Məhkəmə qərarları › İş №2(089)-53/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-53/2021

19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-53/2021 19.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X1 edən hakim Məmmədov Mehrab Fərmayıl oğluna etirazına baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 469 kv.m torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsində olan 109 kv.m hissəsinin cavabdehin sahibliyindən azad edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 edən hakim Məmmədov Mehrab Fərmayıl oğluna etiraz ərizəsini təqdim etmiş, etirazın qanuni həll edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli, 2(089)-53/2021 nömrəli qərardadı ilə etiraz ərizəsi baxılmamış saxlanılmışdır. xx xxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 edən hakim Məmmədov Mehrab Fərmayıl oğluna təkrar etiraz ərizəsini təqdim etmiş, etirazın qanuni həll edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 etirazını onunla əsaslandırmışdır ki, “uzun müddətdir ki, Culfa rayon Məhkəməsində iddia qaldırmış, bütün sübutları məhkəməyə təqdim etmişdir. Lakin buna baxmayaraq hakim M.Məmmədov həmin sübutları qəbul etmir. Hakimin ədalətli qərar çıxaracağına şübhə edir. Hakim bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdır. Bu da onda şübhə yaradır ki, şikayətə obyektiv baxılmayacaq”. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianın əsassız olduğunu, mülki işə hansı məhkəmədə baxılmasının onun üçün əhəmiyyəti olmadığını bildirmiş, etirazın qanuni həll edilməsini xahiş etmişdir. Etiraz ərizəsini nəzərdən keçirərək belə hesab edirəm ki, ərizənin baxılmamış saxlanılması üçün əsaslar yoxdur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiaəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında” xx xxxxxx 2005ci il tarixli, 3 saylı qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, mülki məhkəmə icraatında işdə iştirak edən şəxslərin və cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir. Həmin qərarın 5.1-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göstərilən halları nəzərə alaraq hesab edirəm ki, neçə ki, iş üzrə İddiaçı nümayəndəsi X4 məhkəmə iclasına sədrlik edən hakim M.Məmmədovun ədalətli qərar qəbul edəcəyinə şübhə ilə yanaşır, hakimə etiraz ərizəsi baxılmamış saxlanılmamalı, etiraz baxılması üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 22, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X1 edən hakim Məmmədov Mehrab Fərmayıl oğluna etiraz ərizəsi baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar