Məhkəmə qərarları › İş №2(090)-171/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-171/2021

15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-171/2021 15.12.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 2736 (iki min yeddi yüz otuz altı) manat borcunu və 30 (otuz) manat dövlət rüsumunu, ümumilikdə 2766 (iki min yeddi yüz altmış altı) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək bildirdi ki, Cavabdeh onun keçmiş kürəkənidir, hələ cavabdeh onun qızı ilə evli olduqları vaxt, yəni 15 fevral 2020-ci il tarixdə, cavabdehin ona qələmə ağaclarının lazım olduğunu deyib, ona 38 ədəd qələmə ağaclarını kəsib satacağını və pulunu verəcəyini deyibdir, Cavabdeh həmin vaxt onun kürəkəni olduğu üçün ona inanıb və həyətində becərdiyi 38 ədəd qələmə ağaclarını kəsib cavabdehə veribdir, bu hadisə olanda qonşusu Bəşir və kamaz şoferi də orada olubdur, cavabdeh onun həyətindən istifadəyə yararlı, yəni düz düyünsüz qələmə ağacların kəsdirib aparıb, hansı ki, o materialı taxta çəkmək, reyka və başqa tikinti materialı kimi istifadə etmək olur. 38 ədəd 6 metrlik qələmə ağaclarını yığdırıb maşına, həmin qələmələrdən bir ədəd kəsiləni, eləsi də olubdur bir qələmədən iki ədəd kəsilib götürülübdür. Yəni qələmənin uzunluğuna görə 6 metrlik, yada 12 metrliyi bir dəfə kəsib iki 6 metrlik götürüblər. Qələmələri kamaz markalı maşına yükləyib Babək rayonu, Zeynəddin kəndində yerləşən taxta-şalban çəkilən sexə aparıblar. Qələmələri aparan zaman cavabdeh ona “pulu nədir mən sənə ödəyəcəm, sənə borclu qalmayacam” deyibdir, o da “qonşular da kəsib satıbdır, qələmənin yararlı sahəsi 6 manat, yararsız sahəsi 5 manatdır” deyibdir. Onun Zamiqə verdiyi qələmələrin hamısı yararlı olubdur, cavabdeh hardasa 40-50 metr qələmə aparıbdır. Cavabdeh qələmə ağaclarını aparatda çəkdirib material şəklində, yəni reyka, strapil və taxta şəklində yığıb öz evinə, lakin ona borclu olduğu 2736 manat pulunu hələ də qaytarmır, o da məcbur qalıb məhkəməyə müraciət edibdir. Əlavə olaraq İddiaçı bildirdi ki, sonuncu məhkəmə baxışında razılığa əsasən cavabdehin həyətində olan taxtalara baxmaq üçün o, 08 dekabr 2021-ci il tarixdə cavabdehə məxsus həyətdə olan taxta olan yerə gedib baxıbdır, taxtalara baxan zaman yaxşı taxtaların seçilib götürüldüyünü, pislərinin qaldığın görübdür, ona həmin vaxt zəng gəldiyi üçün o məcbur olub Şahbuz rayonuna qayıdıbdır, səhərisi gün qızı Vüsalə ilə taxtalara baxıblar, Vüsalə xanım taxtaların seçilib götürüldüyünü ona deyibdir, bu səbəbdən o cavabdehin dediyi taxtaları götürməyibdir, sonda İddiaçı məhkəmədən qeyd edilənləri nəzərə alaraq cavabdehə verdiyi 35 ədəd qələmə ağaclarının pulunun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdeh onun keçmiş kürəkəni olubdur, o cavabdehə inanıb həmin qələmələri veribdir, o həmin qələmələri cavabdehə satıbdır, satıb qazanc əldə etmək istəyibdir, qələmələrin kəsilməsinin, daşınmasının xərclərini Cavabdeh özü ödüyübdür, qabaqcadan xərclər barədə razılıq olmayıbdır, çəkillən xərclərin ona olan borcundan çıxılmasına etiraz etmir, cavabdeh ilə konkret olaraq qələmələrin metrəsi və qiyməti barədə danışıb razılaşmayıblar, sadəcə cavabdehə qonşuların qələmələrin yararlı sahəsini 6 manatdan, yararsız sahəsini isə 5 manatdan satdıqlarını deyibdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, Nurəli onun keçmiş qayınatası olub, münasibətləri çox yaxşı olubdur, dəfələrlə ondan borc pul alıb bəzən qaytarıb, bəzən də bir hissəsini qaytarmayıb, maşın alanda ondan borc pul alıb 200 manatını qaytarmayıb, oğlu tutulanda borc pul götürüb 200 manat o puldan borclu qalıb. Qələmə məsələsində isə iddiaçının ona “qələmələri verəcəm hərbçilərə odun şəklində istifadə etsinlər, cəviz ağaclarına maneəçilik edir, ona görə kəsdirmək istəyirəm” deyibdir, qızı Vüsalə xanım da ona “atam qələmə ağaclarını kəsdirmək istəyir, kəsdirmək imkanın varsa, get kəsdir gətir evin tikintisində istifadə edək”. Bundan sonra qələmələri Bəşir adlı şəxs gəlib kəsib 30 manat da ona veribdir, sonra Vurğun ilə aparıblar Babək rayonu, Zeynəddin kəndinə ona 280 manat pul veribdir, 580 manatı isə Şirzada yəni, taxta sexinə pul veribdir, 300 manat da fəhlələrə veribdir. İddiaçı həmin qələmələri qızı Vüsalə xanıma pay veribdir, sonra o Vüsalə xanımla mədəni şəkildə ayrılıblar, aralarındakı razılığa əsasən o Vüsalə xanıma istədiyi yerdən ev alıb verib, Vüsalə xanım da birgə nikah dövründə alınan əmlakdan imtina edibdir, onlara məxsus olan üzərində tikili olan torpaq sahəsi onda qalıbdır. Əlavə olaraq Cavabdeh bildirdi ki, iddiaçı dediyi kimi onun həyətində olan taxtalar seçilməyibdir, həmin taxtalar necədir elə həyətində durur, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, iddiaçı həmin qələmə ağaclarını qızı Vüsalə Xanıma evlərinin tikintisində istifadə etmək üçün pay veribdir, bu barədə Vüsalə xanım notariat qaydada ərizə də veribdir, həmin ərizəni o məhkəməyə təqdim edibdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatları ilə məlum olur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 2736 manat əsas borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin məhkəmədə verdiyi izahatları ilə müəyyən olunur ki, iddiaçı N. Ağəliyev Cavabdeh onunla qızı V.Hümbətovanın birgə nikah olan zaman mübahisəli qələmə ağaclarının verilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən irəli sürülən tələblə bağlı işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı iddia tələbində Cavabdeh 38 ədəd qələmə ağaclarının satdığını və buna görə də Cavabdeh İddiaçı 2736 manat borclu olmasının göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə Cavabdeh İddiaçı qeyd edilən qələmə ağaclarının satın almadığını, həmin qələmə ağaclarının iddiaçının qızı Vüsalə Hümbətovaya onların birgə nikahda olan dövrdə iddiaçı tərəfindən pay verildiyini qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.2-ci maddəsinin tələbinə görə əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin məcəllənin 601.1.-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. İddiaçı iddia edir ki, Cavabdeh 38 ədəd qələmə ağaclarını razılaşaraq satıbdır və bunun nəticəsində cavabdehin ona 2736 manat borcu vardır. Lakin tərəflər arasında razılaşma barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, nisyə alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri razılaşdırıldıqda müqavilə bağlanmış sayılır. İddiaçı mübahisəli 38 ədəd qələmə ağaclarının cavabdehə nisyə alqısatqı müqaviləsi əsasında satdığını iddia etsə də, onlar arasında nisyə-alqı satqı müqaviləsinin bağlanmasını iddiaçı sübut edə bilməmişdir. İddiaçı Cavabdeh qələmə ağaclarını satması barədə məhkəməyə verdiyi izahatında qələmə ağaclarıının metrəsini 6 manata satdığını göstərsə də, həmin qələmə ağaclarınn neçə metr olması və cavabdehə neçə metr qələmə ağacı satmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə həmin qələmə ağaclarının iddiaçı tərəfindən qızı V.Hümbətovaya pay verildiyini bildirmiş, bu barədə iddiaçının qızı V.Hümbətovanın notariat qaydada təsdiq edilmiş 07 oktyabr 2021-ci il tarixli ərizəsini sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən şahid kimi dindirilən X3 verdiyi izahatında bildirdi ki, iddiaçı onun atasıdır, Cavabdeh isə onun keçmiş əridir, Cavabdeh onun tanıdığı ən “səviyyəsiz” insandır, atası İddiaçı ilə Cavabdeh arasında olan qələmə məsələsində onun iştirakı olmayıbdır, Cavabdeh ona ona qələmələrin taxta şəklinə salınmasına 700 manat xərc çəkdiyini, atasının da pulunu bazar qiymətinə ödəyəcəyini deyibdir, qələmələrin qiymət barədə ona heçnə deməyibdir, sadəcə cavabdeh ona bazar qiyməti ilə ödəyəcəyini deyibdir, bu hadisənin 2020-ci ilin fevral ayında olubdur, o sonra maraqlanmayıbdır ki, qələmələr necə və neçəyə alınıbdır. Notariat kontorunda 07 oktyabr 2021-ci il tarixdə ərizəni o veribdir, Cavabdeh qızı ilə 06 oktyabr 2021-ci il tarixdə telefon əlaqəsi saxlayaraq psixi təzyiq etdiyindən o məcbur qalıb həmin ərizəni veribdir, notariat kontorunda o ərizə vermək istəməyibdir, qızının psixi vəziyyətinə görə məcbur olubdur, ərizəni verdikdən sonra notariat orqanın işçisindən ərizədən imtina edə bilməsini soruşub və ona ərizədən imtina edə biləcəyini bildiriblər. Məhkəmədə sualları cavablandıran şahid V.Hümbətova bildirdi ki, ərizəni verən zaman ona psixi təsir olub, ərizənin verilməsindən bir gün qabaq, 06 oktyabr 2021-ci il tarixdə cavabdeh qızı ilə danışıb ona bir daha onlarla görüşməyəcəyini bildirib, bundan sonra qızı psixi gərginlik keçiribdir, o da məcbur qalıb ərizə veribdir, ərizəni o 07 oktyabr 2021-ci il tarixdə notariat kontorunda veribdir, ərizəni notariat kontorunda yazan zaman orada Cavabdeh və o özü olubdur, həmin vaxt ondan ərizənin məzmunu soruşulubdur o da deyibdir, ərizəni verdikdən sonra ərizədən imtina edə biləcəyini soruşubdur, ona imtina edə biləcəyi deyilibdir, lakin ərizə verdikdən sonra o imtina barədə notariat kontoruna müraciət etməyibdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadəsini təhlil edildikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı 2736 manat borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Cavabdeh ondan 38 ədəd qələmə ağacının alması nəticəsində 2736 manat borcunun olduğunu bildirsə də və həmin halı şahidl X2 təsdiq edəcəyini bildirsə də, Cavabdeh İddiaçı 2736 manat borcunun olması şahid ifadəssi ilə öz təsdiqini tapmamışdır. Şahid V.Hümbətovanın məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı qələmə ağaclarının alması və pulunu bazar qiyməti ilə ödyəcəyi barədə dair ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul edilən deyildir. Şahid V.Hümbətova ifadəsində İddiaçı ilə Cavabdeh arasında mübahisəli qələmə ağacların satılmasında iştirak etmədiyini, Cavabdeh ona qələmələrin taxta şəklinə salınmasına 700 manat xərc çəkdiyini bildirməsi, atasının da pulunu bazar qiymətinə ödəyəcəyini dediyini göstərsə də, məhkəmə hesab edir ki, şahd V.Hümbətova İddiaçı qızıdır və onların ana bala münasibətlərindən irəli gələn mənafeləri olduğu üçün məhkəmə şahid V.Hümbətovanın ifadələrini sübut kimi qəbul edilən hesab etmir. Şahid V.Hümbətovanın ifadələrini şübhə altına alan hal isə V.Hümbətovanın 07 oktyabr 2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsində mübahisəli qələmə ağaclarının atası İddiaçı ona pay verildiyini göstrməsidir. Həmçinin şahid V.Hümbətovanın ifadələrini şübhə altına alan digər hal isə ifadəsində notariat kontorunda ərizənin Cavabdeh qızı ilə 06 oktyabr 2021-ci il tarixdə telefon əlaqəsi saxlayaraq psixi təzyiq etdiyindən məcbur qalıb veridyini, notariat kontorunda o ərizə vermək istəmədiyini, ərizəni verdikdən sonra notariat orqanın işçisindən ərizədən imtina edə bilməsini soruşması və ona ərizədən imtina edə biləcəyini bildirilsə də şahid V.Hümbətovanın 07 oktyabr 2021-ci il tarixdə notariat kontorunda verdiyi ərizəsindən imtina etməməsidir. Halbuki Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə məhkəmə baxışı iclasında iddiaçının mübahisəli qələmə ağaclarını qızı V.Hümbətovaya pay verdiyini bildirmiş, bundan sonra məhkəmə həmin halı təsdiq edəcək hər-hansı bir sübutu təqdim etməli olduğu bildirildikdən sonra həmin gün, yəni 07 oktyabr 2021-ci il tarixdə V.Hümbətova qeyd edilən ərizəsini notariat qaydada veribdir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş şahid V.Hümbətovanın ifadəsini iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Bu səbəbdən də məhkəmə V.Hümbətovanın ifadələrinin şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilən bilən hesab edilmədiyi üçün Cavabdehnın İddiaçı 2736 manat borcunun olması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh ona olan 2736 (iki min yeddi yüz otuz altı) manat borcunu və 30 (otuz) manat dövlət rüsumunu, ümumilikdə 2766 (iki min yeddi yüz altmış altı) manat pulun alınaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar