Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-54/2021 16.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Zamanov Vəzir Babaş oğlunun Culfa rayonunun Gülüstan kəndində mülkiyyətində oan 0.09 ha torpaq sahəsini, Culfa rayonunun Gülüstan kəndində mülkiyyətində olan 0.4112 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində işa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxx 1954-cü il tarixdə Culfa rayonunun Gülüstan kəndində doğulmuş, Gülüstan kəndində yaşayır. Atası Zamanov Vəzir Babaş oğlu anası X2r. Valideynlərinin doqquz övladı olmuşdur. X21 2017-ci ildə vəfat etmişdir. Culfa rayonunun Gülüstan kəndində atasının istifadəsində olan torpaq sahəsində 1988-ci ildə fərdi yaşayış evi inşa etmiş, 2007-ci ilədək həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Hazırda atasının mülkiyyətində olan fərdi yaşayış evində qardaşı İlyas, ailəsi və bacısı Dilşad yaşayır. Culfa rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli 08 nömrəli qərarı ilə Culfa rayonunun Gülüstan kəndində atası V.Zamanovun mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsi verilmişdir. Həmçinin Culfa rayonunun Gülüstan kəndində 0.4112 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində işa etdiyi 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixdə atası V.Zamanovun adına mülkiyyət hüququ qeydə alınmışdır. Atasından qalmış mirası özü, qardaşı İlyas və bacısı Dilşad qəbul etmişdir. Mirası qəbul etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir. Lakin qardaşları və bacıları atasının ölümündən sonra, 2007-ci ilədək müras əmlakda yaşamasını, mirası qəbul etməsini, hətta miras əmlakda olan torpaq sahəsində atası tərəfindən inşa edilmiş köhnə tikililəri sökməsini, tikinti materiallarından özünün mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşasında istifadə etməsini təsdiq edə bilərlər. Atasın qalmış mirası qəbul etdiyindən vərəsəlik şəhadətnaməsi alması üçün Culfa Rayon Dövlət notariat öfisinə müraciət etmiş, mirası qəbul etməsini təsdiq edəcək sübutları təqdim etmədiyindən, mirası qəbul etməsi barədə qanunla müəyyən edilmiş müddətdə Notariat ofisinə müraciət etmədiyindən, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Gülüstan kəndində atasının istifadəsində olan torpaq sahəsində qardaşı İddiaçı tərəfindən1988-ci ildə fərdi yaşayış evi inşa edilmiş, İddiaçı 2007-ci ilədək həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Özü, ailəsi, bacısı Dilşad atasının inşa etdiyi köhnə tikililərdə yaşamışlar. 2007-ci ildə qardaşı İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə köçmüş, özü, ailəsi, bacısı Dilşad İddiaçı atasına məxsus torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşayırlar. Culfa rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı ilə Culfa rayonunun Gülüstan kəndində atası V.Zamanovun, anası Z.Zamanovanın və bacısı Cavabdeh1 mülkiyyətinə 0.09 ha torpaq sahəsi verilmişdir. Həmçinin Culfa rayonunun Gülüstan kəndində 0.4112 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində qardaşı İddiaçı tərəfindən işa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə xx xxxxxx 2012-ci il tarixdə atası V.Zamanovun mülkiyyət hüququ qeydə alınmışdır. Atasından qalmış mirası özü, qardaşı Babaş və bacısı Dilşad qəbul etmişdir. Qardaşı İddiaçı atasından miras qalmış torpaq sahələrinə münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmir. Atasının mülkiyyətində olan fərdi yaşayış evindən İddiaçı pay əldə etməsinə etiraz edir. İddianın qismən təmin edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məluma verilmiş, o, məhkəmə iclasına gəlməmiş, xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddianı qismən qəbul etdiyini, atasından miras qalmış fərdi yaşayış evindən İddiaçı pay verilməsinə etiraz etdiyini, səhəti ilə bağlı Bakı şəhərinə gedəcəyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh3 iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, rəsmi qaydada məhkəməyə müraciət etmiş, atası V.Zamanovdan müras qalmış fərdi yaşayış evində İddiaçı 2007-ci ilədək yaşadığını, İddiaçı fərdi yaşayış evinə iddiasını qəbul etmədiyini, torpaq sahəsinə iddiasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqiltələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, rəsmi qaydada məhkəməyə müraciət etmiş, atası V.Zamanovdan müras qalmış fərdi yaşayış evində İddiaçı 2007-ci ilədək yaşadığını, İddiaçı fərdi yaşayış evinə iddiasını qəbul etmədiyini, torpaq sahəsindən İddiaçı çatacaq payın verilməsin etirazı olduğunu bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqiltələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, rəsmi qaydada məhkəməyə müraciət etmiş, atası V.Zamanovdan müras qalmış fərdi yaşayış evində İddiaçı 2007-ci ilədək yaşadığını, İddiaçı fərdi yaşayış evinə iddiasını qəbul etmədiyini, torpaq sahəsindən İddiaçı çatacaq payın verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X13 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, rəsmi qaydada məhkəməyə müraciət etmiş, atası V.Zamanovdan müras qalmış fərdi yaşayış evində İddiaçı 2006-cı ilədək yaşadığını, İddiaçı fərdi yaşayış evinə iddiasını qəbul etmədiyini, torpaq sahəsindən İddiaçı çatacaq payın verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 1394766 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1954-cü il tarixdə doğulmuş, atası Zamanov Vəzir Babaş oğlu, anası X2r. JN-149A nörəli (kod 1********) nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı ilə Culfa rayonunun Gülüstan kəndində Zamanov Vəzir Babaş oğlu, X8 və Cavabdeh1 mülkiyyətinə 0.09 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Zamanov Vəzir Babaş oğlunun adına Culfa rayonunun Gülüstan kəndində 0.4112 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə (reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, Zamanov Vəzir Babaş oğlu xx xxxx 2004-cü il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında xx xxxx 2004-cü il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. Culfa rayon İH-in Gülüstan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 36 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Zamanov Vəzir Babaş oğlunun vərəsələri İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X18, X14, Zamanova Nüşabə Vəzir qızı, X16, X9r. İddiaçı ərizələrinə cavab olaraq Culfa rayon Dövlət Notariat ofisinin 14 nömrəli, xx xxxxxx 2021-ci il tarixli bildirişində qeyd edilmişdir ki, “xx xxxx 2004-cü il tarixdə vəfat etmiş atanız Zamanov Vəzir Babaş oğlundan miras qalmış Culfa rayonunun Gülüstan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən vərəsəlik yolu ilə Sizə çatan payı qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilmədiynizdən Sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. 702750 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxx 2017-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında xx xxxx 2017-ci il tarixdə qeyd edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş şəxslərin rəsmi müraciətlərini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum Zamanov Vəzir Babaş oğlu xx xxxx 2004-cü il tarixdə ölmüşdür. İddiaçı Culfa rayonunun Gülüstan kəndində atasının istifadəsində olan torpaq sahəsində 1988-ci ildə fərdi yaşayış evi inşa etmiş, atası V.Zamanovun ölümündən sonra, 2007-ci ilədək həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Hazırda atasının mülkiyyətində olan fərdi yaşayış evində qardaşı İlyas, ailəsi və bacısı Dilşad yaşayır. Culfa rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı ilə V.Zamanovun və ailə üzvlərinin istifadəsində olan, Culfa rayonunun Gülüstan kəndində olan 0.09 ha torpaq sahəsi atası V.Zamanovun, anası Zümrüd Zamanovanın və bacısı Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmçinin Culfa rayonunun Gülüstan kəndində 0.4112 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində işa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixdə atası V.Zamanovun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. V.Zamanovdan qalmış mirası İddiaçı, qardaşı İlyas və bacısı Dilşad qəbul etmişdir. İddiaçı mirası qəbul etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməsə də, V.Zamanovun ölümündən sonra, 2007-ci ilədək müras əmlakda yaşaması, miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi, hətta miras əmlakda olan torpaq sahəsində atası tərəfindən inşa edilmiş köhnə tikililəri sökməsi, tikinti materiallarından özünün mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin inşasında istifadə etməsi ilə mirası qəbul etməsi sübut olunur. İddiaçı 2007-ci ildən sonra atası V.Zamanovdan qalmış mirasdan istifadə etməməsi onun mirası qəbul etməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş JN-149A nörəli (kod 1********) nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməni surətindən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Culfa rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı ilə Culfa rayonunun Gülüstan kəndində Zamanov Vəzir Babaş oğlu, X8 və Cavabdeh1 ümumi mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin V.Zamanova aid hissəsi, Culfa rayonunun Gülüstan kəndində 0.4112 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi Zamanov Vəzir Babaş oğlunun toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras xx xxxx 2004-cü il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, mərhum V.Zamanov xx xxxx 2004-cü il tarixdə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum V.Zamanovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhum V.Zamanovun oğlu İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur : miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, İddiaçı 2004-cü ildən 2007-ci ilədək mirasa sahiblik etməklə, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Odur ki, İddiaçı iddiası təmin edilməli, Culfa rayonunun Gülüstan kəndində Zamanov Vəzir Babaş oğlu, X8 və Cavabdeh1 ümumi mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin V.Zamanova aid hissəsini, Culfa rayonunun Gülüstan kəndində 0.4112 ha torpaq sahəsini, həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Culfa rayonunun Gülüstan kəndində Zamanov Vəzir Babaş oğlu, X8 və Cavabdeh1 ümumi mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin (JN-149A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) Zamanov Vəzir Babaş oğluna aid hissəsini, Zamanov Vəzir Babaş oğlunun mülkiyyətində Culfa rayonunun Gülüstan kəndində yerləşən 0.4112 ha torpaq sahəsini, həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, 51.70 kv.m yaşayış, 41.43 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini (reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi **********) miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X10 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-54/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-54/2021
16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver