Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-117/2022 13.07.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4075 (dörd min yetmiş beş) manat və ödədiyi 60.75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəmənin ünvanına 08 iyul 2022-ci il tarixdə daxil olmuş “24” iyun 2022-ci il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, Cavabdeh ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, iddia tələbindən imtina etdiyini, 2(090)-117/2022 nömrəli mülki iş üzrə barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin Cavabdeh məhkəmənin ünvanına 08 iyul 2022-ci il tarixdə daxil olmuş “24” iyun 2022-ci il tarixli ərizəsində Şahbuz Rayon Məhkəməsində İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırdığını, İddiaçı ilə məhkəmədən kənar barışıq əldə etdiklərindən, 2(090)-117/2022 nömrəli mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı və cavabdehin ərizələrini, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilən və tədqiq edilərək iş materiallarına əlavə edilən iki bənddən ibarət barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə 24 iyun 2022-ci il tarixli barışıq sazişi bağlamışdır:
1. İddiaçı Cavabdeh ümumilikdə 2.000 (iki min) manat pulu aldığından hazırki barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı borclu olduğu 2.000 (iki min) manat pulu verdiyini və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir. İddiaçının və cavabdehin ərizələrindən aydın oldu ki, tərəflər artıq barışmışlar, barışıq sazişinin nəticəsi onlara aydındır. Buna görə də barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Belə ki, tərəflərin barışmaları ilə əlaqədar olaraq, iddia məhkəmədə baxılması üçün müdafiə olunmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialına 60,75 (altmış manat, yetmiş beş qəpik) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(090)-117/2022 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh ümumilikdə 2.000 (iki min) manat pulu aldığından hazırki barışıq mövqeyini qəbul edir və bu barədə ərizə verməklə tələb üzrə iddiaya xitam verilməsinə öz razılığını bildirir.
2. Cavabdeh sazişin qeyd olunmuş əsasları ilə razılaşaraq İddiaçı borclu olduğu 2.000 (iki min) manat pulu verdiyini və iddia üzrə icraata xitam verilməsinə öz razılığını bildirir.. Mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialına xx.xx.2022ci il tarixdə ********* nömrəli qəbzlə 60,75 (altmış manat, yetmiş beş qəpik) manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.