Məhkəmə qərarları › İş №2(090)-127/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-127/2022

08.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-127/2022 08.07.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “06” iyun 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6.588 (altı min beş yüz səksən səkkiz) ABŞ dolları məbləğində pulun və ödənilmiş 123,6 (bir yüz iyirmi üç manat, altmış qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh onun kirvəsi olduğunu, uzun müddət birbirilərini tanıdıqlarını, Cavabdeh 2017-ci ildə ondan 7.000 (yeddi min) ABŞ dolları məbləğində borc pul istədiyini, o, qohum olduqları üçün ona inanıb həmin pulu verdiyini, Cavabdeh ondan borc istədiyi zaman problemləri olduğunu, ona görə ona təcili pul lazım olduğunu, ona borcunu 1 ay müddətində qaytaracağını dediyini, lakin Cavabdeh həmin borc pulu verməyindən 5 il müddət keçməyinə baxmayaraq, o, pulu qaytarmadığını, ona 7000 (yeddi min) ABŞ dolları borclu olması ilə bağlı öz xətti ilə yazılmış xx.xx.2022-ci il tarixli ərizə təqdim etdiyini, 2021-ci ilin iyun ayında Xəzərin ona cəmi verdiyi pulun 700 (yeddi yüz) manat olduğunu, yəni 412 ABŞ dollar verdiyini, Cavabdeh dəfələrlə pulun qaytarılması barədə müraciət etdiyini, lakin onun hərdən bir bəhanə ilə borcunu qaytarmaqdan yayındığını, o da məcbur qalıb məhkəməyə müraciət etdiyini, özünün şəkər xəstəsi olduğunu və müalicəyə ehtiyacı olduğunu, Cavabdeh ona olan borcunu qaytarmadığını, müalicə oluna bilmədiyini bildirərək, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, 14 sentyabr 2011-ci ildə İddiaçı 10.000 ABŞ dolları istəyibdir, İddiaçı da ona həmin günün səhəri, yəni 15 sentyabrda onunla telefonla danışıb 7.000 ABŞ dolları göndərməyə imkanının olduğunu deyib, həmin məbləğdə pulu ona göndəribdir, o da Moskva şəərində 200.000 rubl pulu alıbdır, həmin puldan 700 manatını, yəni 412 ABŞ dollarını 2021-ci ilin iyun ayında qaytarıbdır, sonra İddiaçı borcunu qaytarmaq üçün bir neçə bankdan pul götürmək istəyibdir, lakin banklar ona kredit vermədiyi üçün o, borcunu qaytara bilməyibdir, onun İddiaçı 6.588 ABŞ dollar borcu olduğunu qəbul edir, bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur, iddianın qəbul etməsi barədə o, məhkəməyə ərizə də təqdim edibdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, Cavabdeh iddianın etirafı barədə ərizəsini və işin digər hallarını nəzərdən keçirib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış ərizənin məzmunundan görünür ki, o, İddiaçı 7.000 (yeddi min) ABŞ dolları məbləğində borc pul almış və həmin pulu imkan eliyən kimi qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış ərizədən İddiaçı Şahbuz Rayon Məhkəməsində ona qarşı pul tələbi ilə bağlı iddia qaldırdığın, həmin iddianı qəbul etdiyini, İddiaçı 6.588 (altı min beş yüz səksən səkkiz) ABŞ dolları məbləğində borcunun olduğunu, həmin borc pulu qısa zamanda qaytaracağına dair öhdəlik götürdüyünü, buna görə də iddia tələbinin təmin olunmasına və bu barədə qətnamə çıxarılmasına etiraz etmədiyini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci, 191-ci maddələrinin məzmununun ona izah edildiyi aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh 6.588 (altı min beş yüz səksən səkkiz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla İddiaçı ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh 123,6 (bir yüz iyirmi üç manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.588 (altı min beş yüz səksən səkkiz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla İddiaçı ödənilsin. Cavabdeh 123,6 (bir yüz iyirmi üç manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar