Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-85/2021 09.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi nümayəndəsi X5 və Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Ramilə” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Ramilə” qeydinin “Raminə” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1981-ci il tarixdə Culfa şəhərində doğulmuşdur. X2, anası Nümayəndədır. xx xxxxxx 1998-ci il tarixdə X13 ilə ailə qurmuşlar, iki uşaqları var. Adı Raminədir. Nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində də adı Raminə kimi qeyd edilmişdir. Doğum akt qeydiyyatı kitabında adı səhvən Ramilə kimi yazılmışdır. xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Ramilə” qeydinin “Raminə” kimi qeyd edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və düzəliş edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi qızına məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə mülki işə, ərizəçinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, ki, Ərizəçi onun qızıdır. Qızı Ərizəçi xx xxxx 1981-ci il tarixdə Culfa şəhərində doğulmuşdur. Qızı Ərizəçi doğulması xx xxxxxx 1981-ci il tarixdə qeydə alınarkən doğum akt qeydiyyatı kitabında adı səhvən Ramilə kimi qeyd edilmişdir. Ərizəçi xx xxxxxx 1998-ci il tarixdə X13 ilə ailə qurmuş, bu nikahdan iki uşaqları doğulmuşdur. Nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində adı Raminə kimi qeyd edilmişdir. Ərizəçi xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Ramilə” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Ramilə” qeydinin “Raminə” kimi qeyd edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və düzəliş edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hamı ərizəçinin adının Raminə olduğunu bilir, hər kəs onu Raminə kimi tanıyır. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X8 izahatında bildirmişdir ki, Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən tərtib edilmiş akt qeydlərindəki məlumatlar əsas götürülür. Lakin Ərizəçi xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında adı “Ramilə” kimi qeyd edildiyindən, ona doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və adının Raminə kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. İş materialarında olanxx xxxxxx 2021-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X9 xx xxxx 1981-ci il tarixdə doğulmuş, bu barədə doğum akt qeydiyyatı kitabında xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeyd edilmişdir. 493150 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 və X10 arasında nikah xx xxxxxx 1998-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmiş, X6 Həsənova soyadı verilmişdir. 472552 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2004-cü il tarixdə X14 doğulmuş, atası X13, anası Ərizəçidır. 801487 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2012-ci il tarixdə X11 doğulmuş, atası X13, anası X7r. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsiyyət vəsiqəsi xx xxxx 1980-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Ərizəçi məxsusdur. Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli, 05/Q-19/15 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1981-ci il tarixdə Culfa rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 167 nömrəli doğum akt qeydində və Ordubad rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2001-ci il tarixli, 332 nömrəli doğum akt qeydində (X4 doğum akt qeydində) ana qrafasında şəxsin adı Ramilə kimi qeyd edildiyindən ona adı Raminə kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi doğumunun qeydə alınması barədə doğum akt qeydləri kitabında adının düzgün qeyd olunmaması, Raminə adının Ramilə kimi qeyd edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş doğum haqqında şəhadətnamənin, nikah haqqında şəhadətnamənin, uşaqların doğum haqqında şəhadətnamələrinin, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı Ramilə deyil Raminədir. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Ramilə” qeydinin düzgün olmaması müəyyən edilməli, “Ramilə” qeydi “Raminə” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Ramilə” qeydinin düzgün olmaması müəyyən edilsin. Ərizəçi xx xxxx 1981-ci il tarixdə doğulmasının xx xxxxxx 1981-ci il tarixdə 167 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Ramilə” qeydi “Raminə” kimi qeyd edilsin. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-85/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-85/2021
09.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver