasına verməsinin səbəbini bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin təklifi ilə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Azəri tanımır, Samir kürəkəninin dostudur. Tarixinin xatırlamır, Samir kürəkəni Qadirlə birlikdə yaşadığı evə gəlmiş, Söhbət əsnasında işləmək üçün Moskva şəhərinə gedəcəyini, 1200-1300 manat pula ehtiyacının olduğunu bildirmiş, ona borc pul verməsini xahiş etmişdir. Evdə 1500 manat pulu olduğunu demiş, 150 manat götürmüş, 1350 manatı Samirə vermişdir. Samir işləyib borcu qaytaracağını bildirmişdir. Təxminən 3 ay sonra Samir ona zəng etmiş, pulu Kapital Banka göndərdiyini bildrimiş, Kapital Banka getmiş, 1350 manatı götürmüşdür. Samirin 1350 manatı öz kart hesabından və ya Azərin kart hesabından göndərməsi barədə məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş- 841774654 nömrəli köçürmə haqqında məlumatdan müəyyən olunur ki, 13 oktyabr 2022-ci il tarixdə Cavabdeh kart hesabından X4 5000 ABŞ dolları məbləğində pul köçürülmüş, lakin geri qaytarma prosesi yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 5000 ABŞ dolla məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Belə ki, iddiaçının cavabdehdən 1350 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 30 may 2022-ci il tarixdə işləmək üçün Moskva şəhərinə getmiş, Moskva şəhərinə gedən zaman Şahid 1350 manat borc pul almışdır. Cavabdeh 15 avqust 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək, iddiaçının yanında işləmiş, bildirdiyinə görə aylıq 800 ABŞ dolları alacağı barədə iddiaçı ilə razılamışdır. Aralarında əmək müqaviləsi bağlanmamışdır. İşə başladıqdan 2-3 gün sonra Azərdən ona verəcək əməkhaqqından 1350 manat pulu Şahid göndərməsini xahiş etmiş, iddiaçı 1350 manat məbləğində pulu İbrahimə göndərmişdir. İddiaçı cavabdehə 1350 manat borc pul verməmişdir. Həmçinin cavabdeh iddiaçının yanında işlədiyi müddətdə iddiaçı cavabdehin əməkhaqqından onun ailəsinə müxtəlif vaxtlarda 800 manat, 100 ABŞ dolları, 50 manat pul göndərmiş, həmçinin cavabdeh mağazadan ailəsinə 10 manat dəyərində şirniyyat göndərmişdir. Müəyyən edilmişdir ki, iki ay ərzində iddiaçı cavabdehə 1600 ABŞ dolları, yəni 2720 manat əməkhaqqı verməli olmuşdur ki, həmin məbləğdən 2380 manat məbləğində pulu borcuna, ailəsinə göndərmiş, qalan pulu, 340 manatı isə cavabdehə vermişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında bildrmişdir ki, iddiaçı 1350 manatı cavabdehdən təlb etmir, ona verməli olduğu əməkhaqqı hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1350 manat pul tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının cavabdehdən 5000 ABŞ dolları pul tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında, şahid N.Kərimova ifadəsində bildirmişdir ki, iddiaçı dostu X1 hesbına 5000 ABŞ dolları köçürmək üçün Cavabdeh məxsus kart hesabına bank vasitəsilə 5000 ABŞ dolları pul qoymuş, cavabdeh həmin məbləği E.Məmmədəliyevin hesabına köçürmüş, lakin qısa müddətdə 5000 ABŞ dollarını geri çəkmiş, E.Məmmədəliyev pulu götürə bilməmişdir. Cavabdeh izahatında bildirmişdir ki, 30 may 2022-ci il tarixdə işləmək üçün Moskva şəhərinə getmiş, Moskva şəhərinə gedən zaman pulu olmamış, Şahid 1350 manat borc pul almışdır. 03 iyun 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək Moskva şəhərində ordubadlıların yanında mağazada şərikli işləmiş, mağazada olan ərzaq məhsullarını şirkətlərdən götürmüş, satmış və pulunu ödəmişlər. 15 avqust 2022-ci il tarixdə mağazanı başqa şəxsə təhvil vermişlər. Mağazada olan ərzaq məhsullarının dəyərini, 18000 ABŞ dollarını aralarında bölmüş, hər birinə 6000 ABŞ dolları pul düşmüş, 6000 ABŞ dolları onun kart hesabında olmuşdur. Kart hesabında 6000 ABŞ dolarının olması barədə məhkəməyə sübut təqdim edə bilmir. Azərin yanında işləməyə başlayana kimi, İbrahimə olan borcunu göndərməmişdir. 15 avqust 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək Azərin yanında işləmiş, ayda 800 ABŞ dolları əməkhaqqı almış, aralarında əmək müqaviləsi bağlanmamış, işə başladıqdan 2-3 gün sonra Azərdən ona verəcək əməkhaqqından 1350 manat pulu Şahid göndərməsini xahiş etmiş, Azər 1350 manat məbləğində pulu İbrahimə göndərmişdir. Azərin yanında işə başalayana kimi öz kartında olan puldan deyil, işə başlayan ilk gündə Azərdən onun İbrahimə olan borcunu göndərməsini xahiş etməsinə səbəb, Azərin yanında əvvəllər işlədiyi müddətdə əməkhaqqını verməməsi olmuşdur. 13 oktyabr 2022-ci il tarixdə Azər ona “bu gün Bakıya pul göndərməliyəm, kartında pulun varsa göndərək, üç gün ərzində pulu qaytaracağam” demiş. Həmin vaxt kartında 5800 ABŞ dolları pul olmuş, 5000 ABŞ dollarını Elnurun kart hesabına göndərmiş, iki gün sonra Azərin işlətdiyi mağazanı bağlayacağını eşitmiş, Elnurun göndərdiyi pulu götürmədiyini yoxlamış və 5000 ABŞ dolları pulu geri çəkmişdir. Pulu geri çəkdiyi üçün Azərlə aralarında mübahisə olmuş və ayrılmışlar. 5000 ABŞ dolları özünə məxsus pul olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatında, şahidlər N.Cəfərovanın və A.Ağayevin ifadəsində göstərdiklərindən, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi, məhkəmə baxışı zamanı dinlənilmiş cavabdehin qardaşı Elnur Ağayevin səs yazılarından belə nəticəyə gəlir ki, iddiaçının 5000 ABŞ dolları ilə bağlı tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh izahatında 5000 ABŞ dollarının özünə məxsus olduğunu bildirsə də, məhkəmə bunun həqiqət olmaması qənaətinə gəlir. Ona görə ki, cavabdehin izahatından müəyyən edilir ki, o, Moskva şəhərinə gedən zaman pulu olmamış, 1350 manat borc pul almışdır. Bildirdiyinə görə 03 iyun 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək Moskva şəhərində ordubadlıların yanında mağazada şərikli işləmiş, mağazada olan ərzaq məhsullarını şirkətlərdən götürmüş, satmış və pulunu ödəmişlər. 15 avqust 2022-ci il tarixdə mağazanı başqa şəxsə təhvil vermişlər. Mağazada olan ərzaq məhsullarını dəyərini, 18000 ABŞ dollarını aralarında bölmüş, hər birinə 6000 ABŞ dolları pul düşmüş, 6000 ABŞ dolları onun kart hesabında olmuşdur. Cavabdehin izahatında bildirdikləri inandırıcı deyil, ona görə ki, Moskva şəhərinə getmək üçün 1350 manat borc alan cavabdehin iki ay ərzində başqa şəxslərlə şərikli işləməsi, iki ay ərzində şirkətlərdən satmaq üçün alınmış ərzaq məhsullarını mağazanı təhvil verdikləri şəxsə sataraq əldə edilmiş pul vəsaiti şərikli olaraq bölmələri həqiqət ola bilməz. Həmçinin cavabdeh bildirdikləri ilə bağlı məhkəməyə hansısa bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh kart hesabında 5800 ABŞ dolları olduğu halda iddiaçının yanında işə başladığı ilk gündə 1350 manat borcunu göndərməsini iddiaçıdan xahiş etməsi də bu nəticəyə gəlməyə əsas verir ki, cavabdehin kart hesabında pul olmamışdır. Həmçinin cavabdeh izahatında bildirdiyi kimi, əvvəllər aralarında əməkhaqqını ödəməməsi barədə mübahisə olan bir şəxsdən onu yanında işə götürməsini xahiş etməsi və ya iddiaçının ona yanında işləməsi barədə təklifini qəbul etməsi, gələcəkdə əməkhaqını verməz deyə dərhal 1350 manat borcunu ödəməsini xahiş etməsi, həmin borc məbləğinin iddiaçı tərəfindən etiraz edilmədən ödənilməsi, həmçinin cavabdehin iki ay ərzində almalı olduğu əməkhaqqının müəyyən hissəsinin iddiaçı tərəfindən cavabdehin ailə üzvlərinə kart hesabından göndərməsi də belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin kart hesabında hər hansı bir məbləğdə pul olmamış, cavabdehin bildirdikləri həqiqət deyil. Məhz iddiaçı cavabdehin kart hesabından istifadə etmiş, dostu E.Məmmədəliyevə 5000 ABŞ dolları pul göndərmiş, cavabdeh isə həmin məbləği geri çəkmişdir. Həmçinin iddiaçının nümayəndəsinin, şahidin izahatından müəyyən edilmişdir ki, cavabdehin bildirdiyi kimi iddiaçı işlətdiyi mağazanı bağlamamış, bu günənədək həmin mağaza işləyir. Həmçinin cavabdehin qardaşı, Elnur Ağayevin səs yazısında bildirdiklərindən, cavabdehin atasına məxsus olan qeyri yaşayış sahəsinə aid olan sənədlərin iddiaçının nümayəndəsində olması da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin ailə üzvləri də cavabdehin iddiaçıya 5000 ABŞ dolları verməli olduğunu bilir, bu mübahisənin aradan qalxması və qohumluq münasibətlərinin pozulmaması üçün müxtəlif yollardan istifadə etmişlər. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda göstərilən qanunvericilik normalarının məna və mahiyyəti baxımından da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azəraycan Respublikası MM-nin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azəraycan Respublikası MM-nin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 118.50 manat məbləğində dövlət rüsumunun 102.27 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 16.23 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 ABŞ dolları məbləğində pul, ödənilmiş 118.50 manat dövlət rüsumunun 102.27 manat hissəsi alınıb İddiaçı verilsin. Ödənilmiş 118.50 manat dövlət rüsumunun 16.23 manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hssədə təmin edilməsin. 5000 ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsi icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar