Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-111/2020 09.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payının naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı xx xxxx 2020-ci ildə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Kükü kəndində yerləşən 0,2933 hektar torpaq sahəsi və onun üzərində olan sahəsi 101,2 kvadrat metrdən ibarət fərdi yaşayış evindən ona düşən payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(108)-119/2018 nömrəli qərarı ilə Cavabdeh atamdan qalma mirasdan pay tələbimə dair iddiam təmin edilib, mülkiyyət hüququm tanınmışdır. Nazim kasasiya şikayəti versə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8592/18 nömrəli qərarı ilə onun şikayəti əsassız olduğu üçün təmin olunmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə göndərdiyi xx xxxxxx 2019-cu il tarixli məktuba əsasən həmin orqan mənə torpaq sahəsinin 1/6 və fərdi yaşayış evinin isə 1/3 hissəsinə dair çıxarış verib. Məhrum X1 qalmış miras əmlak və torpaq məhkəmənin 2(108)-119/2018 nömrəli, xx xxxxxx 2018-cı il tarixli qərarı ilə üç vərəsə arasında, yəni İddiaçı, Cavabdeh və onun anası Cabbarova Gövhər Əli qızı arasında bölünməlidir. Həmin və sənədə əsaslanaraq atamdan miras qalmış yaşayış evinin 1/3, təsərrüfat tikililərinin 1/3, o cümlədən torpağın 1/6 hissəsi tikililərin yerləşdiyi ərazi ilə birlikdə bölünüb mənə verilməsini istəyirəm. Bir-birimizə maneçilik etməməyimiz üçün yaşayış evimin qabaq hissəsindən, atamın tikililərinin isə arxa hissəsində olan girişdən, yəni təndir damı ilə otağın arasından olan yolu mənim istifadəmə verməyə, həmin girişin sağ hissəsindən mənə təsərrüfat tikililərindən çatan payı, sol hissəsində isə yaşayış evindən çatan payı ayrılıb verilməsini istəyirəm. Yaşayış evinin qabağından cavabdehin yolu var və orada atamın 1960-cı ildən hasarlanmış və islahat dövrü ölçüyə salınmamış 100 sot torpaq sahəsi də mövcuddur. Üç il bundan əvvəl yəni 2017-ci ildə Cavabdeh mənim 37 il istifadə etdiyim tövlə binasının qapısını bağlayıb və həyətində olan atamın mənə verdiyi 1 sot torpağı da məndən alandan sonra məhkəmədə mən dəfələrlə təklif edirdim ki, hərə öz mülkünə sahiblik etsin, yəni mən yolun altında olan ata mülkündən pay istəməyim, Cavabdeh də yolun üstündən 1980-ci ildə 1 il durmadan işləyib tikintisini başa çatdırdığım mənim ərazimdə olan tövlə binasını özümə qaytarsın və razılaşaq mübahisəmiz sona çatsın. Cavabdeh 8 yaşı olanda tikdiyim tövləni də yiyələnib. İddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payının naturada ayrılmasıiddia qaldırdığını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cabbarova Gövhər Əliş qızına qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanan məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdı. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin hüquqi həllinə gəldikdə isə onu mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payının naturada ayrılması tələbinə dair mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və işə baxılmasına dair hər hansı müraciəti məhkəməyə daxil olmamışdı. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının"Kapital Bank"ın Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə TT**********94510 nömrəli qəbzlə AZ21NABZ**********000005944 nömrəli hesaba ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "Kapital Bank"ın Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə TT**********94510 nömrəli qəbzlə AZ21NABZ**********000005944 nömrəli hesaba ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçıgeri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-111/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-111/2020
09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver