Məhkəmə qərarları › İş №2(089)-69/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-69/2025

24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-69/2025 24.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Səbail rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(009)-1864/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş Culfa Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh 1770 manat məbləğində ödənilmiş pul vəsaitinin, 1200 manat dəymiş zərərin və 50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddiaçı barəsində əldə edilmiş məlumatdan görünür ki, o, vergi ödəyicisi kimi (VÖEN: **********) 25 iyun 2021-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir və hal-hazırda VÖEN hesabı aktivdir. Cavabdeh barəsində əldə edilmiş məlumatdan görünür ki, o, vergi ödəyicisi kimi (VÖEN: **********) 28 noyabr 2006-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir və halhazırda VÖEN hesabı aktivdir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və xarakteri iddianın məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasını tələb edir. Belə ki, iddia tələbi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında olmaqla, aralarındakı mübahisə onların kommersiya fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1 -ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1, 32.2 və 32.3-cü maddələrinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yenə eyni Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə aidiyyəti qaydalarının tələblərinə uyğun olaraq hazırkı mülki iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24, 26, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar