Məhkəmə qərarları › İş №2(090)-159/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-159/2023

16.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-159/2023 16.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların müəyyən olunması” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1 və İddiaçı2 ilə oğulları Cavabdeh Şahbuz rayonu, Kükü kəndində verilmiş 0.012 ha və 0.169.3 ha həyətyanı torpaq sahələri və üzərində yerləşən 127.5 kv.m evdən paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Şahbuz Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli məhkəmə iclasının qərarı ilə X8 və X4 mübahisə predmeti barəsində cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində İddiaçı1 Sətdar oğlu ilə İddiaçı2 ailə qurmuşlar, onların həmin nikahdan 3 nəfər övladı doğulub, onlar ailə qurandan sonra Şahbuz rayonu, Kükü kəndində torpaq sahəsi alıb, ev inşa ediblər, lakin Şahbuz rayonunda torpaq islahatı aparılan vaxt Aqrar İslahat Komissiyasının qərarı ilə həmin torpaq sahəsində onlarla bərabər birgə mülkiyyət olaraq 3 nəfər övladları da verilmiş, onlar həmin evi 18 aprel 2023-cü il tarixdə ********** nömrəli qeydiyyat və **********0-10301 reyestr o cümlədən də torpaq sahəsini 07 aprel 2023-cü il tarixdə ********** qeydiyyat və **********60 reyestr nömrələrlə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib çıxarışlar almışlar, oğlu X8 və qızı X4 ailə qurub öz evlərində, digər oğlu Cavabdeh ailə qurub, onlarla birlikdə yaşayır, onları öz mülkiyyətlərində rahat yaşamağa imkan vermir, evdə yerli-yersiz mübahisə yaradır, bir valideyn kimi onlara hörmət qoymur, bu kimi səbəbdən də onların bir evdə yaşamaqlarının mümkün olmadığını göstərmişlər. Məhkəmə iclası zamanı izahat verən iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq müstəqil tələb irəli sürməyən cavabdehin qardaşı Cavabdeh məhkəmədən kənar işin həlli üçün Cavabdeh 30000 manat pul təklif etdiyini, ilk olaraq cavabdehin onunla razılaşdığını sonradan isə fikrinin dəyişdiyini, tərəflər arasında razılığın əldə olunmadığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən təmsil edilmişdilər. Bu səbəbdən də mülki işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, onlar ailədə üç uşaq olublar, qardaşı 20 il, bacısı isə 18 il bundan əvvəl ailə qurub evdən gediblər, ata evində o, ailəsi ilə birlikdə yaşayır, ailəlidir, iki övladı vardır, iki övladı xəstədir, onun köçüb başqa yerdə yaşamağa imkanı yoxdur, bu illər ərzində onların heç bir problemi olmayıbdır, işlərin bu yerə gəlib çatmasına günahkar bacısıdır, atası neçə ildir Bakı şəhərində yaşayır, anası isə son zamanlar yaşamaq üçün Bakı şəhərinə gedibdir, ona düşən payın ədalətli şəkildə bölünməsini xahiş edir. Əlavə olaraq Cavabdeh bildirdi ki, onlar arasında payların müəyyən olunması barədə razılaşma yoxdur, qardaşı Cavabdeh ona payından imtina etməsi üçün ilk olaraq 30000 manat təklif etsə də sonradan 25000 manat təklif edibdir və iki aydan sonra həyəti boşaltmasını istəyibdir, o isə gələn ilin avqust ayında çıxacağı bildiribdir, buna görə də onlar razılığa gələ bilməyiblər, qanunla onun payına düşən əmlakın ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada mübahisə predmeti barəsində cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X2 məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə X8 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, İddiaçı1 Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, İddiaçı2 Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, Babayev X7 rayonu, Kükü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarışla” müəyyən olunur ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh, X4 və X5 paylı mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 20/8 nömrəli reyestr kitabın 1491 nömrəli vərəqində qeydiyyata alınması müəyyən olunur. İş materiallarına əlavə olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarışla” müəyyən olunur ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh, X4 və X5 paylı mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 20/5 nömrəli reyestr kitabın 835 nömrəli vərəqində qeydiyyata alınması müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə aşağıdakılara görə iddianın təmin olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı ümumi mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında payların müəyyən olunması barədə razılaşma olması müəyyən edilməmişdir. İş materiallarından da göründüyü kimi Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha və 0.1693 torpaq sahələri və 127.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, Cavabdeh, X4 və X5 paylı mülkiyyətinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahələri və fərdi yaşayış evi paylı mülkiyyətdə və mülkiyyətçilərin payları bərabər olduğundan Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsi və 0.1693 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, Cavabdeh, X4 və X5 hər birinin payı 1/5 müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. “İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsi və 0.1693 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2 və Cavabdeh payı 1/5 müəyyən olunmalı, iddia ərizəsi verilən zaman ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 20/8 nömrəli reyestr kitabının 1491 nömrəli vərəqində qeydiyyata alınmış Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsinə, eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 20/5 nömrəli reyestr kitabının 835 nömrəli vərəqində qeydiyyata alınmış Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin payı 1/5 müəyyən olunsun. İddia ərizəsi verilən zaman ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar