Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-33/2024 19.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 3008.43 manat məbləğində pulun, 50.08 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, İK2502/01 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən şəxsi (istehlak) məqsədləri üçün illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat məbləğində pul Cavabdeh vermişdir. Cavabdeh Bank qarşısında Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 25 fevral 2020-ci il tarixli, ZM2502/01 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh zamin durmuşdur. Cavabdeh "xxxx" ASC qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, "xxxx" ASC iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh və ondan 25 fevral 2020-ci il tarixli, İK2502/01 saylı kredit müqaviləsinə əsasən 4.789,99 manat əsas borcu, 145,36 manat faiz borcu, 85,50 manat cərimə borcu olmaqla, ümumilikdə 5.020,85 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 70,21 manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Culfa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(089)-226/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin tələbi təmin edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı onun əməkhaqqından 3008.43 manat pul tutularaq "xxxx" ASC-nə ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçı oğludur. Cavabdeh və "xxxx" ASC arasında 25 fevral 2020-ci il tarixli, İK2502/01 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh Bank qarşısında Kredit Müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə oğu İddiaçıla 25 fevral 2020ci il tarixli, ZM2502/01 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" ASC qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, "xxxx" ASC iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh və oğlu İddiaçı 25 fevral 2020-ci il tarixli, İK2502/01 saylı kredit müqaviləsinə əsasən 4.789,99 manat əsas borcu, 145,36 manat faiz borcu, 85,50 manat cərimə borcu olmaqla, ümumilikdə 5.020,85 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 70,21 manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Culfa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(089)-226/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı oğlu İddiaçı əməkhaqqından 3008.43 manat pul tutulmuş və "xxxx" ASC-nin hesabına ödənilmişdir. İstər İddiaçı əməkhaqqından pulun tutulduğu müddətdə, istərsə də ondan sonra Cavabdeh bu barədə məlumat verilmiş, ödənilmiş 3008.43 manat ondan tələb edilmiş, lakin o, tələbə əhəmiyyət verməmiş, pulun ödənilməsindən imtina etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli, 2(089)-226/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı 25 fevral 2020-ci il tarixli, İK2502/01 saylı kredit müqaviləsi üzrə 4.789,99 manat əsas borc, 145,36 manat faiz borcu, 85,50 manat cərimə borcu olmaqla, ümumilikdə 5.020,85 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 70,21 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Culfa rayon İcra və Probasiya bölməsinin 27 oktyabr 2023-cü il tarixli, e12930/2023- 96-1-010 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı əməkhaqqından Culfa rayon Məhkəməsinin e-2(089)-116/2022-014 nömrəli, 07 dekabr 2022-ci il tarixli icra sənədi üzrə 01 fevral 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək cəmi 3008.43 manat məbləğində pul vəsaiti tutularaq Naxçıvanbank ASC-nin xeyrinə ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, Naxçıvanbank ASC və Cavabdeh arasında 25 fevral 2020-ci il tarixdə İK 2502/01 nömrəli istehlak krediti müqaviləsi bağlanmış, "xxxx" ASC-dən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat məbləğində pul Cavabdeh vermişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Cavabdeh verilmiş kreditin müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı və Naxçıvanbank ASC arasında 25 fevral 2020-ci il tarixli, ZM2502/01 saylı Zaminlik Müqaviləsi bağlanmış, İddiaçı zaminlik müqaviləsinin 1-ci maddəsinə əsasən 25 fevral 2020-ci il tarixdə İK 2502/01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh 25 fevral 2020-ci il tarixli, İK 2502/01 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Naxçıvanbank ASC Cavabdeh və İddiaçı 25 fevral 2020-ci il tarixli, İK2502/01 saylı kredit müqaviləsi üzrə 4.789,99 manat əsas borc, 145,36 manat faiz borcu, 85,50 manat cərimə borcu olmaqla, ümumilikdə 5.020,85 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 70,21 manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi tələbi ilə Culfa rayon Məhkəməsinə müraciət etmişdir. Culfa rayon Məhkəməsinin e-2(089)-116/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və icra sənədi icra edilməsi üçün Culfa rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. Culfa rayon İcra və Probasiya bölməsinin 27 oktyabr 2023-cü il tarixli, e12930/2023-96-1-010 nömrəli arayışından müəyyən edilmişdir ki, Culfa rayon Məhkəməsinin e-2(089)-116/2022-014 nömrəli, 07 dekabr 2022-ci il tarixli icra sənədi üzrə 01 fevral 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək cəmi 3008.43 manat məbləğində pul İddiaçı əmək haqqından Naxçıvanbank ASC-nin xeyrinə ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 3008.43 manat məbləğində pul Cavabdeh alınmalı və X2 verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdır. . Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3008.43 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 50.08 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3008.43 manat və 50.08 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-33/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-33/2024
19.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver