Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-13/2022 25.01.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək bildirdi ki, mərhum oğlu İman Alməmmədov hərbiçi olub və İkinci Qarbağ müharibəsində şəhid olubdur, oğlu hələ müharibədən əvvəl Şahbuz rayonu, Kolanı kənd sakini Cavabdeh ilə bacanaq olduğu üçün ona bankdan kredit götürüb Cavabdeh vermək istədiyini deyibdir, o da oğluna çöldə olduğunu, gəlib bu barədə danışacaqlarını deyibdir, bir müddət sonra oğlu İman «Naxçıvanbankdan» 13500 manat kredit götürüb Cavabdeh veribdir, İkinci Qarabağ müharibəsi başlanan zaman oğlu İ.Alməmmədov müharibəyə gedibdir və döyüşlərdə şəhid olubdur, oğlu şəhid olduğu üçün dövlət tərəfindən kredit borcu silinibdir, o da bir müddətdən sonra Cavabdeh deyibdir ki, “pulu mənimsəmisən o pulu ver”, onun bildiyinə görə həmin pulu iki nəfər öz aralarında bölübdür, biri Cavabdeh, o biri isə dövlət işçisi olub, Cavabdeh həmin şəxsə kreditə pul götürmələrini deyib, o da pulun götürülməsində bunlara köməklik edib, kreditə götürülən 13500 manat puldan 5000 manatı da həmin şəxsə verilibdir. Hazırda Cavabdeh pulu vermir, onun oğlu şəhid olub, ona görə borc silinibdir, Cavabdeh da həmin pulu verməlidir, oğlunun qırx mərasimindən sonra Cavabdeh, atası, bacısı və Orxan adlı şəxs onların evinə gəliblər, həmin vaxt pul barədə danışıblar, Cavabdeh pulu verəcəyini bildiribdir, lakin sonra pulu verməkdə imtina edibdir, o da məcbur qalıb aidiyyəti dövlət orqanlarına müraciət edibdir. Əlavə olaraq İddiaçı bildirdi ki, şəhid olmamışdan əvvəl onun oğlunun heç kimə borcu olmayıbdır, çünki oğlu döyüşlərdə olan zaman ona zəng vuraraq taksi şoferi Amidə 39 manat, digəri Əli adlı şəxsə 40 manat və Vayxır kəndində mağazaya 180 manata yaxın borcunun olduğunu bildirib və ondan həmin borcları ödəməsini istəyibdir, o da həmin şəxslərə oğlu dediyi üçün oğlunun borcunu ödəyibdir, onun dediklərini həmin şəxslərin özləri də şahid kimi təsdiqləyiblər, həmin borcdan başqa onun oğlu İmanın heç kimə borcu olmayıbdır, əgər olsaydı o bilərdi, sonda İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdeh onun oğlu İman ilə bacanaq olublar ona görə bankdan kredit götürüb veribdir Cavabdeh, kreditin məbləği 13500 manat olubdur, həmin puldan cavabdeh 5000 manatını krediti götürməkdə köməklik etdiyi üçün Orxan adlı şəxsə veribdir, yasdan sonra Orxan cavabdeh ilə birlikdə onlara gəliblər və həmin vaxt Orxan ona 5000 manat pulu o götürdüyünü, həmin puluda onun qaytaracağını deyibdir, bir müddət sonra Orxan 3000 manatı qaytarıb, 2000 manatı isə qaytaracağını bildiribdir, oğlu İman bankdan 13500 manat pulun hamısını Cavabdeh veribdir, cavabdeh evini təmir etdirmək istədiyi üçün veribdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı işin bütün halları barədə ətraflı məlumat veribdir, iddiaçının dedikləri şahid ifadələri ilə təsdiqini tapıbdır, məhkəmədən iddialarının təmin ediməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, mərhum İ.Alməmmədov ilə bacanaq olublar, mərhum həmin vaxt nişanlı olubdur, İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl İman Alməmmədov ona “eşitmişəm sənə kreditə pul verirlər, sənin adına kredit götürək, çünki biz maxelərə vermirlər” deyibdir, o da onun borcunun olduğu üçün ona kredit verməyəcəklərini, onun tanışı olduğunu onun köməkliyi ilə İ.Alməmmədova kredit götürə biləcəklərini deyibdir, sonra mərhum İ.Alməmmədova evdəkilərlə danışmağını, onların razılığını aldıqdan sonra kredit götürmələrini deyibdir, bundan sonra İ.Alməmmədov ona evdəkilərlə razılaşdıqlarını, krediti götürə biləcəklərini deyibdir, o da tanışı Orxan müəllimə deyib onun vasitəsilə ilə «Naxçıvanbankdan» kredit götürüblər, krediti İman Alməmmədovun adına götürüblər o isə kreditin götürməsində zamin olubdur, krediti o, İ.Alməmmədov və Orxan razılaşıb götürüblər, razılaşmaya görə həmin pulun 5000 manatını Orxan, 4000 manatını o, 4000 manatı isə İ.Alməmmədov götürüb istifadə edəcəklər, ödəniş vaxtı isə hər kəs öz pulunu ödəyəcəkdir, götürdükləri məbləğ 13500 manat olubdur, həmin puldan 5140 manatını Orxan müəllim, 4000 manatını o özü, 4000 manatını isə İman götürübdür, həmin kreditin aylıq ödənişi 482 manat olubdur, kredit götürdükdən sonra müharibə başlayıb və İ.Alməmmədov müharibəyə gedibdir, mərhum İ.Alməmmədov döyüşlərdə olarkən kreditin birinci ayının ödənişinin 185 manatını Orxan müəllim, qalanını isə, yəni 297 manatını da o ödəyibdir, birinci ödəniş 2020-ci ilin oktyabr ayı olubdur, şahid Nurəddin Alməmmədovun dedikləri yalandır, bacısının evində olan zaman o Nurəddin Alməmmədova 8000 manat pulun ödəyəcəyini deyibdir çünki, İ.Alməmmədov şəhid olandan sonra onun krediti dövlət tərəfindən silinibdir, sonra İmanın atası həmin pulu ondan istəyibdir, onlar ona “şəhidin sığorta pulunu vermirlər deyirlər ki, kredit borcu silinib ona görə ona sığorta ödənilməyəcək” deyiblər, o da sığortanın verilməcəyi üçün kredit pulunu ödəyəcəyini deyibdir, lakin sonra sığorta pulunun ödənildiyini eşidibdir, o da öz üstünə düşəni verəcəyəni deyibdir, bankdan 13500 manat götürdüklərini, ondan 5140 manatının Orxan adlı şəxsə vermələrini iddiaçı tərəfə deməyibdir ona görə ki, onların bildiyini düşünübdür, İddiaçı onu şikayət edib, bununla bağlı onu hərbi prokurorluğa çağırıblar, onu orada işi ilə bağlı hədələyiblər, o da qanunu bilmədiyi üçün orada izahat veribdir, sonra o komandanlığın qəbulunda olub və orada onu hədələdiklərini deyibdir, komandanlıqda ona bu işin məhkmədə həll edilməli olduğunu bildiriblər, o mərhum İ.Alməmmədovdan götürdüyü 4000 manatı hissə-hissə qaytarmağa hazırdır, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, pulu bankdan götürən zaman Orxan orada olmayıbdır, o, Orxana zəng vurub Orxanda ona başqa yerdə olduğunu deyibdir, bundan sonra İman Alməmmədov 5140 manatı sayıb ona verib, o da həmin pulu bank işçisinə veribdirki Orxana versin, Orxan ilə İ.Alməmmədov əvvəllər tanış olmayıblar, Orxanın soyadını, ata adını, ünvanını bilmir, 2020-ci ilin sentyabr ayında bankdan 13140 manat nağd pul götürüblər, pulu İ.Alməmmədov kassadan nağd götürübdür, pulu götürdükdən sonra 5140 manat pulu sayıb ona verib və Orxana verməsini deyibdir, həmin gün evə gəldikləri üçün pulu İman Alməmmədov ona onların evində veribdir, pulu verən vaxt yoldaşı orada olubdur, bacanağı Pərviz hamamda əlini yuduğu üçün İman pulu ona verən zaman yanlarında olmayıbdır, sonra o Pərvizə “İman mənə 4000 manat verdi” Pərviz “nə məsələdi, nə gəzirsiz” soruşub, o da ”bərabər pul götürdük, 4000 manat da mənə verdi” deyibdir. Hərbi prokurorluqda ona işində problem olacağı dedikləri üçün izahatında 8000 manat borcunun olduğunu yazıbdır. Mərhumun atası Tarverdinin evində isə 8000 manatı özünün qaytarcağını ona görə deyibdir ki, mərhumun əmisi ona bankdan götürdükləri pulun silindiyi üçün sığortanın verilməyəcəyini deyibdir, o da şəhidin ruhu şad olsun deyə 8000 manatı ödəyəcəyini deyibdir, İ.Alməmmədov özü ona bankdan kredit götürməsini deyibdir, ona kredit lazım olsa idi qardaşı uşaqlarının adına götürə bilərdi onlarda hərbiçidirlər, onun özünün borcu olubdur, onun İ.Alməmmədovun adına kredit götürmək ağlına gəlməyibdir, İ.Alməmmədov ona borcunun olduğunu, evdən heç kimin bilmədiyini deyibdir, mərhum İ.Alməmmədovun kimə nə üçün borcunun olması barədə heçnə bilmir, Naxçıvan MR Hərbi prokurorluqdan yuxarı prokurorluğa heç bir şikayət və ya müraciət etməyibdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid1 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, Babək rayonu, Vayxır kəndində dükan işlədir, İddiaçı ilə bir kənddə yaşayır, onun dükanından alış veriş etdiyi üçün oradan İddiaçı tanıyır, İddiaçı rəhmətli oğlu Alməmmədov İman ondan nisyə alış-veriş edibdir, maaşını alan kimi də gətirib veribdir, sonuncu dəfə 2020-ci ilin sentyabr ayında borcunu verəcək idi, lakin müharibə başladı, İman şəhid oldu, onun borcunu atası T.lməmmədov gətirib veribdir, şəhid İ.Alməmmədovun ona 187 manat borcu olubdur, həmin borcun hamısını şəhidin atası İddiaçı ödəyibdir, həmin pulu o İddiaçı istəməyibdir, İddiaçı özü o pulu gətirib ödəyibdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid3 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, Babək rayonu, Vayxır kəndində yaşayır, İddiaçı ilə qonşudurlar, şəhid İ.Alməmmədovun ona 45 manat borcu olubdur, o, şəxsi maşını ilə İ.Alməmmədovu işə aparıb gətiribdir, həmin borc da ordan yaranıbdır, 2020-ci ilin oktyabr ayında mərhum İ.Alməmmədovun atası İddiaçı ona “İman zəng vurub mənə dedi ki, Aqilə 45 manat borcum var onu ödə” deyibdir, İddiaçı da o pulu ona ödəyibdir, həmin pulu o İddiaçı istəməyibdir, İddiaçı özü o pulu gətirib veribdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid2 ifadəsində bildrdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, İddiaçı ilə qonşudurlar, onun özünün minik avtomobili vardır, onun maşını ilə İ.Alməmmədov gedib-gəlibdir, buna görə ona borcu qalmışdı, mərhumun çox borcu olmurdu ona, mərhum maaşını alıb gətirib borcunu ödəyirdi, mərhum İ.Alməmmədovun 63 manat borcu olubdur ona, mərhumun atası İddiaçı oğlunun ona zəng edib borcu olduğunu və həmin borcunu ödəməsini istəyibdir, İddiaçı da gəlib 63 manat pulu ona veribdir, həmin pulu o İddiaçı istəməyibdir, İddiaçı özü o pulu gətirib veribdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan şahid X1 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşıdır, cavabdehin bacısı onun əmisi gəlinidir, mərhum İman Alməmmədov onun qardaşı oğludur, mərhum İ.Alməmmədovun qırx mərasimindən sonra Cavabdeh onu çağırıb bacısının evinə, Cavabdeh bacısı evində cavabdeh ilə onun arasında pul barədə söhbət olubdur, o Cavabdeh şəhidə nə qədər borcu olduğunu soruşub, cavabdeh isə ona 8000 manat borcunun olduğunu, hal-hazırda qaytarmağa imkanının olmadığını deyibdir, o isə cavabdehə “eybi yoxdur 4000 manatını ilin ortasında, 4000 manatı isə ilin axırında verərsən” deyibdir, onlarda razılaşıblar, hətta balaca qardaşı Eyvazı, X11 ilə birlikdə Babək rayonu, Vayxır kəndinə qardaşı Tarverdinin evinə göndəribdir və onlara “Tarverdiyə deyin razılaşsın qohumçuluğa görə 2000 manatı keçsin qalan borcun yarısını ilin ortasında, yarısın da ilin sonunda qaytarsınlar” deyibdir, İddiaçı da onlara borcun 8000 manat deyil 13500 manat olduğunu onlara deyibdir, bu söhbətdən hardasa bir, bir ay yarım keçdikdən sonra, o Vayxır kəndinə kərpic aparıbdır, kənddən qayıdan zaman ona qardaşı Tarverdi zəng edib Vayxır kəndinə qayıtmağını istəyibdir, o da qardaşı Eyvazla kəndə qayıdıb, həmin vaxt qardaşının evində Zamin, atası Telman və bacısı Turac və əlavə tanımadığı iki nəfər şəxs də olubdur, sonradan həmin şəxslərdən birini Orxan adlı şəxs olduğunu, bankdan götürdükləri puldan 5140 manatının həmin şəxsə verildiyini bilibdir, həmin vaxt Zaminin atası Telman ona “Zamin sizi aldadıbdır, İmanın verdiyi pul 8000 manat yox, 13500 manat olub” deyibdir, o da “eybi yoxdur, gedib notariusda 13500 manat borcunun olması barədə sənəd verər” deyibdir, Zamin də ona sabah çıxışda olduğunu biri gün verəcəyini bildiribdir, bundan sonra o Zamini, atasını və bacısını öz maşını ilə evlərinə aparıbdır, bundan iki-üç gün keçdikdən sonra o, Cavabdeh zəng vuraraq “gəl notariusda borcunun olması barədə sənəd ver” deyibdir, Cavabdeh da ona “mənim İmana 8000 manat yox 4000 manat borcum vardır” deyibdir. Məhkəmədə sualları cavablandıran şahid N.Alməmmədov bildirdi ki, Cavabdeh ilə onun bacısı evində söhbət zamanı Cavabdeh özü ona İ.Alməmmədova 8000 manat borcunun olduğunu deyibdir, Cavabdeh ona “4000 manat borcum var, sığorta pulunu verməsələr mən verərəm, şəhidin ruhu şad olsun” deməyibdir, o Cavabdeh mərhumun banka kredit borcunun olduğu üçün kompensasiya verilməsinin banka olan borcunun həll edildikdən sonra veriləcəyini deyibdir, onlar arasında İmanın da borcunu Cavabdeh tərəfindən ödəməsi barədə heç bir söhbət olmayıbdır. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan şahid X12 ifadəsində bildrdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, İddiaçı ilə qonşudurlar, hardasa mərhumun qırx mərasimindən bir müddət sonra, o İddiaçı evində olan zaman evə Cavabdeh, onun atası Telman və bir nəfərdə qadın gəliblər, onlardan əlavə iki nəfər tanımadığı kişi də gəlibdir, həmin vaxt Telman ilə Tarverdi söhbət ediblər, hardasa 5-10 dəqiqə sonra Nurəddin də gəlibdir, sonra pul haqqında danışıblar, söhbət zamanı Tarverdi Zaminin atası Telmana “mənim oğlum götürdüyü pulu verib sənin oğluna” deyibdir, həmin vaxt hardasa 13500 manat puldan söhbət gedibdir, Telman da Tarverdiyə “mənim oğlum pulu alıbdır məndə ödəyəcəyəm” deyibdir, bundan sonra Cavabdeh “o pulun hamısını mən almamışam” deyibdir, Zaminlə gələn iki nəfərdən biri “5000 manat pul məndədir, qalanı Zamindədir, biz 5000 manatı ödəyəcəyik” deyibdir, Cavabdeh isə qalan pulu ödəyəcəyini deyibdir. Məhkəmədə cavabdeh tərəfindən dəvət olunan şahid X13 ifadəsində bildrdi ki, iddiaçı ilə qohumçuluğu və ədavəti yoxdur. Cavabdeh ilə bacanaqdırlar, təxminən iki il bundan əvvəl vaxtını tam xatırlamır hardasa yay aylarında Cavabdeh ona zəng edib, o Naxçıvan şəhərində olan zaman gedəndə mərhum İman ilə onu da şəhərdən Şahbuz rayonuna aparmasını istəyibdir, onlar Şahbuz rayonunda Cavabdeh evinə gəliblər orada yemək yeyib, çay içib söhbət etdikdən sonra İ.Alməmmədov 4000 manat pulu çıxarıb Cavabdeh veribdir, nəyə görə verdiyi barədə heçnə deməyibdir, heç o da soruşmayıbdır, bilməyibdir nə puldur, sonra İ.Alməmmədovu aparıb Şahbuz rayonu, Kolanı kəndinə İmanın qayınatasıgilə, o qayıdıb, İ.Alməmmədov isə kənddə qalıbdır, onun bildiyi bu qədərdir. Məhkəmədə sualları cavablandıran şahid P.Bağırzadə bildirdi ki, onun tərəflərin işindən xəbəri olamayıbdır, Cavabdeh ona şahidlik edə biləcəyini soruşub, o da şahidlik edə biləcəyini deyibdir, onlar arasında olan kreditdən xəbəri olmayıbdır, onun bu son olanlardan, Cavabdeh hərbi prokurorluğa çağırılandan sonra xəbəri olubdur, hərbi prokurorluğa Cavabdeh çağırılan zaman o orada olmayıbdır, təqribən bir iki ay bundan əvvəl xəbəri olubdur, İ.Alməmmədovun atası İddiaçı ilə Cavabdeh arasında pul mübahisəsi olubdur, ondan əvvəl onlar arasında pul mübahisəsini bilməyibdir, mərhum İ.Alməmmədovun yas mərasimindən sonra Cavabdeh, atası və o gediblər İddiaçı evinə, orada söhbət olubdur, İddiaçı Cavabdeh pulu qaytarmasını deyibdir, məbləği deməyibdir, onun bildiyinə görə Cavabdeh verilən məbləğ 4000 manat olubdur, onlar üçü Cavabdeh, atası və o gediblər İddiaçı ilə görüşə, başqa heç kim olmayıbdır, onlar evdə deyil, həyətdə tövlə tərəfdə söhbət ediblər, o, həmin vaxt maşında olubdur. Əlavə olaraq P.Bağırzadə bildirdi ki, şəhərdən rayona gələn zaman pul barədə söhbət olmayıbdır, onlar Cavabdeh kirayədə qalan evində olublar, Cavabdeh ev alması barədə xəbəri olmayıbdır, o əminliklə deyə bilmir ki, İ.Alməmmədov 4000 manat sayıb veribdir Cavabdeh, sadəcə o eşidibdir ki, İ.Alməmmədov 4000 manat veribdir Cavabdeh, Cavabdeh ona İ.Alməmədovun kredit götürdüyünü deyib, amma nə qədər götürdüyünü deməyibdir, Cavabdeh ona “İman 4000 manat verəcək mənə” deyibdir, amma İ.Alməmmədov Cavabdeh 4000 manat pulu onun yanında sayıb verməyibdir, sadəcə Cavabdeh ona İ.Alməmmədovun 4000 manat verəcəyini dediyi üçün , o ordan bilir ki, İ.Alməmmədov Cavabdeh 4000 manat pul veribdir. İ.Alməmmədovun Cavabdeh 4000 manat verməsi barədə ona heçnə deməyibdir, İ.Alməmmədov ona pul verməsi barədə heçnə deməyibdir, İ.Alməmmədov ilə onun bu barədə heç bir söhbətləri olmayıbdır. Məhkəmədə cavabdeh tərəfindən dəvət olunan şahid X5 ifadəsində bildirdi ki, iddiaçı ilə qohumçuluğu yoxdur, lakin gəlini olacaqdı, mərhum İ.Alməmmədov ilə nişanlı olublar, İddiaçı tərəf ona pislik ediblər. Cavabdeh bacısının əridir. Şəhid İ.Alməmmədovun borcu olubdur, vaxtını tam xatırlamır təxminən 2020-ci ilin avqust ayında onların evində İ.Alməmmədov ona “sənə söz deyəcəm amma heç kimə demə sənə deyirəm, mənim 4000 manat borcum var” deyibdir, o mərhumdan nə borcu olduğunu soruşub, ona nə borcu olduğunu deməyibdir, sonra pul götürüb qaytaracağını deyibdir, İ.Alməmmədov hardasa sentyabr ayında pul götürübdür, onların evində İ.Alməmmədov “bankdan 4000 manat pul götürdüm verdim Zaminə, 4000 manata da borcumu verəcəm” deyibdir, o, İ.Alməmmədovdan nə borc olduğunu soruşmayıbdır, mərhum ona bankdan nə qədər pul götürdüyünü də deməyibdir. Məhkəmədə sualları cavablandıran şahid N.Yolçuyeva bildirdi ki, İ.Alməmmədov ona Cavabdeh nə üçün pul verdiyini deməyibdir, İ.Alməmmədov kimə borcu olması barədə ona heçnə deməyibdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, İddiaçı Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 8000 (səkkiz min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı mərhum oğlu İ.Alməmmədovdan borc pul alması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hallarından biri Cavabdeh izahatında İddiaçı mərhum oğlu İ.Alməmmədova 4000 (dörd min) manat borclu olmasını göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə Cavabdeh Naxçıvan MR Hərbi prokurorluğunda 08.04.2021-ci il tarixdə verdiyi iltizamında 7643 manat pulun altı ay ərzində İddiaçı ödəyəcəyinə dair öhdəlik götürməsini qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, İddiaçı mərhum oğlu İ.Alməmmədovun Cavabdeh ilə razılaşmaya əsasən mərhum İ.Alməmmədov bankdan 8000 manat kredit görüb Cavabdeh veribdir, cavabdeh isə həmin pulu qaytarmaq öhdəliyi daşımış, cabadeh Cavabdeh aldığı pulu qaytarmamış və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi izahatı və iltizamı göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş 08 aprel 2021-ci il tarixli izahatı və həmin tarixli iltizamından görünür ki, Cavabdeh iddiaçı T.Almmədovun mərhum oğlu İ.Alməmmədovdan 8000 manat borc almış, həmin puldan qalıq qalan 7643 manat pulu isə altı ay ərzində İddiaçı qaytaracağı barədə iltizam verərək öhdəlik götürmüş, lakin Cavabdeh tərəfindən həmin borcun qaytarılması ilə bağlı heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə ki, mərhum İ.Alməmmədovun Cavabdeh pul verməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı mərhum oğlu İ.Alməmmədovun cavabdehə bankdan götürdüyü puldan 8000 manat pul verdiyini və həmin borcun qaytarılmadığını bildirməsi, cavabdehin isə öz növbəsində mərhum İ.Alməmmədovun bankdan götürdüyü kreditdən 4000 manat pulun ona verildiyini və sübut kimi şahid ifadələrini göstərmişdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən şahid kimi dindirilən X13 ifadəsində bildrdi ki, iddiaçı ilə qohumçuluğu və ədavəti yoxdur. Cavabdeh ilə bacanaqdırlar, təxminən iki il bundan əvvəl vaxtını tam xatırlamır hardasa yay aylarında Cavabdeh ona zəng edib, o Naxçıvan şəhərində olan zaman gedəndə mərhum İman ilə onu da şəhərdən Şahbuz rayonuna aparmasını istəyibdir, onlar Şahbuz rayonunda Cavabdeh evinə gəliblər orada yemək yeyib, çay içib söhbət etdikdən sonra İ.Alməmmədov 4000 manat pulu çıxarıb Cavabdeh veribdir, nəyə görə verdiyi barədə heçnə deməyibdir, heç o da soruşmayıbdır, bilməyibdir nə puldur, sonra İ.Alməmmədovu aparıb Şahbuz rayonu, Kolanı kəndinə İmanın qayınatasıgilə, o qayıdıb İ.Alməmmədov isə kənddə qalıbdır, onun bildiyi bu qədərdir. Məhkəmədə sualları cavablandıran şahid P.Bağırzadə bildirdi ki, onun tərəflərin işindən xəbəri olamayıbdır, Cavabdeh ona şahidlik edə biləcəyini soruşub, o da şahidlik edə biləcəyini deyibdir, onlar arasında olan kreditdən xəbəri olmayıbdır, onun bu son olanlardan, Cavabdeh hərbi prokurorluğa çağırılandan sonra xəbəri olubdur, hərbi prokurorluğa Cavabdeh çağırılan zaman o orada olmayıbdır, təqribən bir iki ay bundan əvvəl xəbəri olubdur, İ.Alməmmədovun atası İddiaçı ilə Cavabdeh arasında pul mübahisəsi olubdur, ondan əvvəl onlar arasında pul mübahisəsini bilməyibdir, mərhum İ.Alməmmədovun yas mərasimindən sonra Cavabdeh, atası və o gediblər İddiaçı evinə, orada söhbət olubdur, İddiaçı Cavabdeh pulu qaytarmasını deyibdir, məbləği deməyibdir, onun bildiyinə görə Cavabdeh verilən məbləğ 4000 manat olubdur, onlar üçü Cavabdeh, atası və o gediblər İddiaçı ilə görüşə, başqa heç kim olmayıbdır, onlar evdə deyil, həyətdə tövlə tərəfdə söhbət ediblər, o, həmin vaxt maşında olubdur. Əlavə olaraq P.Bağırzadə bildirdi ki, şəhərdən rayona gələn zaman pul barədə söhbət olmayıbdır, onlar Cavabdeh kirayədə qalan evində olublar, Cavabdeh ev alması barədə xəbəri olmayıbdır, o əminliklə deyə bilmir ki, İ.Alməmmədov 4000 manat sayıb veribdir Cavabdeh, sadəcə o eşidibdir ki, İ.Alməmmədov 4000 manat veribdir Cavabdeh, Cavabdeh ona İ.Alməmədovun kredit götürdüyünü deyib, amma nə qədər götürdüyünü deməyibdir, Cavabdeh ona “İman 4000 manat verəcək mənə” deyibdir, amma İ.Alməmmədov Cavabdeh 4000 manat pulu onun yanında sayıb verməyibdir, sadəcə Cavabdeh ona İ.Alməmmədovun 4000 manat verəcəyini dediyi üçün , o ordan bilir ki, İ.Alməmmədov Cavabdeh 4000 manat pul veribdir. İ.Alməmmədovun Cavabdeh 4000 manat verməsi barədə ona heçnə deməyibdir, İ.Alməmmədov ona pul verməsi barədə heçnə deməyibdir, İ.Alməmmədov ilə onun bu barədə heç bir söhbətləri olmayıbdır. Məhkəmədə cavabdeh tərəfindən dəvət olunan şahid X5 ifadəsində bildrdi ki, iddiaçı ilə qohumçuluğu yoxdur, lakin gəlini olacaqdı, mərhum İ.Alməmmədov ilə nişanlı olublar, İddiaçı tərəf ona pislik ediblər. Cavabdeh bacısının əridir. Şəhid İ.Alməmmədovun borcu olubdur, vaxtını tam xatırlamır təxminən 2020-ci avqust ayında onların evində İ.Alməmmədov ona “sənə söz deyəcəm amma heç kimə demə sənə deyirəm, mənim 4000 manat borcum var” deyibdir, o mərhumdan nə borcu olduğunu soruşub, ona nə borcu olduğunu deməyibdir, sonra pul götürüb qaytaracağını deyibdir, İ.Alməmmədov hardasa sentyabr ayında pul götürübdür, onların evində İ.Alməmmədov “bankdan 4000 manat pul götürdüm verdim Zaminə, 4000 manata da borcumu verəcəm” deyibdir, O İ.Alməmmədovdan nə borc olduğunu soruşmayıbdır, mərhum ona bankdan nəqədər pul götürdüyünü də deməyibdir. Məhkəmədə sualları cavablandıran şahid N.Yolçuyeva bildirdi ki, İ.Alməmmədov ona Cavabdeh nə üçün pul verdiyini deməyibdir, İ.Alməmmədovun kimə borcu olması barədə də ona heçnə deməyibdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadələri təhlil edildikdə dindirilən şahidlərin məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı mərhum oğlundan 4000 manat borc alması öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh mərhum İ.Alməmmədovun bankdan götürdüyü kreditdən 4000 manat pulun ona verildiyini bildirsə də və həmin halı şahidlər X5 və X8 təsdiq edəcəklərini bildirsə də, Cavabdeh mərhum İ.Alməmmədovdan 4000 manat borc pul alması şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, şahid P.Bağırzadənin məhkəməyə verdiyi ifadəsində mərhum İ.Alməmmədovun 4000 manat pulun Cavabdeh verilməsinə dair ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul edilən deyildir, şahid P.Bağırzadə ifadəsində Cavabdeh ilə bacanaq olduqlarını, təxminən iki il bundan əvvəl vaxtını tam xatırladığını, hardasa yay aylarında Cavabdeh ona zəng edib, Naxçıvan şəhərindən gedəndə mərhum İman ilə onu da şəhərdən Şahbuz rayonuna aparmasını istədiyini, onlar Şahbuz rayonunda Cavabdeh evinə gəldiklərini, orada yemək yeyib, çay içib söhbət etdikdən sonra İ.Alməmmədov 4000 manat pulu çıxarıb Cavabdeh verdiyini, nəyə görə verdiyi barədə heçnə demədiyini, heç onun da soruşmadığını, nə pul olduğunu bilmədiyini, sonra İ.Alməmmədovu Şahbuz rayonu, Kolanı kəndinə İmanın qayınatasıgilə apardığını, onun qayıtdığını, İ.Alməmmədovun isə kənddə qaldığını, onun bildiyinin bu qədər olduğunu göstərsə də, məhkəmə hesab edir ki, şahid P.Bağırzadə Cavabdeh ilə bacanaqdır və onların qohumçuluq münasibətlərindən irəli gələn mənafeləri olduğu üçün məhkəmə şahid P.Bağırzadənin ifadələrini sübut kimi qəbul edilən hesab etmir. Eyni zamanda məhkəmə şahid P.Bağırzadənin onların Şahbuz rayonunda Cavabdeh evində olan zaman yemək yeyib, çay içib söhbət etdikdən sonra İ.Alməmmədovun 4000 manat pulu çıxarıb Cavabdeh verməsi barədə ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Şahid P.Bağırzadənin ifadələrini şübhə altına hal isə məhkəmədə sualları cavablandıran zaman mərhum İ.Alməmmədovun yas mərasimindən sonra Cavabdeh, atası və onun gedib İddiaçıla söhbət etdiklərini, İddiaçı Cavabdeh pulu qaytarmasını istədiyini, məbləğini demədiyini, onun bildiyinə görə Cavabdeh verilən məbləğin 4000 manat olduğunu, onların həyətdə tövlə tərəfdə söhbət etdiklərini, onun həmin vaxt maşında olduğunu göstərməsidir. Eyni zamanda məhkəmədə sualları cavablandıran zaman ifadəsində İ.Alməmmədovun 4000 manat pulu çıxarıb Cavabdeh verməsini əminliklə deyə bilmədiyini, Cavabdeh ona İ.Alməmmədovun kredit götürdüyünü dediyini, amma nə qədər götürdüyünü demədiyini, Cavabdeh ona “İman 4000 manat verəcək mənə” dediyini, amma İ.Alməmmədovun Cavabdeh 4000 manat pulu onun yanında sayıb vermədiyini, sadəcə Cavabdeh ona İ.Alməmmədovun 4000 manat verəcəyini dediyi üçün, ordan İ.Alməmmədovun Cavabdeh 4000 manat pul verdiyini bildiyini, İ.Alməmmədovun Cavabdeh 4000 manat verməsi barədə ona heçnə demədiyini, İ.Alməmmədovun pul barədə heçnə demədiyini, İ.Alməmmədov ilə pul barədə heç bir söhbətlərinin olmadığını göstərməsidir. Şahid P.Bağırzadənin ifadəsi ilə mərhum İ.Alməmmədovun Cavabdeh 4000 manat pulun onun bilavasitə yanında verilmədiyi, həmin pulun məbləğinin 4000 manat olmasını onun özünün əminliklə təsdiq edə bilməməsi, həmin məbləğin 4000 manat olmasını maraqlı şəxs olan Cavabdeh deməsi ilə bu qənaətə gəlməsi müəyyən olunur. Həmçinin şahid P.Bağırzadənin ifadələrini şübhə altına alan digər hal isə ilk ifadəsində onun yanında İ.Alməmmədovun 4000 manat pulu çıxarıb Cavabdeh verməsini göstərmiş, daha sonra isə İ.Alməmmədovun 4000 manat pulu çıxarıb Cavabdeh verməsini əminliklə deyə bilmədiyini göstərmişdir. Halbuki, Cavabdeh məhkəməyə verdiyi izahatında mərhum İ.Alməmmədovun ona pulu verən vaxt yoldaşının orada olduğunu, bacanağı Pərvizin hamamda əlini yuduğu üçün İmanın pulu ona verən zaman yanlarında olmadığını, sonra o Pərvizə “İman mənə 4000 manat verdi” Pərviz isə “nə məsələdi, nə gəzirsiz” soruşub, o da ”bərabər pul götürdük, 4000 manat da mənə verdi” dediyini göstərmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş şahid P.Bağırzadənin ifadəsini cavabdehin iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Bu səbəbdən də məhkəmə P.Bağırzadənin ifadələrinin şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilə bilən hesab edilmədiyi üçün mərhum İ.Alməmmədovun Cavabdeh 8000 manat deyil, 4000 manat verməsi barədə istinad etdiyi hal öz təsdiqini tapmamışdır. Məhkəmə digər şahid X2 mərhum İ.Alməmmədovun Cavabdeh 4000 manat pul verməsinə dair ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, şahid N.Yolçuyeva məhkəmə araşdırılması zamanı ifadəsində iddiaçı ilə qohumçuluğunun olmadığını, lakin mərhum İ.Alməmmədov ilə nişanlı olduqlarını, İddiaçı tərəfin ona pislik etdiklərini, Cavabdeh isə bacısının əri olduğunu, şəhid İ.Alməmmədovun borcu olduğunu, vaxtını tam xatırlamadığını, təxminən 2020-ci ilin avqust ayında onların evində İ.Alməmmədov ona “sənə söz deyəcəm amma heç kimə demə sənə deyirəm, mənim 4000 manat borcum var” dediyini, o mərhumdan nə borcu olduğunu soruşduqda, ona nə borcu olduğunu demədiyini, sonra pul götürüb qaytaracağını dediyini, İ.Alməmmədovun hardasa sentyabr ayında pul götürdüyünü, onların evində İ.Alməmmədovun ona “bankdan 4000 manat pul götürdüm verdim Zaminə, 4000 manatı da borcumu verəcəm” dediyini, o, İ.Alməmmədovdan nə borc olduğunu soruşmadığını, mərhumun ona bankdan nə qədər pul götürdüyünü də demədiyini, İ.Alməmmədovun ona Cavabdeh nə üçün pul verdiyini demədiyini, İ.Alməmmədovun kimə borclu olması barədə də ona heçnə demədiyini göstərmişdir. Şahid N.Yolçuyevanın ifadələrini şübhə altına hal isə mərhum İ.Alməmmədovun 4000 manat pulun Cavabdeh verilməsinin bilavasitə özünün şahid olmadığını, mərhumun 4000 manat borcunun olmasını, bankdan 4000 manat pul götürüb Cavabdeh verməsinin, 4000 manata da borcunu verəcəyi barədə deməsindən sonra İ.Alməmmədovun Cavabdeh 4000 manat verməsi qənaətinə gəlməsidir. Həmçinin şahid N.Yolçuyevanın ifadələrini şübhə altına alan digər hal isə ifadəsində Cavabdeh onun bacısı ərinin olmasını və iddiaçı tərəfin ona pislik etdiklərini göstərməsidir. Eyni zamanda şahid N.Yolçuyevanın mərhum İ.Alməmmədovun kimə nə üçün borclu olduğunu bilməməsidir. Məhkəmə hesab edir ki, şahid N.Yolçuyeva hazırki iş üzrə Cavabdeh maraqlarından çıxış edərək Cavabdeh 4000 manat pulun alınıb iddiaçıya verilməsində maraqlı olmuş və o iddiaçı tərəfə qərəzli mövqe sərgiləmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid N.Yolçuyevanın ifadəsi sübut kimi qəbul edilə bilməz. Məhkəmə eyni zamanda Cavabdeh məhkəməyə verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunda ona işində problemləri olacağının deyilməsi, bu səbəbdən də mərhum İ.Alməmmədovdan 8000 manat borc alması barədə izahatında və iltizamda göstərməsi barədə ifadəsini də inandırıcılıq dərəcəsinə görə qəbul edilən hesab etmir. Belə ki, Cavabdeh ona Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunda işində problemlərin olacağına görə bu cür izahat və iltizam verdiyini bildirsə də, həmin prokuroluğdan yuxarı prokurorluğa heç bir şikayət və ya müraciət etməmişdir. Məhkəmə İddiaçı oğlunun heç kimə borclu olmadığını, şəhid olmamışdan əvvəl onun oğlunun heç kimə borcu olmaması, çünki oğlu döyüşlərdə olan zaman ona zəng vuraraq taksi şoferi Amidə 39 manat, digəri Əli adlı şəxsə 40 manat və Vayxır kəndində mağazaya 180 manata yaxın borcunun olduğunu bildirdiyini və ondan həmin borcları ödəməsini istəməsini, o da həmin şəxslərə oğlu dediyi üçün oğlunun borcunu ödədiyini, onun dediklərini həmin şəxslərin özləri də şahid kimi təsdiqlədiklərini, həmin borcdan başqa onun oğlu İmanın heç kimə borcu olmadığını, əgər olsaydı onun biləcəyi barədə ifadəsinə hüquqi qiymət verərək hesab edirki, İddiaçı oğlu İ.Alməmmədovun döyüşlərdə olan zaman ona zəng vuraraq kimə borclu olmasını bildirməsi barədə ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul edilən hesab edir. Belə ki, həmin hal məhkəmə araşdırılması zamanı İddiaçı tərəfindən şahid kimi dindirilən şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, şahid ifadələri ilə müəyyən olunur ki, mərhum İ.Alməmmədov atası İddiaçı borclu olduğu şəxslərə borcunu ödəməsini istəybdir və həmin borcları İddiaçı da ödəyibdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid1 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, Babək rayonu, Vayxır kəndində dükan işlədir, İddiaçı ilə bir kənddə yaşayır, onun dükanından alış veriş etdiyi üçün oradan İddiaçı tanıyır, İddiaçı rəhmətlik oğlu Alməmmədov İman ondan nisyə alış-veriş edibdir, maaşını alan kimi də gətirib veribdir, sonuncu dəfə 2020-ci ilin sentyabr ayında borcunu verəcək idi, lakin müharibə başladı, İman şəhid oldu, onun borcunu atası İddiaçı gətirib veribdir, şəhid İ.Alməmmədovun ona 187 manat borcu olubdur, həmin borcun hamısını şəhidin atası İddiaçı ödəyibdir, həmin pulu o, İddiaçı istəməyibdir, İddiaçı özü o pulu gətirib ödəyibdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid3 ifadəsində bildrdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, Babək rayonu, Vayxır kəndində yaşayır, İddiaçı ilə qonşudurlar, şəhid İ.Alməmmədovun ona 45 manat borcu olubdur, O şəxsi maşını ilə İ.Alməmmədovu işə aparıb gətiribdir, həmin borc da ordan yaranıbdır, 2020-ci ilin oktyabr ayında mərhum İ.Alməmmədovun atası İddiaçı ona “İman zəng vurub mənə dedi ki, Aqilə 45 manat borcum var onu ödə” deyibdir, İddiaçı da o pulu ona ödəyibdir, həmin pulu o İddiaçı istəməyibdir, İddiaçı özü o pulu gətirib veribdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid2 ifadəsində bildrdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O, İddiaçı ilə qonşudurlar, onun özünün minik avtomobili vardır, onun maşını ilə İ.Alməmmədov gedib-gəlibdir, buna görə ona borcu qalmışdı, mərhumun çox borcu olmurdu ona, mərhum maaşını alıb gətirib borcunu ödəyirdi, mərhum İ.Alməmmədovun 63 manat borcu olubdur ona, mərhumun atası İddiaçı oğlunun ona zəng edib borcu olduğunu və həmin borcunu ğdəməsi istəyibdir, İddiaçı da gəlib 63 manat pulu ona veribdir, həmin pulu o İddiaçı istəməyibdir, İddiaçı özü o pulu gətirib veribdir. Yuxarıda qeyd edilən şahid ifadələri təhlil edildikdə dindirilən şahidlərin məhkəməyə verdiyi ifadəsində həqiqətəndə mərhum İ.Alməmmədovun borclu olduğu şəxslərin atası T.Məmmədova bildirməsi və bundan sonra mərhumun atası T.Alməmədovun mərhum İ.Alməmmədovun borclu olduğu şəxslərə borcunun qaytarılması öz təsdiqi tapmışdır. Lakin Cavabdeh etirazının əsası kimi istinad etdiyi hal kimi mərhum İ.Alməmmədovun 4000 manat borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, istər iddiaçı, istərsə də cavabdeh tərəfindən dəvət olunan şahid ifadələri ilə mərhumun 4000 manat borcunun olması öz təsdiqini tapmamışdır. Halbuki, Cavabdeh məhkəməyə verdiyi ifadəsində mərhum İ.Alməmmədovun borcunun olmasını ona bildirmiş, bu səbəbdən də ondan bankdan kredit götürülməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəməyə verdiyi ifadələrini şübhə altına digər hal isə, cavabdehin məhkəmə araşdırması zamanı iddia tələbinə münasibət bildirərək mərhum İ.Alməmmədovun şəhid olandan sonra onun kreditinin dövlət tərəfindən silindiyini, sonra İmanın atasının həmin pulu ondan istədiyini, onların ona “şəhidin sığorta pulunu vermirlər deyirlər ki, kredit borcu silinib ona görə ona sığorta ödənilməyəcək” dediklərini, o da sığortanın verilməcəyi üçün kredit pulunu ödəyəcəyini dediyini, lakin sonra sığorta pulunun ödənildiyini eşitdiyini, o da öz üstünə düşəni verəcəyəni, daha sonra isə mərhumun əmisinin ona bankdan götürdükləri pulun silindiyi üçün sığortanın verilməyəcəyini deməsini, o da şəhidin ruhu şad olsun deyə 8000 manatı ödəyəcəyini deməsinin göstərməsidir. Cavabdeh ifadəsini təhlil edildikdə dindirilən cavabdehin məhkəməyə verdiyi ifadəsində mərhumun əmisinin ona bankdan götürdükləri pulun silindiyi üçün sığortanın verilməyəcəyini deməsi, o da şəhidin ruhu şad olsun deyə 8000 manatı ödəyəcəyini deməsi öz təsdiqi tapmamışdır. Cavabdeh iddiaçı tərəfin ona mərhum İ.Alməmmədovun banka olan borcunun silindiyi üçün, sığortanın verilməyəcəyi mərhumun əmisinin ona deməsindən sonra şəhidin ruhu şad olsun deyə 8000 manat banka olan borcun onun tərəfindən ödəyəcəyi barədə ifadəsini inandırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, Cavabdeh mərhum İ.Alməmmədovun əmisinin ona bankdan götürdükləri pulun silindiyi üçün sığortanın verilməyəcəyini bildirsə də, məhkəmədə şahid kimi dindirilən X3 ifadəsində göstərmişdir ki, mərhum İ.Alməmmədovun qırx mərasimindən sonra Cavabdeh onu çağırıb bacısının evinə, Cavabdeh bacısı evində cavabdeh ilə onun arasında pul barədə söhbət olubdur, o Cavabdeh şəhidə nə qədər borcu olduğunu soruşub, cavabdeh isə ona 8000 manat borcunun olduğunu, hal-hazırda qaytarmağa imkanının olmadığını deyibdir, o isə cavabdehə “eybi yoxdur 4000 manatını ilin ortasında, 4000 manatı isə ilin axırında verərsən” deyibdir, onlarda razılaşıblar, hətta balaca qardaşı Eyvazı, X11 ilə birlikdə Babək rayonu, Vayxır kəndinə qardaşı Tarverdinin evinə göndəribdir və onlara “Tarverdiyə deyin razılaşsın qohumçuluğa görə 2000 manatı keçsin qalan borcun yarısını ilin ortasında, yarısın da ilin sonunda qaytarsınlar” deyibdir, İddiaçı da onlara borcun 8000 manat deyil 13500 manat olduğunu deyibdir, bu söhbətdən hardasa bir, bir ay yarım keçdikdən sonra, o Vayxır kəndinə kərpic aparıbdır, kənddən qayıdan zaman qardaşı Tarverdi ona zəng edib Vayxır kəndinə qayıtmağını istəyibdir, o da qardaşı Eyvazla kəndə qayıdıb, həmin vaxt qardaşının evində Zamin, atası Telman və bacısı Turac və əlavə tanımadığı iki nəfər şəxs də olubdur, sonradan həmin şəxslərdən birini Orxan adlı şəxs olduğunu, bankdan götürdükləri puldan 5140 manatının həmin şəxsə verildiyini bilibdir, həmin vaxt Zaminin atası Telman ona “Zamin sizi aldadıbdır, İmanın verdiyi pul 8000 manat yox, 13500 manat olubdur” deyibdir, o da “eybi yoxdur, gedib notariusda 13500 manat borcunun olması barədə sənəd verər” deyibdir, Zamin də ona sabah çıxışda olduğunu biri gün verəcəyini bildiribdir, bundan sonra o Zamini, atasını və bacısını öz maşını ilə evlərinə aparıbdır, bundan iki-üç gün keçdikdən sonra o, Cavabdeh zəng vuraraq “gəl notariusda borcunun olması barədə sənəd ver” deyibdir, Cavabdeh da ona “ mənim İmana 8000 manat yox 4000 manat borcum vardır” deyibdir, əlavə olaraq şahid N.Alməmmədov sualları cavablandıran zaman bildiribdir ki, Cavabdeh ilə onun bacısı evində söhbət zamanı Cavabdeh özü ona İ.Alməmmədova 8000 manat borcunun olduğunu deyibdir, Cavabdeh ona “4000 manat borcum var, sığorta pulunu verməsələr mən verərəm, şəhidin ruhu şad olsun” deməyibdir, o Cavabdeh mərhumun banka kredit borcunun olduğu üçün kompensasiya verilməsinin banka olan borcunun həll edildikdən sonra veriləcəyini deyibdir, onlar arasında İmanın da borcunu Cavabdeh tərəfindən ödəməsi barədə heç bir söhbət olmayıbdır. Həmçinin digər şahid X12 ifadəsində hardasa mərhumun qırx mərasimindən bir müddət sonra, o İddiaçı evində olan zaman evə Cavabdeh, onun atası Telman və bir nəfərdə qadın gəldiyini, onlardan əlavə iki nəfər tanımadığı kişinin də gəldiyini, həmin vaxt Telman ilə Tarverdinin söhbət etdiklərini, hardasa 5-10 dəqiqə sonra Nurəddinin də gəldiyini, sonra pul haqqında danışdıqlarını, söhbət zamanı Tarverdinin Zaminin atası Telmana “mənim oğlum götürdüyü pulu verib sənin oğluna” dediyini, həmin vaxt hardasa 13500 manat puldan söhbət getdiyini, Telmanın da Tarverdiyə “mənim oğlum pulu alıbdır məndə ödəyəcəyəm” dediyini, bundan sonra Cavabdeh “o pulun hamısını mən almamışam” dediyini, Zaminlə gələn iki nəfərdən birinin “5000 manat pul məndədir, qalanı Zamindədir, biz 5000 manatı ödəyəcəyik” dediyini, Cavabdeh isə qalan pulu ödəyəcəyini dediyini göstərmişdir. Yuxarıda qeyd edilən şahid ifadələri təhlil edildikdə dindirilən şahidlərin məhkəməyə verdiyi ifadəsində Cavabdeh etirazının əsası kimi istinad etdiyi hal kimi mərhumun əmisinin ona bankdan götürdükləri pulun silindiyi üçün sığortanın verilməyəcəyini deməsi, o da şəhidin ruhu şad olsun deyə 8000 manatı ödəyəcəyini deməsi öz təsdiqi tapmamışdır. Belə ki, istər şahid N.Almməmmədov, istərsə də N.Həsənovun məhkəməyə verdikləri ifadələri ilə Cavabdeh 8000 manat borclu olması öz təsdiqini tapmışdır. İşin faktiki halları məhkəmə araşdırması zamanı yuxarıda tədqiq edilənlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə zamanı birinci növbə vərəsə sayılırlar. Həmin məcəllənin 1254-cü maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı Cavabdeh qarşı iddia tələbində 8000 (səkkiz min) manat tələb etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı Cavabdeh ona 8000 manat borcunun olmasını bildirsə də, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mərhum İ.Alməmmədov tərəfindən "xxxx" ASC-dən götürülən kredit üzrə 482 manat ödəniş edilmiş, həmin ödənişin 297 manatı isə cavabdeh tərəfindən edilibdir, bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya geri ödəməli olduğu qalıq məbləğ (8000-297) 7703 manat həddində məsuliyyət daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 7703 (yeddi min yeddi yüz üç) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməli, iddia tələbi qalmış hissədə rədd olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrində 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Həmin Məcəllənin 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şahbuz rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 001626 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdrir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə uyğun olaraq belə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (7703-1000=6703*1%=67+30)=97 (doxsan yeddi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İş üzrə Cavabdeh 7.703 (yeddi min yeddi yüz üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 97 (doxsan yeddi) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirillsin. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-13/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-13/2022
25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver