Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-107/2024 22.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 965 (doqquz yüz altmış beş) manatın və iş üzrə ödəmiş olduğu 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin ünvanına 10 may 2024-cü il tarixdə daxil olmuş ərizəsində Şahbuz Rayon Məhkəməsinə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, cavabdeh Məhərrəmova Nərmı̇ nə Hı̇ lal qızı ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, iddia tələbindən imtina etdiyini, 2(090)-107/2024 nömrəli mülki iş üzrə barışıq sazişini təsdiq edərək, mülki işin onun iştirakı olmadan keçirilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin ünvanına 10 may 2024-cü il tarixdə daxil olmuş ərizəsində Şahbuz Rayon Məhkəməsində İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırdığını, İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiklərini, bu səbəbdən də 2(090)-107/2024 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini, mülki işin onun iştirakı olmadan keçirilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etirazının olmadığını qeyd etmişdir. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən iki bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 10 may 2024-cü il tarixli barışıq sazişi bağlamışdır:
1. İddiaçı 965 (doqquz yüz altmış beş) manat məbləğində pulun cavabdeh Məhərrəmova Nərmı̇ nə Hı̇ lal qızı tərəfindən 19 (on doqquz) ay müddətində 01 iyun 2024cü il tarixdən başlayaraq 01 dekabr 2025-ci il tarixədək hər ay 50 (əlli) manat, sonuncu ay isə yəni 01 yanvar 2026-cı il tarixdə 65 (altmış beş) manat ödəməyi öhdəsinə götürdüyündən, cavabdehin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələb üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh Məhərrəmova Nərmı̇ nə Hı̇ lal qızı sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq iddiaçı Nəbı̇ yeva Məleykə Nəbi qızının tələb etdiyi ümumilikdə 965 (doqquz yüz altmış beş) manat məbləğində pulu 19 ay müddətində 01 iyun 2024-cü il tarixdən başlayaraq 01 dekabr 2025-ci il tarixədək hər ay 50 (əlli) manat, sonuncu ay isə yəni 01 yanvar 2026-cı il tarixdə 65 (altmış beş) manat ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehin ərizələrindən aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Həmin məcəllənin 191.2-1-ci maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(090)-107/2024 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı 965 (doqquz yüz altmış beş) manat məbləğində pulun cavabdeh Məhərrəmova Nərmı̇ nə Hı̇ lal qızı tərəfindən 19 (on doqquz) ay müddətində 01 iyun 2024cü il tarixdən başlayaraq 01 dekabr 2025-ci il tarixədək hər ay 50 (əlli) manat, sonuncu ay isə yəni 01 yanvar 2026-cı il tarixdə 65 (altmış beş) manat ödəməyi öhdəsinə götürdüyündən, cavabdehin hazırki barışıq mövqeyini qəbul edir və bu barədə iş üzrə ərizə verməklə iddia tələb üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh Məhərrəmova Nərmı̇ nə Hı̇ lal qızı sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq iddiaçı Nəbı̇ yeva Məleykə Nəbi qızının tələb etdiyi ümumilikdə 965 (doqquz yüz altmış beş) manat məbləğində pulu 19 ay müddətində 01 iyun 2024-cü il tarixdən başlayaraq 01 dekabr 2025-ci il tarixədək hər ay 50 (əlli) manat, sonuncu ay isə yəni 01 yanvar 2026-cı il tarixdə 65 (altmış beş) manat ödəməyi öhdəsinə götürməyi və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. Mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.