Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-164/2021 06.09.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini Şahbuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara olan 5600 (beş min altı yüz) manat borc pulun, 1500 (bir min beş yüz) manat əlavə borc pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 7130 (yeddi min yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “06” sentyabr 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən öz ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən X1 filialına “27” avqust 2021-ci il tarixdə TT**********58630 nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X1 filialına “27” avqust 2021-ci il tarixdə TT**********58630 nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-164/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-164/2021
06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver