Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-73/2025 04.07.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı Culfa rayon Darı-dağ massivindən məcburi çıxarma tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası X2 yaratdığı MMC-nin Culfa rayon Darıdağ massivindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 23 iyun 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Naxçıvan Muxtar Respublikası X2 nümayəndəsi X7 iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, məhkəmə belə nəticəyə gəlir ki, 23 may 2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı Culfa rayon Darı-dağ massivindən məcburi çıxarma tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 23 may 2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-73/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-73/2025
04.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver