Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-16/2025 08.01.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12200 (on iki min iki yüz) manat borc məbləğinin, ödəmiş olduğum vəkil xərcinə görə 300 (üç yüz) manat və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun, ümumilikdə 12627 (on iki min altı yüz iyirmi yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birlikdə X4 Diviziyasında işləmişəm. Hər ikimiz X3 ilə dostluq edirdik. 2022-ci ilin ortalarında, bir gün Nadir mənə dedi ki. Zəkanın atası əməliyyat olunmalıdır, ona 25000 manat pul lazımdır. Sən Zəkaya pul verə bilərsən, özü sənə deməyə utanır. Bilir ki sən traktorunu, qaz 53 markalı yük maşınını satmısan pulun vardır. Həqiqətən də biz dostluq etdiyimizdən, həmçinin iş yoldaşı olduğundan mən onlara traktorumu və yük maşınımı satdığımı bildirmişdim. Bu səbəbdən də mən Zəkaya pulum yoxdur deyə bilmədim. Nadirlə aramızda keçən bu söhbətdən bir neçə gün sonra Nadir və Zəka mənə zəng edib məni olduqları yerə çağırdılar. Orada Zəka mənə bildirdi ki. Nadir sənə deyib, atamı əməliyyat elətdirməliyəm, mənə 25000 manat pul lazımdı, həmin pulu mənə verəsən. Zakir mənə dedi ki, narahat olmayım Naxçıvan şəhərində evi var, satışa qoyubdur, satılan kimi, uzağı iki aya pulunu geri qaytaracağam. Mən, onu tanıdığımdan, aramızda yaxşı münasibət olduğundan, iş yoldaşım olduğundan və Nadirlə də yaxın dost olduğundan ona inanıb, etibar edib ilk olaraq 15000 manat pul verdim. Məndən istədiyi qalan 10000 manat pulu isə bir həftə sonra satdığım traktorun pulu mənə verildikdən dərhal sonra Nadirin yanında Zəkaya verdim. Həmin vaxt Zəka mənə söz verdi ki, ən geci iki aya evim satılsın, satılan kimi sənin 25000 manat pulunu özünə geri qaytaracağam. Məndə öncədən Zakirin Naxçıvan şəhərində evi olduğunu bildiyimdən bir daha əmin oldum ki, evi qısa zamanda satıb pulum özümə qaytarar. Lakin pulu Zəkaya verdikdən bir neçə aylar keçsə də o, pulumu özümə qaytarmadı. Dəfələrlə pulumu qaytarmasını xahiş etsəm də, heç bir nəticə vermədi. Mən çarəsiz qalıb Aeroportda işləyən atası Cahangirə bu barədə məlumat verdim. Atası bildirdi ki, Zəka sənə yalan danışıb, mən əməliyyat olunmamışam və mən, heç nə edə bilmərəm. Bir neçə müddət sonra Nadir və mən Zəkanın atası ilə yenə görüşdük, vəziyyəti ona bir daha izah etdik. Atası bizim yanımızda Zəkanı yanına çağırdı və Zəka onun yanında mənə 25000 manat borclu olduğunu etiraf etdi. Bizim birlikdə görüşümüzdən bir həftə sonra atası Cahangir Zəkanın mənə olan 25000 manat borcundan 13000 manatını mənə geri qaytarıb verdi. Zəka məna bildirdi ki, qalan pula görə gedək notariusda borc müqaviləsi bağlayaq, mən yerdə qalan pulu sənə müqavilədə razılaşdığımız zamana kimi özünə qaytaracağam. Biz xx.xx.2024-cü il tarixdə aramızda borc müqaviləsi bağladıq və 12200 manat pulu cavabdeh mənə xx.xx.2024-cü il tarixdə mənə geri qaytarmağı öhdəsinə götürdü. Göstərilən tarixdə Zəka və atası pulu geri verə bilmədiklərini, onlara əlavə zaman verməklərini məndən xahiş etdilər. Yenə çarəsiz qalıb xx.xx.2024-cü il tarixdə borc müqaviləsinə düzəliş edərək müqavilənin müddətini xx.xx.2024-cü ilədək uzatdıq. Hazırda cavabdeh yenə mənə borclu olduğu 12200 manat pulu mənə geri qaytarıb vermir və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmaqdadır. Cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Həmçinin mən bu mülki mübahisə ilə bağlı 300 (üç yüz) manat ödəniş edib vəkil tutaraq, vəkildən hüquqi yardım alıram. Həmin pulun da cavabdehdən alınıb mənə qaytarılmasını da istəyirəm. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında İddiaçı ilə Cavabdeh ilə birlikdə X4 Diviziyasında işlədiyini, hər ikisinin X2 tanıdıqlarını, 2022-ci ilin ortalarında, bir gün Nadirin iddiaçıya Zəkanın atasının əməliyyat olunacağını, ona 25000 manat pul lazım olduğunu, iddiaçının Zəkaya pul veməsini istədiyini, iddiaçının həmin zaman traktorunu və “qaz 53” markalı yük maşınını satdığını və pulu olduğunu, Zakirin iddiaçıya narahat olmamağını Naxçıvan şəhərində evini satışa qoyuduğunu, satılan kimi, uzağı iki aya pulunu geri qaytaracağını, iddiaçının iş yoldaşı və dost olduqları üçün Zəkaya inandığını və etibar edib ilk olaraq 15000 manat pul verdiyini, sonra 10000 manat pul verdiyini, həmin vaxt Zəkanın ona “ən geci iki aya ev satılsın, satılan kimi sənin 25000 manat pulunu özünə geri qaytaracağam” dediyini, lakin pulu Zəkaya verdikdən bir neçə ay keçsə də pulu qaytarmadığını, iddiaçının dəfələrlə pulu qaytarmasını xahiş etdiyini, lakin heç bir nəticə vermədiyini, cavabdehin borcun 13000 manatını geri qaytardığını, Zəkanın iddiaçıya qalan pula görə notariusda borc müqaviləsi bağlamalarını bildirdiyini, qalan pulu müqavilədə razılaşacaqları zamana kimi iddiaçıya qaytaracağını, xx.xx.2024-cü il tarixdə aralarında borc müqaviləsi bağlandığını və 12200 manat pulu cavabdehin xx.xx.2024-cü il tarixdə geri qaytarmağı öhdəsinə götürdüyünü, göstərilən tarixdə Zəkanın pulu geri verə bilmədiyini, ona əlavə zaman verilməsini iddiaçıdan xahiş ediyini, xx.xx.2024-cü il tarixdə borc müqaviləsinə düzəliş edərək müqavilənin müddətini xx.xx.2024-cü ilədək uzatdıqlarını, hazırda cavabdehin borclu olduğu 12200 manat pulu qaytarıb vermədiyini və borcunu ödəməkdən yayındığını, bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmək qərarına gəldiyini, iddianın təmin edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həqiqətən də iddiaçıya 12000 manat borclu olduğunu, bununla bağlı natariusda müqavilə bağladıqlarını, daha sonra isə müqavilənin müddətinin uzadılması ilə bağlı düzəliş etdiklərini iddianın təmin edilməsinə etirazının olmadığını, lakin pulu birdəfəyə ödəmək imkanın olmadığını bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli müqavilədən İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq edilmiş borc müqaviləsinin bağlanmış olması, borcalana şəxs tərəfindən xx.xx.2024-cü il tarixədək faizsiz olaraq borcun verilməsi barədə razılıq əldə olunması; - xx.xx.2024-cü il tarixli müqavilədən İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq edilmiş müqavilənin predmeti ilə bağlı müqaviləyə düzəliş müqaviləsindən tərəflərin arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-224 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinin 2-ci bəndində qeyd edilən xx.xx.2024-cü il tarixinin xx.xx.2024cü il tarixi kimi oxunması barədə razılığa gəlinmiş olması aydın olur. Məhkəmə iddiaçının cavabdehdən İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 12200 (on iki min iki yüz) manat əsas borcun tutulması ilə bağlı işin mübahisəli halını nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin qanuni əsasını təşkil edən kredit müqaviləsinin anlayışına aydınlıq gətirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinə əsasən "Borc verən" "Borc alana" 12200 manat 00 qəpik (on iki min iki yüz manat sıfır qəpik) məbləğində pul borc verir. - müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" krediti xx.xx.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. - müqavilənin 3-cü bəndinə əsasən Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - müqavilənin 9-cu bəndinə əsasən Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 12200 (on iki min iki yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat miqdarında dövlət rüsumu və iddiaçı tərəfindən 300 (üç yüz) manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 12200 (on iki min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat miqdarında dövlət rüsumu və iddiaçı tərəfindən 300 (üç yüz) manat vəkil xərci Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: D.Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-16/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-16/2025
08.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver