Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-138/2021 15.12.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 və **********38 reyestr nömrəli çıxarışları ilə onunla Cavabdeh ½ payla mülkiyyətinə verilmiş Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 və 0.2831 hektar torpaq sahələri, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********40-10301 reyestr nömrəli çıxarışı ilə Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.0509 hektar torpaq sahəsi və ümumi sahəsi 72.12 kvadrat metr olan yaşayış evindən ibarət olan daşınmaz əmlakların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddia tələbinin azaldılması barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, iddiaçının iddia tələbinin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə İddiaçı Cavabdeh qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********38 reyestr nömrəli çıxarışı ilə onunla Cavabdeh ½ payla mülkiyyətinə verilmiş Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.2831 hektar torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********40-10301 reyestr nömrəli çıxarışı ilə Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.0509 hektar torpaq sahəsi və ümumi sahəsi 72.12 kvadrat metr olan yaşayış evindən ibarət olan daşınmaz əmlakların naturada ayrılması tələbi çərçivəsində baxılmışdır. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirdi ki, həyat yoldaşı X4 ilə 05 fevral 1985-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, onların birgə nikahlarından dörd övladı vardır, mərhum qayınatası X1 Şahbuz rayonu, Keçili kəndində yerləşən torpaq sahələri və mənzil yoldaşı B.Əsgərov və mərhumun qızı Cavabdeh tərəfindən miras olaraq qəbul edilibdir, həyat yoldaşı X4 24 aprel 2020-ci ildə vəfat edibdir, ondan qalmış miras əmlaklar vərəsələrini miras olaraq o və uşaqları qəbul ediblər, bundan sonra uşaqları onlara çatan miras əmlakı onun onun adına sənədləşdirdikdən sonra, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin çıxarışlarına əsasən Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 və 0.2831 hektar torpaq sahələri, eyni zamanda 0.0509 hektar torpaq sahəsi və ümumi sahəsi 72.12 kvadrat metr olan daşınmaz əmlaklar ½ payla onunla Cavabdeh mülkiyyətinə verilibdir. O özünə aid torpaq sahələrini və mənzildən ibarət olan daşınmaz əmlakların naturada ayrılmasını istəsə də, Cavabdeh torpaq sahələrinin və evin bölünməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon şöbəsinə müxtəlif bəhanələr göstərərək gəlməkdən imtina etdiyindən, o məcbur qalıb məhkəməyə müraciət edibdir. Sonda iddiaçı göstərilənləri nəzərə alınaraq Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.2831 hektar torpaq sahəsi və 0.0509 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 72.12 kvadrat metr olan yaşayış evindən ibarət olan daşınmaz əmlakların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, ekspertizanın verdiyi rəydə göstərilən bölgü ilə o razılaşır və bu barədə o məhkəməyə ərizə də təqdim edibdir. Məhkəmənin 01 dekabr 2021-ci il tarixində keçirilən iclasında ekspert qismində iştirak edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 izahatında bildirdi ki, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 244 saylı rəyi məhkəməyə təqdim edilibdir, həmin rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq mübahisəli torpaq sahələri və fərdi yaşayış evinin naturada bölgüsü texniki cəhətdən mümkündür, o cümlədən Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə olan payının naturada ayrılması texniki cəhətdən mümkündür. Lakin rəyin tədqiqat hissəsində göstərildiyi kimi həmin torpaq sahəsinin müəyyən hissəsindən sərhəd hasarları vasitəsi ilə tərəflərin ½ hissəsinin payının ayrılması zamanı bu ayrılan sahəsinin üzərində gələcəkdə hər hansı yaşayış və digər təyinatlı tikililərin qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə müvafiq olaraq inşa olunması texniki cəhətdən mümkün olmayacaqdır. Bu səbəbdən də ekspert rəyində həmin torpaq sahəsinin İddiaçı ½ hissədə olan payının naturada ayrılması texniki cəhətdən məqsədə müvafiq hesab olunmadığı göstərilibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********39 reyestr nömrəli çıxarış ilə müəyyən olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.1011 ha torpaq sahəsi ½ hissə pay ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20/6 nömrəli reyestr kitabının 1066 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********38 reyestr nömrəli çıxarış ilə müəyyən olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.2831 ha torpaq sahəsi ½ hissə pay ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20/6 nömrəli reyestr kitabının 1065 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********40-10301 reyestr nömrəli çıxarış ilə müəyyən olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.0509 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 72.12 kv.m fərdi yaşayış evi ½ hissə ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22/3 nömrəli reyestr kitabının 541 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 244 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətlərinə verilmiş Şahbuz Rayonu, Keçili kəndində yerləşən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********38 reyestr nömrəli çıxarışı ilə 0.2831 hektar torpaq sahəsi, eyni zamanda Şahbuz rayonu, Keçili kəndində yerləşən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********40-10301 reyestr nömrəli çıxarışı ilə 0.0509 hektar torpaq sahəsi və üzərindəki ümumi sahəsi 72.12 kvadrat metr olan yaşayış evinin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh 1/2 (ikidə bir) hissədə təcrid olunmuş qaydada ayrılaraq verilməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara, iddiaçının izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.2.-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə, məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflərə ümumi mülkiyyət hüququ ilə mənsub olan daşınmaz əmlaklarda İddiaçı 1/2 hissə də payı müəyyən edilməklə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, tərəflər arasında ümumi əmlakların bölünməsi və ya ayrılması barədə razılıq olmadığından, İddiaçı payının naturada ayrılması məhkəmə qaydasında aparılmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********38 və **********40-10301 reyestr nömrəli çıxarışlarla təsdiq olunur ki, Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.2831 hektar torpaq sahələri, eyni zamanda 0.0509 hektar torpaq sahəsi və ümumi sahəsi 72.12 kvadrat metr olan daşınmaz əmlaklar ½ hissədə paylar müəyyən olunmaqla İddiaçı və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iş üzrə tərəflərin ümumi paylı mülkiyyəti sayılır. Tərəflər arasında ümumi əmlakların bölünməsi və ya ayrılması barədə razılıq olmadığından məhkəmə hesab edir ki, bölgü Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 244 saylı rəyinin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq aşağıda göstərilən qayda aparılmalıdır:
1. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********38 reyestr nömrəli çıxarış ilə qeydə alınmış Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.2831 ha torpaq sahəsindən 1.415,5 kv.m torpaq sahəsi;
2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********40-10301 reyestr nömrəli çıxarış qeydə alınmış Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.0509 ha torpaq sahəsindən 183.92 kv.m həyətyanı torpaq sahəsi, eyni zamanda həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 72.12 kv.m fərdi yaşayış evindən 36.06 kv.m (yaşayış sahəsi 20.16 kv.m və yardımçı sahə 15.75 kv.m) sahə naturada ayrılıb İddiaçı mülkiyyətində saxlanılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin iddiaçı S.X2 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 244 saylı rəyində göstərilən qaydada əmlakların bölünməsinə etirazının olmaması barədə ərizəsini də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********38 reyestr nömrəli çıxarış ilə qeydə alınmış Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.2831 ha torpaq sahəsindən 1.415,5 kv.m torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin **********40-10301 reyestr nömrəli çıxarış qeydə alınmış Şahbuz rayonu, Keçili kəndində yerləşən 0.0509 ha torpaq sahəsindən 183.92 kv.m həyətyanı torpaq sahəsi, eyni zamanda həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 72.12 kv.m fərdi yaşayış evindən 36.06 kv.m (yaşayış sahəsi 20.16 kv.m və yardımçı sahə 15.75 kv.m) sahə naturada ayrılaraq İddiaçı mülkiyyətində saxlanılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.