Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-66/2024 23.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov X1 Əfsələddin M.Hüseyn oğlunun doğum akt qeydinə düzəlişin edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Abbaszadə Əfsələddin M.Hüseyn oğlu doğum akt qeydinə düzəlişin edilməsi barədə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, doğum akt qeydində yanlışlığa yol verilərək yazılmış 29 noyabr 1959-cu il tarixin dəyişdirilərək 29 dekabr 1959cu il yazılması, eyni aktda doğuma qədər uşaq sayı olaraq yazılmış 6 rəqəminin 5 rəqəmi ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin məhkəmə icraatı mümkün deyil, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ona görə ki, bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Belə olan halda hazırki iş üzrə iddiaçı Abbaszadə Əfsələddin M.Hüseyn oğlu doğum akt qeydində düzəlişin edilməsi ilə bağlı daimi yaşayış yeri üzrə Qeydiyyat Şöbəsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə olan halda hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Ərizənin qəbul edilməsindən imtina edildiyindən, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Abbaszadə Əfsələddin M.Hüseyn oğlunun doğum akt qeydinə düzəlişin edilməsi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Abbaszadə Əfsələddin M.Hüseyn oğlunun daimi yaşayış yeri üzrə qeydiyyat Şöbəsinə müraciət etməsi izah edilsin. Ərizəyə əlavə edilmiş sənədlər Abbaszadə Əfsələddin M.Hüseyn oğluna rəsmi qaydada verilsin. Ərizənin verilməsi üçün Abbaszadə Əfsələddin M.Hüseyn oğlu tərəfindən 10 yanvar 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Abbaszadə Əfsələddin M.Hüseyn oğluna qaytarışın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-66/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-66/2024
23.01.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver