Məhkəmə qərarları › İş №2(090)-172/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-172/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-172/2022 13.10.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iki baş malın dəyəri olan 1.950 (bir min doqquz yüz əlli) manat və 41 (qırx bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında 2022-ci ilin mart-aprel aylarında özünə məxsus iki baş qara-malın “instaqram” səhifəsində satması barədə elan yerləşdirdiyini, həmin elanın yerləşdirilməsindən sonra onun mobil telefonuna zəng gəldiyini, zəng edən şəxsin Cavabdeh olduğunu, cavabdehin ona həmin malların nisyə almaq istədiyini bildirdiyini, onun isə nisyə satmaq istəmədiyini cavabdehə bildirdiyini, Cavabdeh ona təkidlə nisyə satmasını xahiş etdiyini, onun isə razılaşmadığını, daha sonra isə cavabdehin yenə ona zəng edərək həmin qaramalların hərbiçi bacısı oğluna aldığını, bacısının oğlunun avtomobili ilə qəza törətdiyini və alacağı həmin malları vurduğu ziyanın qarşılıq verəcəyini, bacısının oğlunun hərbiçi olduğunu, pis vəziyyətdə qaldığını dediyini, onun da çarəsiz qalıb iki baş mal-qaranı Cavabdeh nisyə satdığını, Cavabdeh mal-qaranı apardığı zaman ona qısa müddətə pulunu qaytaracağını, lakin bu günə kimi pulu ödəmədiyini göstərmişdir, Cavabdeh borcunu ödəmədiyindən məcbur qalıb məhkəməyə müraciət etdiyini diqqətə çatdıran iddiaçı Şahid2 sonda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran iddiaçı Şahid2 bildirdi ki, o, Cavabdeh iki baş iri buynuzlu heyvanı şifahi razılaşma əsasında satıbdır, Cavabdeh ilə həmin malları 1.950 manata satıbdır, o həmin mallara görə 2.000 manat istəyibdir, cavabdeh ona malların aparılması üçün “qazel” sürücüsünə 100 manat verəcəyini deyib, ona güzəşt etməsini xahiş edibdir, o da 50 manat güzəşt edərək, 1.950 manata razılaşıblar, həmin malların Cavabdeh satılmasını şahidlər Şahid1 Məhəmmədəli oğlu və Şahid2 təsdiq edə bilərlər, həmin şahidlər cavabdehin mallara baxan vaxt yanında olublar. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid2 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. İddiaçı Şahid2 onun kəndlisidir, eyni zamanda onlar Yuxarı Yaycı kənd məktəbində biryerdə işləyirlər, hardasa 2022-ci ilin mart-may aylarında o, məktəbin həyətində olan zaman bir “qazel” markalı yük maşını məktəbin yanında saxlayıb, içərisindən üç nəfər düşübdür, onlardan birinin sonradan Samiq olduğunu bilibdir, Samiq ona yaxınlaşaraq iki baş qaramal almaq istədiklərini, Rahib müəllim telefonunda elan yerləşdirdiyini, həmin malları almaq istədiyini deyibdir, o da Rahib müəllimlə birgə gedib mallara baxıblar, həmin vaxt Samiq Rahib müəllimə bacı oğlusunun qəza törətdiyini, iki baş malı alıb həmin qəza nəticəsində ölən malların əvəzinə verəcəyini deyibdir, Rahib müəllim bir “düvə” və bir inəyə görə 2.000 manat pul istəyibdir, daha sonra yol xərci köməklik kimi Rahib müəllim 50 manat keçib, 1.950 manata razılaşıblar, həmin gündə Samiq malları yükləyib aparıbdır. Məhkəmədə sualları cavablandıran Şahid2 bildirdi ki, O Yuxarı Yaycı kənd məktəbində təsərrüfat müdiri işləyir, Rahib müəllimdə həmin məktəbdə işləyir, Samiq ilə Rahib müəllim alış-veriş edən zaman onlarla birlikdə olubdur, Samiq malları nisyə alıbdır, Samiq Rahib müəllimdən bir “düvə” və bir inək alıbdır, qiymətini isə 1.950 manata razılaşıblar. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid1 Məhəmmədəli oğlu ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. İddiaçı R.Hüeynov onun kəndlisidir, O Yuxarı Yaycı kənd məktəbində işləyir, təxminən 2022-ci ilin mart-aprel aylarında məktəbin həyətində işləyən zaman məktəbin yanında yolun kənarında bir “qazel” markalı maşın dayandığını görübdür, o, həmin maşına yaxınlaşanda həmin vaxt orada Samiq onunla gələn tanımadığı iki nəfər şəxs, Rahib müəllim və Rüstəm olublar, həmin vaxt söhbət əsasında Samiq deyirdi ki, bacısı oğlu M.A.X.E işləyir, kiminsə malını vurub, çox yerdən mal göstərib, lakin mal sahibi bəyənməyib. Müəllimin saxladığı bir ədəd “düvə” (dana), bir ədəd inək satdığını telefon vasitəsi ilə görüb, həmin malları almaq üçün Rahib müəllimlə söhbət edirdilər, bir müddət söhbətdən sonra Rahib müəllimlə 1.950 manata razılaşdılar, həmin gün Samiq malları maşına yükləyib aparıblar, malları maşına yükləməsinə onlar da köməklik ediblər. Məhkəmədə sualları cavablandıran Şahid1 bildirdi ki, Rahib müəllim “düvəni”, yəni dananı 1.100 manata, inəyi isə 900 manata deyibdir, Samiq Rahib müəllimə qiymətdə bir az köməklik etməsini istəyibdir, sonda onlar 1.950 manata razılaşıblar, Rahib müəllim malları Samiqə nisyə satıbdır, qiyməti onlar özləri razılaşıblar. Məhkəmə iddiaçı və şahidlərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 1.950 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunan normanın tələbinə görə tərəflər arasında borc müqaviləsinin məbləği 1950 manat təşkil etdiyindən, yəni üç min manatdan az olduğundan, iddiaçı Şahid2 Cavabdeh ilə şifahi razılaşmaya əsasən iki baş qaramal olan malları Cavabdeha 1950 manat satıbdır, cavabdeh isə həmin malların dəyəri olan 1950 manat pulu ödəmək öhdəliyi daşımış, lakin cabadeh Cavabdeh aldığı malların pulunu qaytarmamış və tərəflər arasında qeyd edilən şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanmasını təsdiqi ilə bağlı sübut kimi iddiaçı şahidlər Şahid1 Məhəmmədəli oğlu və Şahid2 verdiyi izahatları göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadələri təhlil edildikdə dindirilən şahidlərin məhkəməyə verdiyi ifadəsində iki baş qaramalın iddiaçı Şahid2 tərəfindən 1950 manata razılaşaraq Cavabdeha satması şahid ifadələri öz təsdiqini tapmışdır. Şahid2 məhkəməyə verdiyi ifadəsində Şahid2 məxsus iki baş qaramalın Cavabdeh 1.950 manata razılaşaraq satmasına dair ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul ediləndir, Şahid1 Şahid2 məxsus iki baş qaramalın 1.950 manata razılaşaraq Cavabdeh nisyə satmasını əminliklə bildirmişdir. Belə ki, Şahid2 ifadəsində Cavabdeh ilə Şahid2 alış-veriş edən zaman onlarla birlikdə olduğunu, Cavabdeh malları nisyə aldığını, Cavabdeh Şahid2 bir “düvə” və bir inək aldığını, qiymətini isə 1.950 manata razılaşdıqlarını bildirmiş və təsdiq etmişdir. Digər Şahid1 Məhəmmədəli oğlunun da Şahid2 iki baş qaramalları Cavabdehaənisyə satmasını və həmin malların dəyərini 1.950 manata razılaşmaları barədə ifadəsinin inandırıcılıq dərəcəsinə görə qəbul ediləndir. Şahid1 Şahid2 məxsus iki baş qaramalın 1.950 manata razılaşaraq Cavabdeh nisyə satmasını əminliklə bildirmişdir. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İşin faktiki halları məhkəmə araşdırması zamanı yuxarıda tədqiq edilənlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, iş üzrə Cavabdeh 1.950 (bir min doqquz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Şahid2 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 1.950 (bir min doqquz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar