Məhkəmə qərarları › İş №2(089)-376/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-376/2025

13.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-376/2025 13.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə payın müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair (JN-739A, kod ********) şəhadətnaməyə əsasən Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha sahədən ibarət fərdi yaşayış evinə aid torpaq sahəsi üzərində birgə mülkiyyətçilər X2, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ¼ hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-739A, kod 10600078 olan şəhadətnamə əsasında o və ailə üzvlərinin mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Culfa rayonunun Yaycı kəndində yerləşir. Sözügedən torpaq sahəsinin üzərində tikili var. Özü həmin tikilidə yaşayır. Torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin hər birinin pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-739A, kod 10600078 olan şəhadətnaməyə əsasən Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha torpaq sahəsi X2, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə cavabdehlərə təklif irəli sürmüş, lakin məsələ ilə bağlı razılıq əldə edilməmişdir. Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin pay hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini bildirmiş, Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin pay hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Torpağın mülkiyyətə verilməsinə dair KOD 10600078, JN-739A nömrəli şəhadətnamədən görünür ki, Culfa rayon Yaycı kənd sakinləri X2, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı (sərəncamı) ilə 0.20 ha həyətyanı sahə verilmişdir. 675312 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 02 noyabr 2002-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. 349 nömrəli arayışdan görünür ki, mərhum X2 həqiqətən Culfa rayonunun Yaycı kəndində yaşamış və 02 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələrihəyat yoldaşı X3 (vəfat edib), oğulları X6 və İddiaçıdur. 1-********** nömrəli, 04 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən Torpağın Mülkiyyətə verilməsinə dair JN-739A, kod 10600078 olan şəhadətnaməyə əsasən tərəflərin birgə mülkiyyətində olan 0.20 ha torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə razılığa gəlinməsi imkanının müzakirə edilməsi cavabdehlərə təklif edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı (sərəncamı) ilə Culfa rayon Yaycı kənd sakinləri X2, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha torpaq sahəsi (JN-739A, kod 10600078 olan şəhadətnamə əsasında) verilmişdir. X2 02 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı həmin torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsini xahiş edir, həmçinin Cavabdeh1 da sözügedən torpaq sahəsi üzərində birgə mülkiyyətçilərin pay hüquqlarının müəyyən edilməsinə etiraz etmir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə X2, İddiaçı oğu, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş (JN-739A, kod ********) Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində X2, İddiaçı oğu, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ¼ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə X2, İddiaçı oğu, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmiş (JN-739A, kod ********) Culfa rayonunun Yaycı kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində X2, İddiaçı oğu, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ¼ hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar