Məhkəmə qərarları › İş №2(089)-67/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-67/2021

27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-67/2021 27.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 qızının iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı cavabdehlə aralarında imzalanmış barışıq sazişini və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxx 2021-ci il tarixdə barışıq sazişi imzalanmış, İddiaçı iddia ərizəsində qeyd edilmiş 10000 ABŞ dolları pul məbləğindən 6000 ABŞ dollarını İ.Həsənovdan tələb etməmiş, Cavabdeh 4000 ABŞ dolları məbləğində pulu ayda 300 ABŞ dolları olmaqla 2021-ci ilin may ayından 2022-ci ilin avqust ayına qədər İddiaçı verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş, barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Nümayəndə barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçı və cavabdehin imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının və cavabdehin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin imzaladıqları xx xxxxx 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx xxxxxx 2021-ci il tarixdə 8254 nömrəli qəbzlə Nümayəndə tərəfindən Kapital Bank ASC Culfa filialına (Culfa rayon Maliyyə şöbəsinin hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar