Məhkəmə qərarları › İş №2(090)-174/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-174/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-174/2025 29.10.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat borcu və iş üzrə ödəmiş olduğu 45.00 manat, dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şahbuz rayonu, Şahbuz şəhərində qeydiyyatda olmaqla Naxçıvan şəhərində yaşayan Cavabdeh ilə aramızda 13 aprel 2025ci il tarixdə şifahi razılaşaraq onun mülkiyyətində olan 71BB874 dövlət qeydiyyat nişanlı BMW 3181 MİNİK Sedan markalı (mühərrik nömrəsi: N42B20AB, Ban nömrəsi: WBAAZ72020NG12865) avtomobili ilkin olaraq 2500 manat nağd pulu bir başa özünə ödəməklə satın almışam, geri qalanın isə hissə-hissə verəcəkdim avtomobili satın alanda avtomobil nasaz idi işləmirdi, bunu bilərək aldım və təmir elətdirdim. Avtomobil usta sexində müəhrriki nasaz vəziyyətdə idi, avtomobilı evakuatorla Naxçıvan şəhərində yerləşən Röyal və Tural adlı ustaların sexinə apardım və təmir elətdirdim, tam işlək vəziyyətə gətirdim. Avtomobil bir aya yaxın məndə qaldı bu müddətdə avtomobilda olan bütün nasazlıqları aradan qaldırdım ümumilikdə avtomobil üçün usta və ehtiyat hissələrinə çəkdiyim xərc aşağıdakı kimidir: Praltka - 100 manat, Qalofka - 80 manat, Kalçolar - 200 manat, Kalinvanın daçiki - 100 manat, Kitapca razvalni - 114 manat, Babin - 100 manat, Su borusu - 44 manat, Mühərrik yağ filtri - 100 manat, Sürətlər qutusunun yağı - 400 manat, Servis xərci - 100 manat, Forsunkaların yuyulması - 40 manat, Evakuator xərci - 30 manat, Kanpuyuter - 120 manat, Xaliq usta - 150 manat, Mator yığmağa usta xərci - 300 manat. Avtomobilın nasazlıqların aradan qaldırsam da avtomobil nasaz avtomobil olduğu üçün xərc aparırdı, hazırda isə Cavabdeh avtomobilı əlimdən almışdır, buna səbəb isə alqı-satqı zamanı rəsmi olaraq sənədləşmə etməmişəm arxeyin olduğum üçün 22 aprel 2025-ci il tarixdə etibarnamə alıb onunla idarə etmişəm. Cavabdeh isə bundan istifadə edərək avtomobili almışdır. İndi isə Ə.Mətin avtomobila çəkdiyim xərci və ilkin ödədiyim 2500 manatı mənə qaytarmır, avtomobila ümumilikdə 2000 manat xərc çəkmişəm buna baxmayaraq mən Ə.Mətindən ilkin ödəniş olaraq verdiyim 2500 manatı istəyirəm o isə mənə pul olanda verəcək deyərək artıq 2 aydan çoxdur ki aldadır borcu ödəmir. Hərdən bir bəhanə gətirir. Əlimdə kifayət qədər sübut var ki o mənə borcludur və ödəmir. Birmənalı olaraq borcu ödəməkdən yayınır bununla bağlı Polisə müraciət etmişəm və cavabdeh polisə çağırılaraq izahatı alınmışdır, borcu olduğunu boynuna almışdır, izahatında da qeyd etmişdir. Avtomobila aid texniki pasport isə hələ də məndədir. Zəruri halda Sübut olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Cavabdeh verdiyi izahata aid materialların məhkəmə tərəfindən nazirliyə sorğu verilərək əldə edilməsini və avtomobilın təmirində və satışında iştirak edən şəxslərin şahid kimi dindirilməsini xahiş edirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində özünün bundan əvvəlki iclaslara gəlsə də həmişə olduğu kimi təxirə salındığını, cavabdəhin iddianı rədd edəcək heç bir sübutunun olmadığını, olsa idi məhkəyə təqdim edəcəyini, cavabdehin məhkəməyə yalan əsassız fikirlər bildirməklə məhkəməni çaşdırmağa çalışdığını, bunları nəzərə alaraq qərar çıxarılmasının təmin edilməsini, əlavə olaraq qeyd özünün işlədiyini, bundan əvvəlki baxış iclasına da gəlmək üçün icazı almış olduğunu, artıq yenidən icazə ala bilmədiyini, bu kimi üzrlü səbəbləri və artıq məhkəməyə təqdim edəcəyi sübut və materialın olmadığını nəzərə alaraq iştirakı olmadan baxış iclasının keçirilməsini və ədalətli qərarın qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2025 tarixli iclasda həqiqəti əks etdirməyən ifadələr işlətmişdir, o iclasda avtomobil özündə olanda "mator yağ yemirdi" ifadəsi ilə avtomobilın matorunun onda saz olduğunu bidirir, halbuki özüdə bunu təsdiqləyir ki, avtomobilın matoru tam nasaz idi işləmirdi, evakuatorla avtomobilı ustaya aparmışam, daha sonrakı ifadəsində isə "karopkanın xarab olduğunu təzə karopka avtomobila qoyduğunu" idda edir, mən avtomobilı 13 aprel 2025-ci il tarixdə təhvil alsamda, 22 apreldə avtomobilı matoru düzəlib işə düşüb, hissələr tam yığılmadığı üçün mən avtomobilı idarə etmədim, idarə edib yoxlamaq üçün 22 aprel 2025-ci il tarixdə Mətinlə görüşüb elektron etibarnamə aldım, ödənişidə orda etdim, avtomobilı səhər 23 apreldə idarə etmək istədikdə avtomobilı vəziyyət göstəricləri olan ekranında sürətlər qutusunda nasazlıq olduğunu bidirdim, 23 apreldə Ə.Mətinə vhatsap dan bu barədə ekran göstəriclərinin şəklində atmışam, mən avtomobilı bir günə necə xarab edə bilərdim ki, demək ki Ə.Mətin avtomobili alanda sürətlər qutusunda olan nasalığı məndən gizlətmişdi, buna sübut olaraqda vhashapda olan yazışmaları məhkəməyə təqdim etmişəm, məhkəməyə yalan ifadələr verib deyir ki, mən guya demişəm avtomobil "canavar kimi gedir" avtomobil 22 apreldə düzəlib bir gün sonra 23 apreldə avtomobilı ustadan çıxaran kimi avtomobilda olan nasazlığ olduğunu bildirmişəm, mən nə zaman avtomobilı sürə bildim ki, hələ avtombilində yaxşı getdiyini deyə biləm. Buda onu təsdiq edir ki, Ə.Mətin məhkəməyə yalan ifadələr verir, cavabdehin verdiyi ifadələr həqiqəti əks etdirmir. Mən əksinə avtomibilin mühərriki üçün çəkdiyim xərci tələb etmirəm, bu isə günahkar olduğu halda qərəzli yanaşır məsələyə. Əlavə olaraq bildirirəm ki, avtomibili düzəldiridyim ustalar buna şahiddir, ki avtomibildə iddia etdiyi nasazlıq avtomobil sürülməmiş var idi. Məhkəməyə sübutların təqdim etsin, mən avtomobilı ustadan çıxaranda avtombilin qətt etdiyi yolun göstəriciləri 324339 km idi, hal hazırdakı qətt etdiyi yolun göstəriciləri məhkəməyə təqdim etməyə borcludur, çünki 4 aydır avtomibili idarə edir, idda etdiyi geri qalan nasazlıqlar özü sürəndə baş vermişdir, mən avtomibili idarə etməmişəm, ustadan götürüb nasazlıqların aradan qaldıra bilmədiyim üçün aparıb təhvil vermişəm, əgər dediyi nasazlıqlar vardısa niyə müraciət etməyib bir ustada müayinə aktı çıxarmayıb, və ya mühafizə orqanlarına müraciət etməyib, indi etdiyi hərəkətlər məsuliyyətdən boyun qaçırmaqdı. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli vəsatətdə bildirmişdir ki, Cavabdeh aid ** BB *** dövlət qeydiyyat nişanlı BMW 3181 MİNİK Sedan markalı avtomibilin təmirindən sonra, avtomobilı vəziyyət göstəricləri olan ekranında sürətlər qutusunda nasazlıq olduğuna avtomobilı təmir edən ustalar Şahid1, Şahid2 görüb şahid olmuşdur, buda ona dəlalət edir ki, sürətlər qutusunda olan nasazlıq mənlə əlaqəli deyildir. Bu səbəbdən dolayı aşağıda göstərdiyim şəxslərin şahid qismində məhkəmə baxışı iclasına çağırılaraq dindirilməsini Sizdən xahiş edirəm. Vəsatətə əlavə edilmiş Şahid2 ərizəsində bildirmişdir ki, mən avtomobil ustası işləyirəm İddiaçı 71BB874 dövlət qeydiyyat nişanlı BMW 3181 MİNİK Sedan markalı avtomobili mühərrikdə nasazlıq olduğu üçün evakuatorla avtomobil seximizə gətirmişdir, mühərrik tam dayanmışdı mühərriki təmir elədik, 22 aprel 2025-ci il tarixdə avtomobilin mühərriyi işə düşdü, mühərriyin düzəlməsi usta xərci ilə birlikdə 2000 manat yaxın xərc apardı. Mühərrik işə düşsədə avtomobilın vəziyyət göstəricilərində sürətlər qutusunun nasaz olduğuna dair işığı yanırdı. Bu nasazlıq avtomobildə əvvəldən vardı, avtomobil sürülməmiş işıq yanırdı. Məhkəməyə sübut olaraq ərizəmin təqdim edilməsinə ehtiyac olduqda şahid kimi çağırlmağa etiraz etmirəm. Həmçinin vəsatətə əlavə edilmiş Şahid1 ərizəsində bildirmişdir ki, mən avtomobil ustası işləyirəm İddiaçı 71BB874 dövlət qeydiyyat nişanlı BMW 3181 MİNİK Sedan markalı avtomobili mühərrikdə nasazlıq olduğu üçün evakuatorla avtomobil seximizə gətirmişdir, mühərrik tam dayanmışdı mühərriki təmir elədik, 22 aprel 2025-ci il tarixdə avtomobilin mühərriyi işə düşdü, mühərriyin düzəlməsi usta xərci ilə birlikdə 2000 manat yaxın xərc apardı. Mühərrik işə düşsədə avtomobilın vəziyyət göstəricilərində sürətlər qutusunun nasaz olduğuna dair işığı yanırdı. Bu nasazlıq avtomobildə əvvəldən vardı, avtomobil sürülməmiş işıq yanırdı. Məhkəməyə sübut olaraq ərizəmin təqdim edilməsinə ehtiyac olduqda şahid kimi çağırlmağa etiraz etmirəm. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, avtomobilı 13 aprel 2025-ci il tarixdə razılaşaraq almışam və evakuatorla aparmışam. Avtomobilı matorunu ustada düzəltdirmişəm. Aldığım zaman avtomobil işlək vəziyyətdə olmayıb. Motorunda nasazlıq var idi. Sonradan daha çox problemi olduğu məlum oldu. Növbəti gün ilkin ödəniş verəcəyim zaman 2500 manat ilkin ödəniş verdim. Qalan pulu isə kreditlə verməyə razılaşmışdıq. Avtomobilda tək motor problemi olduğunu bilirdim. Avtomobilı sürməmişdim. Motor düzəldi, lakin avtomobil sürülmədi, rejimə düşdü. Avtomobilın “karopkasında” problem var idi. Avtomobilı aldığım günün sabahısı əlavə problemləri olduğunu bildim. 22 apreldə avtomobilın motorunu usta düzəltdi, axşam isə ilkin ödəniş verdim. Avtomobilı ustadan çıxardıqdan sonra işləmədi. Avtomobilı istifadə üçün etibarnamə də 22 aprel tarixində verilib. Əlavə olaraq İddiaçı bildirmişdir ki, 2025-ci ilin aprel ayının 13-ü idi. Rüal adlı usta vasitəsi ilə Cavabdehlə avtomobil almaq üçün danışdım. Sonra Əliabad qəsəbəsində Cavabdeh məhəlləsinə getdik. Avtomobilın qiymətini 7000 manat olaraq razılaşdıq. Avtomobilın motorunda problem var idi. Rüal usta avtomobilın motorunu təmir etməyi üstünə götürdü. Həmin vaxt avtomobil Əliabad qəsəbəsində sexdə təmirdə idi. Həmin ustanı tanımıram. İlk gün usta orada olmadığı üçün avtomobilı götürə bilmədik. Sonrakı gün gedərək ustaya 20 manat pul verdim və avtomobilı götürdüm. Evakuator vasitəsi ilə avtomobilı Sovedabad qəsəbəsində Rüal adlı ustanın yanına apardıq. Bir həftə orada qaldı. Orada avtomobilın motorunu təmir etdirdim. Avtomobil xoda düşdü. Avtomobilın qiymətini 7000 manat olaraq razılaşmışdıq. 3000-3500 manat ilkin ödəniş edəcəyim, qalanını kreditlə ödəyəcəyim barədə razılaşmışdıq. Həmin zaman orada Rüal usta da var idi. Sonradan qiyməti 500 manat da aşağı saldı. Cavabdeh çağıraraq ilkin ödəniş kimi 2500 manat verdim. Sonradan avtomobilın “karopkasında” rejimə düşmə problemi yarandı. Avtomobil çox xərc tələb etdiyindən nazaslıqlarını aradan qaldıra bilmədim. Avtomobilı aldıqdan sonra sürmək qismət olmadı. Ustaların yanından avtomobilı çıxara bilməmişəm. Avtomobilın “karopkası” rejimə düşdükdən sonra Cavabdeh də görməsi üçün çağırmışdım. Naxçıvan şəhərində ayrı-ayrı ustalara avtomobilı göstərdim. İlk olaraq “karopkanın” yağında problem olduğunu dedilər. Yağı dəyişdirdim. “Karopkada” yağ yox idi. Əhməd ustanın yanında avtomobilı komputerə saldırdım. Mənə “karopkanın” dəyişilməli olduğunu dedi. 22 aprel 2025-ci tarixdə Cavabdeh zəng vurdum və avtomobilın problemlərini aradan qaldıra bilmədiyimi dedim. Əhməd usta avtomobilın “ABC” tormoz sistemində, babinlərdə problemlər olduğunu dedi. Babinləri aldıqdan sonra mən yeniləmişdim. “ABC” tormoz sisteminə isə dəymədim. Gənclər şəhərciyində Cavabdeh yanına apardım. Avtomobilı apararkən Cavabdeh yanında su baçonkası partladı. Cavabdeh onun qiymətini verdiyim puldan çıxacağımı bildirdim. Üç gün avtomobil orada qaldı. Sonra isə Cavabdeh avtomobilı məhəllələrinə apardı. Bəzən şəhərdə avtomobilı sürərkən görürəm. 2500 manatı Cavabdeh əldən verdim. Həmin zaman orada şahidlər usta Şahid2 və usta Şahid1 var idi. Avtomobilı alarkən Cavabdeh mənə etibarnamə ilə istifadə hüququ vermişdi. Avtomobilı qaytardıqdan sonra Cavabdeh dəfələrlə 2500 manatı mənə qaytarmasını bildirsəm də, müxtəlif bəhanələrlə pulu vermədi. Mən də məhkəməyə müraciət etmək qərarına gəldim. Avtomobilı geri qaytararkən su baçoku partlamışdı, lakin borularda nasazlıq yox idi. Boruları mən dəyişdirmişdim. Çəkdiyim xərcləri tələb etmirəm, yalnız ödədiyim 2500 manatın qaytarılmasını istəyirəm. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı izahatında mübahisəli avtomobil usta tərəfindən işə salındıqdan sonar sabahısı gün “Araz” restoranı tərəfdə olan sexdə olan ustaya apardıqlarını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə cavabdeh Nümayəndəsi Nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında Cavabdeh izahatında bildirmişdir ki, 2025-ci ilin aprel ayının 13-ü, avtomobilımı razılaşaraq iddiaçıya satıbdır, satan zaman avtomobilın motorunda problem olub, evakuator vasitəsilə aparıblar, iddiaçı 2500 manat ona verib, avtomobilı 7000 manata satmağa razılaşıblar, iddiaçı imkanı olmadığını deyib, sonra 500 manat endirim edəcəyini bildiribdir, bir neçə gün sonra iddiaçı ona zəng vuraraq avtomobilın ekranında “karopkasında”, yəni sürətlər quqtusunda işarə düşdüyünü deyibdir, avtomobilın getmədiyini bildiribdir. Aprel ayının 14-ü isə avtomobilın normal işlədiyini deyibdir, danışıqlarından sonra iddiaçı avtomobilı Gənclər Şəhərciyində qoyub. Avtomobilın su boçkası partlamış vəziyyət olubdur, iddiaçı avtomobilı nasaz vəziyyətə salıb və əlavə xərcləri yaranıb. Avtomobil getmir. “Karopkası”, yəni sürətlər qutusu işləmir, motoru yağ yeyir. Avtomobilın “karopkasında”, yəni sürətlər qutusunda satdığım zaman heç bir problem olmayıbdır, onda olan əlavə ehtiyyat hissələrini də avtomobilla birlikdə iddiaçıya veribdir, avtomobilın “karopkasını”, yəni sürətlər qutusunu yeni düzəltdiribdir, avtomobilın motoru indi də düzgün işləmir və yağ yeyir. Avtomobilımın qiyməti 9000 manata razılaşıblar, nasazlıq olduğuna görə avtomobilı 7000 manata satıbdır, iddiaçının 2500 manatını verirəm, lakin iddiaçı da onun avtomobilını nasaz olan “karopkasını”, yəni sürətlər qutusunu və digər hissələrini düzəltdirməsini istəyir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında Cavabdeh izahatında bildirmişdir ki, avtomobilın istifadəsi üçün iddaçıya verdiyim etibarnaməni 25 may 2025-ci il tarixdə ləğv etdiribdir, “Əlincə Servis”-dən avtomobildakı nasazlıqlar barədə arayışı məhkəməyə təqdim edibdir, sifarişlə avtomobila yeni sürətlər qutusu alıb və fotoşəkillərini sübutlarına əlavə edibdir, iddiaçı ilə aralarında olan “Whatsapp” danışıqlarını sübutlarına əlavə edibdir, avtomobilın iddiaçı tərəfindən zədələnmiş su baçokunun fotoşəkillərini əlavə edibdir, sSu baçoku zədəli olduğundan su və yağ bir-birinə qarışır, bunun videogörüntüləri olan DVD-ni təqdim edibdir, avtomobil hal-hazırda işlək vəziyyətdə deyil, hərəkətə başlamaq üçün sürətlər qutusunda “D”-ə verdikdə motor dayanır, məhkəmədə iş olan zaman avtoqəza törətdiyi üçün avtomobil hal-hazırda təmirdədir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmədiklərini, iddiaçının oğluna pul verdiyini, lakin avtomobila da zərər vurduğunu, avtomobilı qısnadığını, avtomobilın yağı və suyu bir-birinə qarışdığını, avtomobilın “karopkası”, yəni sürətlər qutusu rejimə düşdüyünü, avtomobili 7000 manata razılaşdıqlarını, aonradan iddiaçının 1000 manat qiymətin düşməsini istədiyini, avtomobil evakuatorla aparıldığını, aakin iddiaçı avtomobilın motorunu təmir etdirmədiyini, avtomobilin saz vəziyyətdə olmadığını, motor hissəsinin işləmədiyini, motorunda “proklatqa” dəyişilməli olduğunu, avtomobilın vəziyyətini iddiaçının gördüyünü və almağa razı olduğunu, sonra avtomobilı Gənclər şəhərciyində “Bolmarket”in arxa tərəfində qoyduqlarını, avtomobilı iddiaçı alarkən sürətlər qutusunun saz vəziyyətdə olduğunu, iddiaçı qaytardığı zaman avtomobilin işləmədiyini, avtomobilın sürətlər qutusunda nasazlıq olduğunu, su baçokunun partladığını və boruların cırıldığını, su baçokuna və borulara 600- 650 manat xərc çəkdiklərini, hissələri işlənmiş olaraq aldıqlarını, su baçokuna 120 manat aldıqlarını, au baçokunu sifarişlə aldıqlarını, avtomobilın əvvəlki kimi təmir edilməsini istədiklərini, boruların iddiaçıya verərkən saz vəziyyətdə olduğunu, avtomobilin 2002-ci il buraxılış olduğunu, onlar almamışdan qabaq boruların dəyişdirilib-dəyişdirilmədiyini bilmədyini, onların avtomobili aldıqdan sonra 3 il ərzində dəyişdirmədiklərini, sürətlər qutusunun yağını təxminən 8 ay bundan qabaq dəyişdirildiyini, iddiaçının “Karopkanı”, yəni sürətlər qutusu saz vəziyyətdə verərsə, onların da pulu qaytarmağı qəbul etdiklərini, iddiaçı avtomobilin motorunu yığdırmadığını bildirmişdir. Şahid X4 məhkəmə iclasında verdiyi izahatında İddiaçı avtomobil almaq istədiyini avtomobil Əliabad qəsəbəsində sexdə təmirdə olduğunu, avtomobil xoda düşmədiyini, avtomobilı evakuatorla apardıqlarını, avtomobilin motorunu təmir etdiyini, motor işlədikdən sonra avtomobildə ekrana nida işarəsi düşdüyünü, sürətlər qutusunda problem olduğunu, Cavabdeh zəng vurduğunu, avtomobilın sürətlər qutusunda problem olduğunu ona bildirdiyini, sürətlər qutusunu onun təmir edə bilmədiyini, avtomobilı başqa ustaya aparmasını dediyini, avtomobilı birlikdə avtobus parkının yanında ustaya apardıqlarını, avtomobilın sürətlər qutusunun dəyişməli olduğunu deyildiyini, “Əlincə” servisdə isə Əhməd ustanın yanında avtomobilı komputerə saldırdıqlarını, onun avtomobilın motorunu təmir etdiyini, İddiaçı ona avtomobil almaq istədiyini dediyini, o da Cavabdeh qardaşı Siracın onun tanışı olduğunu, ona zəng vuraraq avtomobilın qalıb-qalmadığını soruşduğunu, Siracın ona avtomobilın qaldığını, lakin işlək vəziyyətdə olmadığını dediyini, avtomobilın motoru nasaz olduğunu, avtomobilın qiymətini 7500 manata razılaşmışdıqlarını, motoru isə İddiaçı təmir etdirəcəyini razılaşdıqlarını, avtomobil satılan zaman sökülü vəziyyətdə olduğunu, motorun klapanları, salnikləri, porşenləri və klavişləri dəyişilməli olduğunu, avtomobil qızdırıldığı üçün porşenləri kiplədiyini, Cavabdeh yeni motor alınması lazım olduğunu, lakin özünün imkanı çatmadığını dediyini, O isə motoru təmir edə biləcəyimi dediyini, avtomobilin motorunu təmir etdiyini, avtomobilı onun sexinə aprel ayı gətirildiyini, iki həftəyə hissələrin gəldiyini və avtomobil təmir olunduğunu, motor işlədikdən sonra avtomobildə ekrana nida işarəsi düşdüyünü, sürətlər qutusunda problem olduğunu, Cavabdeh zəng vurduğunu, avtomobilın sürətlər qutusunda problem olduğunu ona bildirdiyini, sürətlər qutusunu onun təmir edə bilmədiyini, avtomobilı başqa ustaya aparmasını dediyini, avtomobilı birlikdə avtobus parkının yanında ustaya apardıqlarını, avtomobilın sürətlər qutusunun dəyişməli olduğunu deyildiyini, “Əlincə” servisdə isə Əhməd ustanın yanında avtomobilı komputerə saldırdıqlarını, onun avtomobilın motorunu təmir etdiyini, avtomobil satılan zaman sökülü vəziyyətdə olduğunu, motorun klapanları, salnikləri, porşenləri və klavişləri dəyişilməli olduğunu, avtomobil qızdırıldığı üçün porşenləri kiplədiyini, Cavabdeh yeni motor alınması lazım olduğunu, lakin özünün imkanı çatmadığını dediyini, O isə motoru təmir edə biləcəyimi dediyini, avtomobilin motorunu təmir etdiyini, təmir olduqdan sonra sürətlər qutusunda problemlə bağlı avtomobilın sahibi Cavabdeh çağırdıqlarını, motorun işlək vəziyyətdə olduğunu, sürətlər qutusunda ekrana nida işarəsi düşdüyünü, həmin vaxt İddiaçı da orada olduğunu, avtomobilin motoru düzəldikdən sonra sürülmədiyini, iyirmi iki ildir usta işlədiyini, boruların və ya su baçokunun sürətlər qutusuna aidiyyatı olmadığını, su baçoku Cavabdeh yanında xarab olduğunu, motor yığıldıqdan sonra motor hissəsində qalan havanın sürüldükçə çıxdığını, hava qaldığı üçün su baçoku partladığını, motorda olan nasazlıq sürətlər qutusuna təsir edə bilmədiyini, nasazlıq səbəbindən İddiaçı avtomobilı sürə bilmədiyini, avtomobilın motorunun sürətlər qutusunda olan nasazlığa görə gücə düşdüyünü və yerindən tərpənmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “hardasa beş ay bundan qabaq, 2025-ci ilin aprel ayında avtomobila Əliabad qəsəbəsində sexdə baxıb sonra evakuatorla bizim sexə gətiriblər. BMW 46 markalı avtomobil idi. Avtomobilı Rüal və Nihad bizim həyətdə sexə gətirdilər. Avtomobilı təmir etmək üçün sökdülər. Motorda nasazlıq var idi. Qızmaya görə hissələri sıradan çıxmışdı. Mən də sökülməsinə kömək edirdim. Motorun kalçoları, klavişlərini və sair detalları dəyişildi. Avtomobil xoda düşdüyü zaman mən də orada idim. Motor düzəldikdən sonra işarə düşürdü. Nihad da orada idi. Ora Cavabdeh çağırdıq. Sonra baxması üçün Əhməd ustanı çağırdıq. Əhməd usta komputerlə avtomobila baxdı. Problem sürətlər qutusunda idi. Sonrakı gün Rüal və Nihad Mətini götürərək avtomobilı başqa ustaya apardılar. Mətin sürətlər qutusunda problem olmadığını deyirdi. İş materiallarına əlavə olunmuş etibarnamədən müəyyən olunur ki, avtomobilin sahibi X3 özünə məxsus 2002-ci il buraxılışlı, **-BB-*** dövlət nömrə nişanlı BMW 318i markalı minik avtomobilini X2 idarə etməsi üçün ona etibar edir. Avtomobilin texniki pasport nömrəsi BD389568, ban nömrəsi WBAAZ72020NG12865, mühərrik nömrəsi isə N42B20AB-dir. Etibarnamə yalnız avtomobili idarə etmək səlahiyyətini əhatə edir və bu hüquq digər şəxsə ötürülə bilməz. Etibarnamənin qüvvədə qalma müddəti 4 sentyabr 2029-cu il tarixinə qədərdir. İş materiallarına əlavə olunmuş BD seriyalı 389568 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə ilə **-BB-*** dövlət nömrə nişanlı, 2002-ci il istehsalı olan BMW 318i markalı minik avtomobili xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış və hal-hazırda fiziki şəxs olan Cavabdeh mülkiyyətində olması müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidlərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbiqismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 2500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 13 aprel 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında şifahi olaraq nisyə alqı-satqı müqaviləsinin bağlanmış olması, müqavilə predmeti olan 71BB874 dövlət qeydiyyat nişanlı BMW 3181 MİNİK Sedan markalı (mühərrik nömrəsi: N42B20AB, Ban nömrəsi: WBAAZ72020NG12865) avtomobilin Cavabdeh verilməsi və avtomobilin matorxanasında nasazlığın olması, bunun isə müqavilənin hər iki tərəfin də məlumatı olaraq alınıb-satılması işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfindən irəli sürülən tələblə bağlı işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı iddia tələbində Cavabdeh ondan nisyə alqı-satqı müqaviləsinə əsasən müqavilə predmeti olan 71BB874 dövlət qeydiyyat nişanlı BMW 3181 MİNİK Sedan markalı (mühərrik nömrəsi: N42B20AB, Ban nömrəsi: WBAAZ72020NG12865) avtomobil aldığını, lakin avtomobildə əlavə nasazlıqların olması səbəbindən avtomobili cavabdehə qaytarmasını və cavabdehə ilkin ödəniş olaraq 2500 manat pulu ala bilməməsini və buna görə də Cavabdeh İddiaçı 2500 manat borclu olmasının göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə Cavabdeh İddiaçı satdığı qeyd edilən avtomobili satdığı zaman avtomobilin sürətlər qutusunun saz vəziyyətdə olmasını, avtomobilin iddiaçıda olan zaman sürətlər qutusunda problemyarandığını, eyni zamanda avtomobilin motorunun nasaz olmasını və avtomobildə əlavə xərclərin yaranmasını qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 601.1.-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Məcəllənin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İşə məhkəmədə baxılan zaman tərəflərin izahatları, şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı həyata keçirildikdən az müddət sonra avtomobildə nasazlıq aşkar edilmiş, cavabdeh tərəf dərhal məlumatlandırılmışdır. Hətta avtomobilin satışını həyata keçirən şahidin iddiaçıya avtomobilin sürətlər qutusunda olan nasazlığın cavabdehə bildirməsi nasazlığın məhz satışdan əvvəl olmasını sübuta yetirən hallardan biridir. Alqısatqı prosesindən hardasa bir neçə gün sonra iddiaçının və şahidlərin izahatında qeyd edilə sürətlər qutusunda nasazlığın olması qısa müddətdə yaranması hüquqi məntiqə də uyğun deyildir. Belə olan halda isə iddiaçı avtomobilə görə ödədiyi ilkin ödənişin cavabdehdən alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. İstər iddia ərizəsinə etirazda istərsədə məhkəmə iclasında Cavabdeh avtomobili ona qaytarılan zaman nasaz şəkildə ona təqdim edilməsi və avtomobili təmiri xərcinin, daha dəqiq su baçoku və borulara 600-650 manat xərc məbləğində olması bildirsə də həmin hissələrin cavabdeh tərəfindən dəyişdirilməsi və onun tərəfindən göstərilən qiymətə alınması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Belə ki, cavabdeh nasaz olan hissələrin yeniləri ilə əvəz edildiyini bildirmiş və aldığı hissələrin dəyərini 600-650 manat göstərməklə iddiaçıdan çəkdiyi xərcin əvəzini tələb etmişdir. Məhkəmədə cavabdeh avtomobilə çəkilmiş xərci, daha dəqiq su baçokunun dəyərinin 120 manat məbləğində olmasını göstərmişdir. Həmin hissənin sıradan çıxması avtomobilin iddiaçıda olan zaman məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh avtomobilin ona qaytarılan zaman nasaz şəkildə ona təqdim edilmiş avtomobilin su baçoku üçün çəkdiyi xərcin dəyəri olaraq 120 manat pul nəzərə alınmalıdır. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh öz mülkiyyətində olan avtomobili nisyə alqı-satqı müqaviləsinə əsasən etibarnamə əsasında İddiaçı vermiş, cavabdeh isə hazırda mübahisə predmeti olan avtomobili iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı avtomobildə olan nasazlıq səbəbindən avtomobili cavabdehə qaytardığından ilkin ödəniş kimi ödədiyi vəsaiti qaytarılmasını tələb irəli sürərək, bununla bağlı şahid ifadələrini sübut kimi məhkəməyə təqdim etmişdir. Avtomobilin alqı-satqı prosesində iştirak etmiş Şahid2 İddiaçı avtomobil almaq istədiyini avtomobil Əliabad qəsəbəsində sexdə təmirdə olduğunu, avtomobil xoda düşmədiyini, avtomobilı evakuatorla apardıqlarını, avtomobilin motorunu təmir etdiyini, motor işlədikdən sonra avtomobildə ekrana nida işarəsi düşdüyünü, sürətlər qutusunda problem olduğunu, Cavabdeh zəng vurduğunu, avtomobilın sürətlər qutusunda problem olduğunu ona bildirdiyini, sürətlər qutusunu onun təmir edə bilmədiyini, avtomobilı başqa ustaya aparmasını dediyini, avtomobilı birlikdə avtobus parkının yanında ustaya apardıqlarını, avtomobilın sürətlər qutusunun dəyişməli olduğunu deyildiyini, “Əlincə” servisdə isə Əhməd ustanın yanında avtomobilı komputerə saldırdıqlarını, onun avtomobilın motorunu təmir etdiyini, avtomobil satılan zaman sökülü vəziyyətdə olduğunu, motorun klapanları, salnikləri, porşenləri və klavişləri dəyişilməli olduğunu, avtomobil qızdırıldığı üçün porşenləri kiplədiyini, Cavabdeh yeni motor alınması lazım olduğunu, lakin özünün imkanı çatmadığını dediyini, O isə motoru təmir edə biləcəyimi dediyini, avtomobilin motorunu təmir etdiyini, təmir olduqdan sonra sürətlər qutusunda problemlə bağlı avtomobilın sahibi Cavabdeh çağırdıqlarını, motorun işlək vəziyyətdə olduğunu, sürətlər qutusunda ekrana nida işarəsi düşdüyünü, həmin vaxt İddiaçı da orada olduğunu, avtomobilin motoru düzəldikdən sonra sürülmədiyini, boruların və ya su baçokunun sürətlər qutusuna aidiyyatı olmadığını, su baçoku Cavabdeh yanında xarab olduğunu, motor yığıldıqdan sonra motor hissəsində qalan havanın sürüldükçə çıxdığını, hava qaldığı üçün su baçokunun partladığını, motorda olan nasazlıq sürətlər qutusuna təsir edə bilmədiyini bildirmişdir. İstər Cavabdeh istərsə də cavadehin nümayəndəsi Nümayəndə izahatlarında iddiaçının tələb etdiyi 2500 manatı, iddiaçı tərəfindən avtomobilin sürətlər qutusunu nasaz vəziyyətdə qaytardığı, bu səbəbdən də avtomobilını nasaz olan sürətlər qutusunu və digər hissələrini düzəltdirməsi şərtilə qaytaracaqları ilə bağlı qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçı təqsiri ucbatından avtomobilin sürətlər qutusunda və su borularının nasaz vəziyyətə düşməsini cavabdeh sübuta yetirə bilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə isə izahatında avtomobilin 2002-ci il buraxılış olduğunu, onlar almamışdan qabaq boruların dəyişdirilib-dəyişdirilmədiyini bilmədyini, onların avtomobili aldıqdan sonra 3 il ərzində dəyişdirmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2380 manat pul alınıb İddiaçı ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 43 (qırx üç) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. İddia qalan hissədə rədd edildiyindən həmin qəbzlə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2380 (iki min üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 43 (qırx üç) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar